Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


AXIRZAMAN »

  • Hz. Mehdinin (ə) reallaşan zühur əlamətləri


    Qiyamət vaxtı dünya həyatının son günü olmaqla yanaşı, axirətdəki sonsuz həyatın da başlanğıcıdır. Qiyamət günü yaşanacaq bir-birindən dəhşətli hadisələr zamanı Allahın qüdrəti bütün insanlar tərəfindən dərk ediləcək. Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) qiyamətdən əvvəl baş verəcək əlamətləri 1400 il bundan əvvəl hədislərdə ətraflı şəkildə təsvir etmişdir. Hədislərə görə, müharibələr, hərc-mərclik, yoxsulluq, cinsi degenerasiya, təbii fəlakətlər çoxalacaq, insanlar gözəl əxlaqdan uzaqlaşacaq və saxta peyğəmbərlər ortaya çıxacaq. Bütün bunlardan sonra Allah hz. Mehdi vasitəsi ilə İslam əxlaqını bütün dünyaya hakim edəcək.

    Peyğəmbərimizin (s.ə.v) hədislərində qeyd edilən bu məlumatların həqiqi olmasını bizə göstərən ən əhəmiyyətli dəlil bu hadisələrin vaxtında, tam təsvir edildiyi kimi və bir-birinin ardınca baş verməsidir. Hədislərdə bildirilən bir çox əlamət 1979-cu ildən (hicri təqvimi ilə 1400-cü il) dövrümüzə qədər bir-birinin ardınca baş vermişdir.

    Qiyamət əlamətləri bir-birini izləyərək meydana gələr. Boyunbağıdakı muncuqların ardıcıl qopması kimi. (Ramuz əl-əhadis, 277/6; Camiüs-səqir, 3/167)

    Əfqanıstanın Rusiya tərəfindən işğalı (1979)

    “Taliqana (Əfqanıstana) heyif oldu. Şübhəsiz, Allahu-təalanın orada qızıl və gümüş olmayan xəzinələri vardır. Orada Allahı haqqı ilə tanıyan insanlar vardır. Onlar axır zamanda hz. Mehdinin köməkçiləridir”. (Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axır zaman, səh. 59)

    Hədisdə Əfqanıstanın axır zamanda işğal ediləcəyinə işarə edilir. Həqiqətən də rusların Əfqanıstanı işğalı 1979-cu il – hicri 1400-cü ilə, digər bir ifadə ilə hicri 14-cü əsrin başlanğıcına təsadüf edir. Həmçinin bu rəvayətdə Əfqanıstanın maddi zənginliklərinə diqqət çəkilmişdir. Bu gün Əfqanıstanda müxtəlif səbəblərə görə işlədilməyən böyük neft yataqları, dəmir hövzələri və kömür mədənləri aşkar edilmişdir.

    Kəbədə qan axıdılması (1979)

    “Onun çıxacağı il insanlar həccə başlarında bir əmir olmadan gedəcəklər… Birlikdə Beyti-şərifi təvaf edəcəklər, sonra Minaya endiklərində bir-birinə hücum edəcək, hacılar soyulacaq, qanlar Akabə cəmrəsinin üzərinə axacaq”. (Qiyamət əlamətləri, səh. 168-169)

    “İnsanlar başlarında bir imam olmadan həccə gedərlər. Minaya endiklərində böyük döyüşlər olar. Belə ki, ayaqlar qan gölü içində qalar”. (Kitabül-bürhan fi əlamətil- Mehdiyyil-axır zaman, səh. 35) Hədislərdə “onun çıxacağı il” cümləsindən istifadə edilərək hz. Mehdinin çıxış tarixində həcc əsnasında meydana gələcək bir qırğına diqqət çəkilmişdir. 1979-cu ildə həcc əsnasında baş verən Kəbə basqınında eyni ilə belə bir qırğın yaşanmışdır. Çox maraqlıdır ki, bu qanlı Kəbə basqını da axır zamanın başlanğıcının və hz. Mehdinin çıxışının digər əlamətlərinin reallaşdığı dövrün düz əvvəlində, yəni hicri 1400-cü ilin ilk günündə – 1 məhərrəm 1400-cü il (21 noyabr, 1979) tarixində meydana gəlmişdir.Hədisdə qanların axacağından bəhs edilərək öldürmə hadisəsinə diqqət çəkilmişdir. Basqın əsnasında Səudiyyə əsgərləri ilə təcavüzkar məmurlar arasında meydana gələn döyüşdə 30 nəfərin öldürülməsi bu rəvayətin qalan hissəsini də təsdiq etmişdir.

    İran-İraq müharibəsi (1980)

    Şəvval ayında qiyam, zilqədədə hərb danışıqları, zilhiccədə isə hərb baş verəcək”. (Qiyamət əlamətləri, Bərzənci, səh. 166)

    Hədisdə göstərilən şəvval, zilqədə və zilhiccə ayları İran-İraq müharibəsinin qızğın vaxtları ilə eyni tarixə düşür. Məlum olduğu kimi, İran şahına qarşı ilk qiyam hədisdə göstərilən 5 şəvval, 1398-ci ildə (8 sentyabr, 1976) olmuşdur. Hicri 1400-cü ilin zilhiccə (1980 oktyabr) ayında İran-İraq arasındakı müharibə artıq başlamışdır.

    Zəlzələlərin çoxalması

    “Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaq… zəlzələlər çoxalacaq…”. (Ramuz əl-əhadis, 476/11)

    “Qiyamətdən əvvəl iki böyük hadisə vardır… və sonra da zəlzələli illər”. (Ramuz əl-əhadis, 187/2)

    Son bir neçə il ərzində meydana gələn böyük və aramsız zəlzələlər dünya ictimaiyyətinin gündəmində ilk sıralarda yer almışdır. Amerikan Milli Zəlzələ İnformasiya Mərkəzinin məlumatlarına baxsaq, 1999-cu ildə dünyada 20.832 zəlzələ qeyd edilmişdir. Bu zəlzələlərdə təxminən 22.000 insan həyatını itirmişdir. (Əfqanıstan və İndoneziya zəlzələlərində ölən təxminən 500 min nəfər bu statistikaya daxil edilməmişdir)

    Amerika Milli Zəlzələ İnformasiya Mərkəzi tərəfindən aparılan hesablamalara görə,

    1556-cı il ilə 1975-ci il arasındakı 400 illik dövrdə meydana gələn zəlzələ sayı: 110 (5.0 baldan yüksək)

    1980-cı il ilə 2003-cü il arasındakı 23 illik dövrdə meydana gələn zəlzələ sayı: 1685 (6.5 baldan yüksək)

    Bununla yanaşı, 400 ildə qeydiyyatda olan zəlzələrin sayı 110 olsa da, hz. Mehdinin çıxış əlamətlərinə işarə edən 23 illik dövrdə 1685 zəlzələ qeydə alınmışdır.

    (Geological Survey National Earthquake Information Center, “Earthquake Facts and Statistics”, 2000,http://wwwneic.cr.usgs.gov/neis/eqlists/eqstats.htmlhttp://wwwneic.cr.usgs.gov/neis/bulletin/1999_stats.html)

    Ramazan ayında Günəş və Ay tutulmaları (1981-1982)

    “Mehdi üçün 2 əlamət vardır ki… Bunun birincisi, ramazanın birinci gecəsi Ayın, ikincisi də ortasında Günəşin tutulmasıdır”. (Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər, səh. 47)

    “Ramazanın birinci gecəsi Ay, ortasında Günəş tutulacaq”. (Qiyamət əlamətləri, səh. 199)

    “Onun səltənəti dövründə ramazan ayının on dördündə Günəş tutulacaq, o ayın birincisində isə Ay qaralacaq…”. (Məktubati-Rəbbani, 380-ci məktub, 2/1163)“Mehdinin zühurundan əvvəl bir ramazan içində Günəş iki dəfə tutulacaq”. (Ölüm-qiyamət-axirət və axır zaman əlamətləri, səh. 440)“… Günəşin oruc ayının ortasında, Ayın isə sonunda tutulması…”. (Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axır zaman, səh. 37)

    “Ramazanda iki dəfə Ay tutulması olacaq”. (Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzə

    r, səh. 53)“Mehdinin gəlişi ramazan ayında Ayın iki dəfə tutulmasına səbəb olacaq”. (Qiyamət əlamətləri, səh. 200)

    Yuxarıdakı rəvayətlərdə diqqəti cəlb edən ən əhəmiyyətli nöqtələr ramazan ayının ortasında həm Günəş tutulması, həm də bir ay içində Ayın və Günəşin iki dəfə tutulmasıdır.

    Əgər bu hədislərdə təsvir edilən hadisələr diqqətlə araşdırılsa, rəvayətlərdə müxtəlif fərqlərin olduğu görünər. Yuxarıdakı 1, 2 və 3-cü rəvayətlərdə Ayın ramazanın birinci günü, 4-cü rəvayətdə isə sonuncu günü tutulacağı bildirilmişdir. Bu halda eyni hadisəyə işarət edən fərqli rəvayətlərin ortaq yönləri təsbit edilməlidir. Buna görə, yuxarıdakı hədislərin cəmindən çıxan ortaq nəticələr bunlardır:

    1. Ramazan ayında Ay və Günəş tutulmaları olacaq.

    2. Bu tutulmalar orta hesabla 14-15 gün ara ilə olacaq.

    3. Bu tutulmalar iki dəfə təkrarlanacaq.

    Bu təsbitlərə uyğun 1981-ci ildə (hicri 1401-də) ramazan ayının 15-ci günü Ay, 29-cu günü də Günəş tutulmuşdur. Yenə “ikinci olaraq” 1982-ci ildə (hicri 1402-də) ramazan ayının 14-cü günü Ay, 28-ci günü də Günəş tutulmuşdur.

    Bundan başqa, bu hadisədə Ayın ramazanın tam ortasında bədr (14 gecəlik ay) halında tutulması və insanların diqqətini çəkən bir əlamət olaraq meydana çıxması da çox mənalıdır.

    Bu hadisələrin hz. Mehdinin digər zühur əlamətləri ilə eyni dövrdə meydana gəlməsi və hicri 14-cü əsrin əvvəllərində ard-arda iki il (1401-1402) möcüzəvi şəkildə təkrarlanması rəvayətlərin işarəsinin bu hadisələr ola biləcəyini qüvvətləndirir.

    Tozlu, dumanlı fitnə (2001)

    Tozlu, dumanlı, qaranlıq bir fitnə görünəcək; bunu digərləri təqib edəcək… (Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axır zaman, səh. 26)

    Bu hədisdə hz.Mehdinin çıxışından əvvəl tozlu, dumanlı və qaranlıq bir fitnənin görünəcəyindən bəhs edilir. Fitnə sözünün “insanın ağlını və qəlbini birbaşa haqq və həqiqətdən azdıran, müharibə, qarışıqlıq, ixtilaf, döyüş” kimi mənaları var. Hədisdə bu fitnənin arxasında toz və duman buraxacağı ifadə edilir. Bundan əlavə, bu fitnənin “qaranlıq” olaraq xarakterizə edilməsi haradan gəldiyi müəyyən olmayan, gözlənilməyən bir hadisə olduğuna işarə ola bilər.Bu nöqteyi-nəzərdən baxıldığında həmin hədisin 11 sentyabr, 2001 tarixində ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində meydana gələn, dünya tarixinin ən böyük terror hadisəsi kimi xarakterizə edilən hücuma işarə etməsi mümkündür. Televiziya ekranlarından və qəzetlərdən də göründüyü kimi, bu iki böyük terror hadisəsindən sonra böyük toz buludu və duman ətrafı bürümüşdür.

    Nyu-Yorkda Dünya Ticarət Mərkəzinə və Vaşinqtonda Pentaqon binasına çırpılan təyyarələrin yanacaqlarının səbəb olduğu partlayışlar nəticəsində böyük bir duman meydana gəlmiş və bu duman şəhərin hər yerindən və hətta ətraf şəhərlərdən görünə biləcək qədər yüksəlmiş və yayılmışdır. Partlayışlar nəticəsində çökən binalar isə daha böyük bir toz buludunun meydana gəlməsinə səbəb olmuş, hətta ətrafdakı insanlar tamamilə bu tozla örtülmüşdür.Bu hadisə həm dünya tarixinin ən böyük terror hücumlarından biri olması, digər əlamətlərlə yaxın dövrlərdə baş verməsi, həm də hədisdə verilən tərifə bənzər xüsusiyyətləri ehtiva etməsinə görə çox əhəmiyyətlidir. Bu səbəbdən, minlərlə günahsız insanın ölümünə və yaralanmasına səbəb olan insanlıq tarixinin bu dəhşətli terror hadisələrindən biri hədisdə xəbər verilən və hz.Mehdinin zühurunun bir əlaməti olaraq bildirilən “tozlu dumanlı, qaranlıq fitnə” ola bilər.

    (Ən doğrusunu Allah bilir)

    Bağdadın alovlarla yox edilməsi

    Axır zamanda Bağdad alovlarla yox edilər… (Risalətül-xürucul-Mehdi, cild 3, səh. 177)

    2003-ci il İraq müharibəsində müharibənin ilk günündən etibarən Bağdad ən çox bombardman edilən şəhərlərdən biri olmuşdur. Ağır bombardman gecə vaxtları Bağdadın eynilə hədisdə xəbər verildiyi kimi, alovlanıb yanmasına səbəb olmuşdur. Bağdadın qəzet və televiziya xəbərlərinə əks olunan görüntüləri yuxarıdakı hədisdə diqqət çəkilən hadisə ilə tam eynilik təşkil edir. Bu da axır zamanda olduğumuzu göstərən açıq əlamətlərdən biridir.

    İraqın üç yerə bölünməsi

    İraq xalqı üç firqəyə ayrılar. Bir qismi soyğunçulara qatılar. Bir qismi ailələrini tərk edib qaçar. Bir qismi döyüşər və öldürülər. Siz bunları gördüyünüz vaxt qiyamətə hazırlaşın. (Fəraidu-fəvaidil-fikr fil imam əl-Mehdi əl-müntəzər)

    Axırzaman əlamətlərindən biri də İraq xalqının üç yerə ayrılmasıdır. Hədisdə xəbər verildiyinə görə, xalqın bir qrupu “soyğunçulara” qatılacaq. İraqda müharibədən sonra çoxlu soyğunlar edilmiş, xalqın bir qismi oğurluq, talan kimi “soyğunçuluq” olaraq adlandırılan işlərlə məşğul olanlara qoşulmuşdur.

    Hədisdə xalqın bir hissəsinin olduqları yerdən təcili qaçmağa başlayacaqları, hətta ailələrini belə düşünə bilməyəcək halda olacaqları xəbər verilmişdir. Qəzetlərdə bu barədə yer alan xəbərlər diqqəti çox cəlb edir.

    Xalqın bir hissəsinin müharibəyə qatılacağı və öldürüləcəyi bildirilir. İraq müharibəsi əsnasında da bir çoxları müxtəlif bölgələrdəki qarşıdurmalara qatılmış və həyatını itirmişdir.

    Bundan əlavə, hədisin ilk hissəsində diqqət çəkilən “İraqın üç yerə ayrılması” mövzusu fiziki mənada da reallaşmışdır. Körfəz müharibəsindən sonra İraq coğrafi olaraq üç hissəyə ayrılmışdır. 32-ci və 36-cı paralellərin arası, 32-ci paralelin cənubu və 36-cı paralelin şimalı olaraq təyin olunan bu üç bölgənin yaradılması hədisin işarə etdiyi hadisələrdən biri ola bilər. (Ən doğrusunu Allah bilir)

    Zühur vaxtı və əlamətləri Peyğəmbərimizin (s.ə.v) hədislərindən açıq şəkildə məlum olan hz. Mehdi İslam dünyasını birləşdirəcək, Quran əxlaqının dünyaya hakim olmasına səbəb olacaq.

    İzlənmə sayı: 4597