Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


ELM DÜNYASI »

  • Dəmir istehsal edən və şəkərdən mazut hazırlayan bakteriyaların xüsusiyyətləri nələrdir?


    Bəzi bakteriyalar suyun içində ərimiş halda olan dəmiri sudan ayırmaq xüsusiyyətinə sahibdirlər. Bu canlılar okeanlarda həll olan dəmir molekullarını bu cür istehsal edir və bunları öz vücudlarında sıxlaşdırırlar. Bakteriyaların vücudunda sıxlaşan dəmir daha sonra okeanın dibində dəmir yataqları şəklinə gəlir. Bunlar milyon illər ərzində dağlara doğru irəliləyir və buralarda böyük dəmir yataqlarını əmələ gətirirlər. Bu dəmir yataqlarının qazılması ilə ciddi miqdarda dəmir molekulu havaya qarışır. Biz isə fərqində olmadan görünməyən bu dəmir tozlarını uduruq. Bədənimizə daxil olan bu molekullar çox əhəmiyyətlidir. Kiçik dəmir molekulları bədənimizə daxil olduğu üçün qırmızı qan hüceyrələrimiz dəmir daşıyan hemoqlobin çəyirdəyi, iliyimizi, yəni vücudumuzda dolaşan qanın mənbəyini əmələ gətirir. Bu kiçik nümunədə saysız-hesabsız səbəb-nəticə münasibəti tək bir həqiqətə işarə edir. Allah bu həqiqəti ayədə belə bildirir.

    Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah Zəngindir, Tərifəlayiqdir. Əgər yer üzündəki bütün ağaclar qələm olsa idi, dəniz də mürəkkəb olub ardından ona yeddi dəniz də qatılsa idi, yenə də Allahın Sözləri qurtarmazdı. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir.(Loğman surəsi 26-27)

    Allah göyləri və yeri bir uyğunluq içində yaradandır

    Mədənçi bakteriyalar Allahın möhtəşəm yaratma sənətinin dəlillərindəndir. Allah bütün bu prosesləri yerinə yetirən bakteriyanı yaratdığı kimi, onu kristallaşdıran su buxarını, onu yüksəldən havanı, onu içində toplayan buludu və atmosferi, onu yere endirən yağışı və onun çoxalıb, yayılmağını təmin edən yer üzünü də yaradandır. Bu səbəbdən də qarşımıza çıxan bütün təfərrüatlar bir-biri ilə qüsursuz bir uyğunluq içində yaradılmışdır və bu tarazlıqda milyon illərdir ki, bir dəyişiklik olmur. Allah Quranda belə buyurur:

    Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-biri ilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanatı yer üzünə yaymasında, küləklərin istiqamətinin dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda başa düşən insanlar üçün dəlillər vardır. (Bəqərə surəsi 164)

    İzlənmə sayı: 72