Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


ELM DÜNYASI »

  • Bütün canlılığın yaradıcısı uca Allahdır


    Darvinizm dünya tarixinin ən məntiqsiz, ağıla sığmayan, batil dinidir. Canlılığın hər detalında mükəmməl nizam və ağıl olduğu halda, darvinizm bunların hamısının şüursuz və təsadüfi proseslərin məhsulu olduğunu iddia edir. Zülal laboratoriyalarda təkbaşına hazırlana bilməyən, son dərəcə kompleks quruluşa sahib molekuldur və elektron mikroskopun altında bu cür kompleks həyatın olması insanı, sözün əsl mənasında, heyrətə gətirir. Lakin darvinizm bu böyük yaradılış qarşısında da "təsadüfən meydana gəldi" deyə bilir.

    Canlılar bir-birindən tamamilə fərqli xüsusiyyətlərlə yaradılmışlar, sahib olduqları orqan və quruluşların bir-birlərinə çevrilməsi qeyri-mümkündür. Lakin darvinizm dünyadakı nəhəng canlı müxtəlifliyinin bir bakteriyadan törədiyini iddia edir. Darvinizmin iddialarının gerçək olduğuna, canlıların təkamül etdiyinə dair bircə dənə dəlil yoxdur. Lakin buna baxmayaraq, darvinist jurnallar hər həftə yeni bir saxta fosil (qalıq) nəşr edirlər.

    Dünyada açıq-aşkar nizam və ehtişam vardır. Darvinizm bütün bunların guya xaos, qarışıqlıq və nizamsızlıqdan öz-özünə, kor təsadüflər nəticəsində ortaya çıxdığını iddia edir. Bu həqiqətlər nəzərə alındıqda darvinizmin dünya səviyyəsində qəbuluna ağıllı bir insanın hər hansı məntiq və dəlil tapması qeyri-mümkündür. Ancaq bu saxtakarlıq hədəfinə çatmışdır. Hədislərdə dəccalın fitnəsinin bütün dünyanı bürüyəcəyi xəbər verilmişdir. Həqiqətən də, bütün dünya dəccali sistemin təsiri ilə batil sistemi şüursuzca və düşüncəsizcə qəbul etmişdir. Hər millətdən, hər inancdan insan bu batil sistemlə həmfikir olmuşdur. İnsanlar belə batil dinə tabe olmalarının özlərini çətin vəziyyətə salacağını təxmin etməmişdilər. Bir çoxu bu nəzəriyyəni, həqiqətən də, elmi zənn etmiş, bunu hər hansı bir nəzəriyyə kimi görmüş, eləcə də bunun özləri və gələcəkləri üçün çox təhlükəli olduğunu anlamamışdır.

    İnsanın təkamül keçirmiş bir heyvan olduğunu iddia edən bir yalanın insanlara, cəmiyyətə və dövlətlərə necə məhvedici təsir göstərəcəyini əvvəldən görə bilməmişdirlər. Azğın fikir sisteminin hər yandan insanları əhatə etdiyini və uşaqlarına, ölkələrinə, yaşadıqları mühitə necə mənfi təsir göstərdiyini əvvəlcədən təxmin edə bilməmişdirlər. Bu azğın fikir sistemi hücumların, qırğınların, cinayətlərin, oğurluqların, əxlaqsızlığın, degenerasiyanın, anarxiyanın, müharibələrin, terrorun əsas səbəbidir. Düşünə bilməmişdirlər ki, uşaqlar darvinist təhsil sayəsində əxlaqsız, üsyankar olacaq, insani xüsusiyyətlərdən uzaqlaşacaqlar. Dəccali sistem olan masonluq o qədər hiyləgərcəsinə yaxınlaşıb, o qədər böyük oyun oynamışdır ki, insanların əksəriyyəti fərqində olmadan, başlarına nə gələcəyini bilmədən bu oyunun əsiri olmuşlar. Dünyanın hazırkı vəziyyəti insanların bu qəflətə və darvinizm bəlasına əhəmiyyətsiz yanaşmalarının nəticəsidir.

    İnsanların əksəriyyətinin fərqində olaraq və ya olmadan dəccalın müdafiə etdiyi həyat tərzinə tabe olmalarının və dəccaliyyətin dediklərini etmələrinin, şübhəsiz, çox zərərli nəticələri olmuşdur. Dəccalın batil dininə tabe olmaq Allahın razı olduğu gözəl əxlaqdan, Rəbbimizin məmnun qaldığı şeylərdən uzaqlaşmaq mənasını verir. Dünyanın əksər hissəsində Quran əxlaqına uyğun olmayan həyat tərzinin yaşanmasının əsas səbəbi budur. Allah Quranda insanların bir-birlərinə yaxşılığı əmr edib pislikdən çəkindirməsini bildirir. Bu gün dünyanın bir çox yerində bu böyük məsuliyyət yerinə yetirilmir, tam əksinə, insanlar həmişə pis olana təşviq edilir. Allah insanları eqoizm, xəsislik, nankorluq, vəfasızlıq, mənfəətpərəslik, haram, qısqanclıq, pis söz, həmçinin ədalətsizlik, israf, qürur, təkəbbürdən çəkindirmişdir. İndiki dövrdə isə bir çox cəmiyyətdə bu əxlaq anlayışının tam əksi yaşanır. Qurana tabe olan müsəlmanlar arasında qarşıdakının nəfsini öz nəfsindən üstün tutmaq, üstünlüyü hər zaman qarşındakı şəxsə vermək əsasdır. Lakin insanların böyük qismi yalnız öz mənfəətlərini güdür və bu yolda hər cür davranış göstərirlər.

    Qurana görə, haqsız yerə can almaq haramdır. Hazırda isə törədilən cinayətlərin sayı heyrətamiz dərəcədə çoxdur. Qurana görə, hər bir kəs başqasının haqqını müdafiə etməyə görə cavabdehlik daşıyır. Halbuki dünyanın bir çox ölkələrində sistem insanların bir-birinin haqqını əlindən alma, bir-birini aldatma üzərinə qurulmuşdur. Qurana görə, malın ehtiyac olandan çoxu yoxsula verilir. Dünyanın bir çox ölkəsində isə yoxsul davamlı olaraq daha çox istismar edilir, varlı daha çox mala sahib olmağa can atır.

    Allahın Quranda bildirdiyi əxlaqın tam tərsinin yaşanması dəccalın qurduğu sistemin nəticəsidir. İnsanların əksəriyyəti dəccalın sisteminə tabe olduğu üçün rahatlıq içində yaşayacağı halda, yaşaya bilmir, xoşbəxt olacağı halda, ola bilmir və nemətlər içində yaşayacağı halda, bərəkətsizlik içində yaşayırlar. Dəccalın sistemi insanlar üçün böyük kabus və bəla olmuşdur.

    Lakin dəccaliyyət artıq fikrən ölmüşdür. Dəccalın bütün oyunları ortaya çıxarılmış, yox edilmişdir. Dəccaliyətin sarılacağı heç bir budaq qalmamışdır. Dəccaliyyət insanları artıq aldada bilmir və darvinizm cəfəngiyyatına da heç kimi inandıra bilmir.

    Bunu, Allahın izni ilə, gələcəkdə də edə bilməyəcək. Çünki Allahın vədinə görə, batil mütləq yox olub gedəcək. Allah bu nizamı insanların Allahı lazımi kimi təqdir etməsi, haqqı görməsi üçün yaratmışdır. Şübhəsiz ki, dəccaliyyət sistemini aradan qaldırmaq və Quran əxlaqını bütün dünyaya hakim etmək üçün Allahın "Ol!" əmri kifayətdir. Dəccal öz tələsini böyük və güclü sanmışdır. Halbuki Allahın tələsi qarşısında ziyana uğramışdır. Aləmlərin Rəbbi olan Allah ayələrində belə bildirir:

    “Əgər o məmləkətlərin əhalisi iman gətirib çəkinsə idilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq. Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları qazandıqlarına görə məhv etdik. Məgər o məmləkətlərin əhalisi əzabımızın onlara gecə yatarkən gəlməyəcəyinə əmin idilərmi? Və ya o məmləkətlərin əhalisi əzabımızın onlara gündüz oynayıb əylənərkən gəlməyəcəyinə arxayın idilərmi? Yaxud Allahın onları dolaşdırıb bəla toruna salmayacağına əmin idilərmi? Allahın dolaşdırıb bəla toruna salmayacağına özlərinə zərər edənlərdən başqa heç kəs arxayın ola bilməz!” (Əraf surəsi 96-99)

    Ağıl və vicdan sahibi olan hər bir insan ağılın, məntiqin, vicdanın və elmin göstərdiyi həqiqətə tabe olmağa, eləcə də hər varlığı Allahın yaratdığı həqiqətini qəbul etməyə görə məsuliyyət daşıyır. Şübhəsiz, uca Rəbbimizin insanların tərifinə, təslimiyyətinə, təqdir və ibadətinə ehtiyacı yoxdur. İnsanın özünün buna ehtiyacı var. Allaha qarşı təkəbbürlənmək insana dünya və axirətdə ziyandan başqa bir şey gətirməyəcək. Allaha təslim olmaq isə dünyada xeyirli və gözəl həyatın, axirətdə isə bu dünya ilə müqayisə edilməyəcək sonsuz və böyük nemətlərə qovuşmağın bir vəsiləsidir. İnsan üçün ən böyük mükafat isə Allahın razılığını qazanmaqdır.

    Dəccalın məğlubiyyəti isə sonsuzadək davam edəcək. Darvinizmin çöküşü bunun ən mühüm göstəricisidir. Önəmli olan bundan sonra vicdanın göstərdiyi yola tabe olub, ömrü dəccalın əsiri olaraq keçirməməkdir.

    Hər varlığın sahibi və hakimi olan Allah belə buyurur:

    Rəbbinizə dönün! Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun! Sonra sizə heç bir kömək olunmaz. Qəfil əzab özünüz də bilmədən başınızın üstünü almamışdan əvvəl Rəbbinizdən sizə nazil edilmiş ən gözəl sözə (Qurana) tabe olun! (Zumər surəsi 54-55)

    İzlənmə sayı: 2851