Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


KAİNATIMIZ »

  • Atmosferdəki ideal nisbətlər


    Dünyanın atmosferi həyat üçün vacib olan xüsusi şərtlər əsasında dizayn edilmiş müstəsna quruluşa sahibdir. Dünya atmosferi 77% azot, 21% oksigen və 1% nisbətində karbon-dioksid, arqon kimi digər qazların qarışığından ibarətdir.

    Bu qazların ən əhəmiyyətlisi oksigendir, çünki insanların və heyvanların enerji əldə etməsi üçün lazım olan bir çox kimyəvi reaksiyalar oksigen sayəsində baş verir. Tənəffüs etdiyimiz havadakı oksigen nisbətinin son dərəcə həssas tarazlıqlarda olması çox maraqlıdır. Dünya şöhrətli elm adamı Maykl Denton bu mövzuya belə diqqət çəkir:

    "Atmosferimizdə daha çox oksigen olsa idi, bu, həyat üçün faydalı olardımı? Xeyr! Oksigen çox reaktiv elementdir. Hal-hazırda atmosferdə olan oksigenin nisbəti, yəni 21% həyatın təhlükəsizliyi üçün lazım olan sərhədlərin tam ideal nöqtəsindədir. Yüzdə iyirmi birdən artan hər yüzdə birlik oksigen nisbəti bir ildırımın meşə yanğını yaratma ehtimalını 70% artıracaq". İngilis biokimyaçısı Ceyms Lovelok isə bu kritik tarazlığı belə ifadə edir:

    "25%-lik oksigen nisbəti daha yüksək olanda qida kimi istifadə etdiyimiz bitki növlərinin çoxu bütün tropik meşələri və arktik tundraları məhv edəcək nəhəng yanğınlarla yox olardı ... Atmosferin indiki oksigen nisbəti təhlükənin və faydanın mükəmməl tarazlandığı miqdardadır".

    Atmosferdəki oksigen nisbətinin tarazlığının qorunması mükəmməl "təkrar emal" sistemi sayəsində mümkün olur. İnsanlar və heyvanlar daimi oksigen qəbul edirlər, özləri üçün zəhərli olan karbon dioksidi buraxırlar. Bitkilər isə bu əməliyyatın tam əksini həyata keçirirlər və karbon dioksidi həyatverici oksigenə çevirərək canlılığın davamını təmin edirlər. Hər gün bitkilər tərəfindən milyardla ton oksigen bu yolla atmosferə buraxılır.

    Əgər bitkilər, insanlar və heyvanlar eyni reaksiyanı həyata keçirsə idilər, dünya çox qısa müddətdə yaşanılmaz bir planet olar. Məsələn, bütün canlılar oksigen buraxsa idilər, atmosfer qısa müddətdə "alışqan" xüsusiyyət qazanacaq və ən kiçik qığılcım belə irimiqyaslı yanğınlar törədəcəkdi. Sonda dünya nəhəng "şar partlayışı" kimi bir partlayış nəticəsində yanıb kül olacaqdı. Digər tərəfdən, bütün canlılar karbon-dioksid buraxsa idilər, bu dəfə atmosferdəki oksigen sürətlə tükənəcək və bir müddət sonra canlılar nəfəs almalarına baxmayaraq, "boğularaq" kütləvi olaraq ölməyə başlayacaqdılar.

    Allah həyatın tarazlığını son dərəcə qüsursuz sistemlə yaratmışdır. Bunun sayəsində də atmosferdəki həssas oksigen nisbəti canlılıq üçün ən ideal nisbətdə qalır. Bu nisbət, tanınmış elm adamı Lovelokun ifadəsi ilə desək, "təhlükənin və faydanın mükəmməl tarazlandığı bir rəqəmdir".

    Karbon-dioksid Günəşdən gələn şüaların bir qisminin yer üzündən əks olunub kosmosa getməsinin qarşısını alır, beləliklə, Yer kürəsində istiliyin qorunmasını təmin edir.

    Atmosferi təşkil edən qazların tarazlığı dünyada yaşayan canlılar üçün çox dəqiqdir; hər bir qaz doğru nisbətdə və miqdardadır. Məsələn, tənəffüs etdiyimiz zaman bizlər üçün zərərli olan karbon dioksid belə, əslində, çox əhəmiyyətlidir. Çünki bu qaz Günəşdən gələn şüalardan bir qisminin yer üzündən əks olunub kosmosa getməsinin qarşısını alır, beləliklə, Yer kürəsində istiliyin qorunmasını təmin edir. Atmosferi təşkil edən bu qazların nisbəti dünyada baş verən bioloji və tektonik proseslər sayəsində daim tarazlıqda saxlanılır. Min illərdir ki, bu tarazlığın qorunması və canlıların ehtiyacına uyğun mühafizə edilməsi qüsursuzca yaradan Allahın varlığını göstərir. Allah Quranda belə buyurmuşdur:

    "O Allah ki yaradandır, (ən gözəl bir şəkildə) qüsursuz var edəndir, şəkil və surət verəndir. Ən gözəl adlar Onundur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir" (Həşr surəsi, 24)

    İzlənmə sayı: 2854