Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


ELM DÜNYASI »

  • Zəlzələyə qarşı həşərat qanadı


    İrlandiyada aparılan tədqiqatda məlum olub ki, binalar həşəratların qanad sistemi nümunə götürülərək dizayn edilərsə, zəlzələyə qarşı daha davamlı olar.

    İrlandiyadakı Triniti Kollec Universitetindən tədqiqatçılar çəyirtkələr də daxil olmaqla, müxtəlif həşəratların qanadlarını tədqiq ediblər.

    Tədqiqatın nəticələrinə əsasən, çox kövrək görünən həşərat qanadları, əslində, çox davamlıdır. Tədqiqat saniyədə 2000 dəfə qanad çalan milçəklərin də qanadlarının davamlı olduğunu göstərib.

    Saç telindən təqribən 10 dəfə incə qanadları olan çəyirtkələrin günlərlə uçaraq, okeanları və səhraları keçərək uzun köç etdiklərinə diqqət çəkən tədqiqatçılar çəyirtkələrin bu köç zamanı təxminən yüz minlərlə dəfə qanad çırpdıqlarını göstərib.

    Tədqiqatın nəticələri dəyərləndirərək təbiətdəki canlıları tədqiq etməklə dövrümüzdəki mühəndislik problemlərinə mükəmməl həll yolları tapmaq irəli sürülüb.

    Zəlzələyə davamlı bina

    Təkcə çəyirtkənin qanadlarındakı sistem təqlid edilərək yüngül materialla davamlı tikililər inşa etməyin mümkün olduğunu bildirən tədqiqatçılar bu yolla zəlzələyə davamlı hündür binalar  tikməyin mümkün olacağını bildirib.

    İzlənmə sayı: 960