Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


MƏNƏVİYYAT »

  • Sahib olduğunuz hər şeyi Allahın nemət olaraq verdiyini əsla anlamazlıqdan gəlməyin


    Yaşadığımız dünyada saysız gözəlliklər, nemətlər mövcuddur. Hər canlının bütün ehtiyacları ayrı-ayrı düşünülmüş və heç nə əskik buraxılmamışdır.Əvvəlcə özümüzü düşünək: səhər yataqdan qalxdığımız andan etibarən nə edirik, nəyə ehtiyac duyur, nələrlə qarşılaşırıq, daha doğrusu hansıgözəlliklərlə nemətləndirilirik. Yuxudan duran kimi nəfəs ala bilirik, qüsursuz tənəffüs sistemimiz sayəsində bunu edərkən heç bir çətinlik çəkmirik, atmosferdəki qazların nisbətinin doğru olub-olmadığını düşünmək ağlımıza belə gəlmir. Gözümüzü açan kimi görə bilirik, gözümüzdəki bənzərsiz yaradılış sayəsində dəqiqlik nizamı, rəng nizamı, uzaqlıq nizamı kimi nizamlar etmək məcburiyyətində qalmırıq. Yemək yeyirik və ləzzət alırıq.Yediyimiz hər loğmada ayrı-ayrı olan vitaminlərin, mineralların, karbohidratların, zülalların hara gedəcəyini, nisbətini, yığılması və ya atılması kimi əməliyyatları ağlımıza belə gətirmirik. Həttaorqanizmimizdə hansı əməliyyatların getdiyindən xəbərimiz belə olmur. Əlimizə götürdüyümüz bir cismin bərk və ya yumşaq olduğunu dərhal anlaya bilirik. Hər hansı bir cismi rahatlıqla tuta bilirik.

    Beləliklə, hər saniyə insan bədənində bu nümunələrə bənzər saysız əməliyyatlar gedir. Bu əməliyyatların hər birini icra edən orqanlar, bu orqanlarda da kompleks mexanizmlər mövcuddur. İnsan bədəni sanki bir fabrik kimi işləyir. Bu fabrik insana verilmiş ən böyük nemətlərdən biridir, çünki insan bu fabrik sayəsində mövcuddur, bu fabrik sayəsində yaşayır.

    Bəs bu fabrikin işləməsi üçün lazım olan xammallar necə təmin edilir? Yəni insana güc verən yeməklər, su, hava kimi maddələr necə meydana gəlir?

    Əvvəl meyvə və tərəvəzləri düşünək. Quru torpağa atılan və bir taxta parçasına bənzəyən toxumlar sayəsində yaranan qarpızları, qovunları, ərikləri, albalıları, portağalları, bibərləri, pomidorları, ananasları, tut, çiyələk və badımcanları və digər bitki mənşəli qidalarımızı düşünək. Alışdığımız düşüncəforması ilə deyil, fərqli yanaşma tərzi ilə düşünək. Çiyələyin o möhtəşəm ətrini və dadını, qovunun heç dəyişməyən məşhur ətrini və ləzzətini ağlımıza gətirək. Bir də insanların laboratoriyalarda həmin ətirləri əldə etmək üçün sərf etdikləri zamanı, istifadə etdikləri texnologiyanı düşünək və müqayisə edək. Laboratoriyalarda əldə edilən nəticə təbiətdəkinin pis təqlidindən başqa bir şey deyil. Allahın insanlar üçün təbiətdə yaratdığı ətir, ləzzət və rəng müxtəlifliyi bənzərsiz qüsursuzluğa malikdir.

    Bütün bitki mənşəli qidaların dadlarının, qoxularının fərqli olması, hamısının özlərinə xas rənglərinin olması insan üçün xüsusi olaraq hazırlanmışdır. Bunların hamısı Rəbbimiz tərəfindən nemət kimi təqdim edilir.

    Heyvanlar da insanlar üçün xüsusi olaraq yaradılmışdır. İnsanlar həm qida kimi faydalanacağı, həm də görünüşlərindən zövq alacağı gözəlliklərlə təchiz edilmişlər. Dəniz və okeanlardakı rəngarəng balıqlar, mərcanlar, dəniz ulduzları, dünyanın müxtəlif bölgələrində yaşayan rəngarəng quş növləri,çox sevimli pişiklər, itlər, delfinlər, pinqvinlər və digərləri… Bunların hamısı Allahdan bir nemətdir. Allah bu mövzunu bir çox ayəsi ilə qullarına bildirmişdir:

    Göylərdə və yerdə olanların hamısını O sizin xidmətinizə vermişdir. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Casiyəsurəsi, 13)

    Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhm­­lidir. (Nəhl surəsi, 18)

    Burada bəhs edilənlər Allahın təqdim etdiyi nemətlərin və gözəlliklərin çox kiçik bir hissəsidir. İnsan gözünü hara çevirsə, Allahın Bərr (qullarına qarşı yaxşılığı çox olan), Kərim (kərəmi bol, comərd), Lətif (lütf sahibi), Rəzzaq (ruzi verən), Sani (sonsuz gözəlliklər yaradan) kimi isimlərinin təcəllilərinin nümunələrini görə bilər.

    Siz də ətrafınıza bir nəzər salıb düşünün. ”Sizə verilən nemətlərin hamısı Allahdandır… (Nəhl surəsi, 53)” ayəsi ilə xəbər verildiyi kimi, sizəverilən sonsuz nemətlərin sahibinin Rəbbimiz olduğunu əsla ANLAMAZLIQDAN GƏLMƏYİN.

    İzlənmə sayı: 959