Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


AXIRZAMAN »

  • 2012–ci il dünyanın sonudur, yoxsa yeni başlanğıc?


    ADNAN OKTAR: “2012-ci ildən sonra insanların beyinlərində, ruhlarında dəyişiklik olacaq. Tamamilə başqa bir aləmə, başqa bir dünyagörüşə sahib olacaqlar. İnsanların bəziləri 2012-ci ili qiyamət ili hesabedirlər. Bu barədə miladdan əvvəlki dövrlərə aid yazılarda da məlumatlar var: “2012-ci ildə ya qiyamət olacaq, ya da insanların ruhunda əsaslı dəyişiklik olacaq”, - deyilir.

    Əslində, insanlar 2012-ci ildən etibarən maddənin həqiqətini görəcəklər. Hal-hazırda maddənin həqiqətini bilmirlər.

    Məsələn, mən sizi beynimin içində kiçik bir yerdə görürəm. Bu görüntü hədsiz şəkildə canlı və dəqiqdir. Bizim xaricimizdə səs yoxdur, səs beyinin bir qavramasıdır, bu, sırf beyinə xas xüsusiyyətdir, beyindəki ruhun qavramasıdır. Görüntü də elədir: gözümüz görməz, gözlər ətdən ibarət bir cüt kameradır. Onlar işıq şüalarını müəyyən nöqtəyə qədər keçirirlər, orada da kimyəvi enerji elektrik enerjisinəçevrilir. Elektrik enerjisi onu beynimizə aparır, bu, çox gözəl bir sistemdir. O elektriki ruhumuz dünya kimi görür. Çox zəif elektrik enerjisi o ətin içindən naqilsiz keçir və üç ölçülü dəqiq görüntü meydana gəlir”.

    Heç bir insan əşyanın əslini görməyib

    İnsanlar hər şeyi gözləri ilə gördüklərini zənn edirlər. Bunun səbəbi doğulduqları andan etibarən qavradıqları xarici təlqinlərdir. Halbuki görən göz deyil. Bu, elmi həqiqətdir. Belə ki, gözlərin (və gözlərlə bağlı milyonlarla sinir hüceyrəsinin) yeganə vəzifəsi görmə əməliyyatının reallaşması üçün beyinə mesaj ötürməkdir. Bütün məktəblərdə öyrədilən, bu səbəbdən də hamının bildiyi bu məlumatı burada bir daha xatırladaq: bir cisimdən gələn işıq göz büllurundan keçir və gözün arxa tərəfindəki torlu qişanın üzərinə baş aşağı və iki ölçülü görüntü salır. Torlu qişa təbəqəsinə düşən görüntülər buradakı milyonlarla sinir ucu tərəfindən elektrik axınına çevrilir və beyindəki görməmərkəzinə ötürülür. Beyin bu siqnalları üç ölçülü, mənalı görüntülərə çevirir və beləliklə, görüntü yaranır. Başqa cür desək, görmə mərkəzinə gələn işıq həmin anda elektrik siqnallarına çevrilir və biz bu siqnalları rəngli və üç ölçülü bir dünya kimi görürük.

     Bu məlumatdan belə nəticə çıxara bilərik:

    Ömrümüz boyu gözlərimizlə gördüyümüzü zənn edirik. Halbuki göz görməz, yalnız elektrik siqnallarını görmə mərkəzinə ötürər.

    Qulaqlarımızla eşitdiyimizi zənn edirik. Halbuki eşidən qulaqlarımız deyil. Qulaqlarımız yalnız elektrik siqnallarını eşitmə mərkəzinə ötürür.

    Xaricimizdəki dünyanın əsli ilə təmasda olduğumuzu zənn edirik. Xaricimizdə dünya var, lakin biz bunun əsli ilə heç vaxt təmasda olmuruq, beynimizdəki kiçik nöqtənin içindəki dünyanı görürük.

     Elmin sübut etdiyi bu həqiqətə əsasən, biz dənizdə üzən gəmiyə baxdığımız zaman dənizi və gəmini gözlərimizlə görmürük, çünki bu mənzərəyə aid görüntü gözümüzün qarşısında deyil, beynimizin arxa tərəfində meydana gəlir. Böyük villanın sahibi villasını, bağçasını, avtomobilini, villasında işləyən insanları, ailəsini, yoldaşlarını gözlərilə gördüyünü zənn edərkən, əslində, bu, insan beyninin arxa tərəfindəki kiçik bir yerdə sadaladığımız hər şeyin yalnız surətini görür, surəti ilə təmasda olur.

    Başqa bir misal: qəfəsdəki quşu seyr edən insan qəfəsi və quşu gözləri ilə görmür. İşıq bu insanın gözündəki torlu qişaya düşəndə, torlu qişada qəfəsin və quşun əksi və ikiölçülü görüntüləri meydana gəlir, sonra bu görüntü elektrik cərəyanına çevrilir və beyinin arxasındakı görmə mərkəzinə çatır və qəfəslə quşun üç ölçülü, qüsursuz görüntüsü burada görünür.

    “Gözümlə görürəm”, - deyənləri yanıldan dərinlik hissidir

    Qarşımızdakı insana baxdığımız zaman biz ancaq onun beynimizdə yaranan surətini, görüntüsünü görürük. Heç vaxt və heç bir zaman o insanın əslini görə bilmərik.

    Məsələn, televizora baxarkən hərəkətli və rəngli olduqları üçün bizə həqiqət kimi görünən görüntüləri görür və bunları da gözlərimizlə gördüyümüzü deyirik. Halbuki televizora baxarkən biz yalnız beynimizdəki kiçik sahədə elektrik cərəyanlarının meydana gətirdiyi görüntüləri seyr edirik.

    Eynilə ətrafımızda gördüyümüz hər şey - bağçalar, ağaclar, çiçəklər, evimiz, evimizdəki bütün əşyalar, sahib olduğumuz bütün mal-dövlət, ailəmiz, yoldaşlarımız… hamısının yalnız beynimizin içərisindəki surətləri ilə təmasda oluruq.

    Bu günə qədər heç birimizin heç kimi və heç bir əşyanın əslini görmədiyi açıq-aşkar bir həqiqətdir. Biz yalnız maddi dünyanın görüntüsü ilə təmasda oluruq.

    Bu həqiqətin insanların qavramasına mane olan faktor isə gördüklərimizin əsli ilə təmasda olduğumuza inandıran dərinlik hissidir. Pəncərədən baxan insanla qarşıdakı mənzil arasındakı uzaqlıq hissi onu bu həqiqətə inanmaqdan çəkindirir. Bəzi insanlar: ”Yaxşı, bütün görüntü beynimdə meydana gəlir, bəs hər şey beynimdəki kiçik nöqtəyə necə sığır? Məsələn, pəncərədən baxanda gördüyüm mənzillər, yollar, avtomobillər və mən necə eyni nöqtədə ola bilərik?” - deyə düşünə bilərlər. Halbuki uzaqlıq hissi də beyində meydana gələn boşluq hissinin qavranmasından başqa bir şey deyil. Buna görə də, insanın özündən uzaqda zənn etdiyi şey də, əslində,  beynindəki kiçik nöqtədə meydana gəlir. Bunu bu misalla daha yaxşı anlaya bilərik: televizor düz səthdə iki ölçülü görüntü meydana gətirdiyi halda, işıq, perspektiv və kölgə oyunları istifadə edildiyi zaman üç ölçülü görüntü yaranır. Məhz beyində yaranan qavrama da buna bənzəyir. Biz beyində yaranan iki ölçülü görüntüdə uzaq məsafələri qavraya bilərik, amma bunların heç biri bizdən uzaqda deyil, əksinə, hamısı içimizdə, beynimizdəki kiçik nöqtədədir. Gözümüzün gördüyü hər yeri əhatə edən mavi səma, üfüqdə yüksələn dağlar, günəş, ulduzlar, içində oturduğumuz otaq, üzərində oturduğumuz kreslo… hamısının surətləri beynimizdəki kiçik nöqtədə meydana gəlir.

    Bu mövzunu daha yaxşı başa düşmək üçün gördüyümüz yuxulara nəzər salaq. Yuxularımızda çox dəqiq və həqiqətəbənzər görüntülər görürük. Heç vaxt getmədiyimiz ölkələrə gedir, tanımadığımız insanlarla danışır, maşın sürür, ləzzətli yeməklər yeyir, gözəl bağçalarda gəzir, sevinc, həyəcan, qorxu kimi müxtəlif hisslər keçiririk… Gördüklərimizin həqiqət olduğuna o qədər inanırıq ki, bəzən oyandığımız zaman bir müddət gördüyümüz yuxunun, həqiqətən, olub-olmadığını düşünürük. Bəs yuxunu həqiqətdən ayıran nədir? Hər ikisi də zehində yaşanır. Bu baxımdan yuxu ilə həqiqət adlandırdığımız dünya həyatı bir-birinə bənzəyir.

    Burada bir neçə sual meydana çıxır: beyin bu qədər qüsursuz, əskiksiz, mükəmməl bir qavramanı necə meydana gətirir? Bu görüntünü necə qavrayır?

    Əslində, görüntünü qavrayan nə beyindir, nə də elektrik cərəyanları. Çünki beyin yalnız zülal və yağ molekullarından, atomlardan ibarət olan bir ət parçasıdır. Bu vəziyyətdə bütün görüntüləri atomların gördüyünü, sevinc, coşğu, qorxu, həyəcan kimi bütün hissləri atomların hiss etdiyini düşünmək qeyri-mümkündür. Elə isə görən, eşidən, gözəl mənzərədən, musiqidən zövq alan, sevimli dovşan balasını görəndə heyran olan, çiyələyin, qarpızın, şaftalının dadından xoşlanan, dostunu görəndə sevinən kimdir? Şübhəsiz, bütün bunları göz etmədiyi kimi, beyin də etmir. Bu varlıq ruhdur.

    Adnan Oktar: “Mən əvvəl də qısa şəkildə izah etdim, məsələn, mən baxıram və qarşımdakı insanları görürəm. Amma baxdığım zaman onlar məndən uzaqdaymış kimi görünürlər. Əslində, uzaqda deyillər, mənim içimdədirlər. Beynimin içində görürəm. Yəni əlimlə onun üzü eyni yerdədir. Sənin əlinlə mənim əlim, onların əlləri eyni yerdədir. Hamısı eynidir. Məsələn, bu fincanla sənin saçların eynı yerdədir, hamısı eynidir. İnsanın beynində yaranır. Amma uzaqlıq hissi verilir, uzaqdaymış kimi görürük. Məsələn, fincan da uzaqdaymış kimi görünür, hətta əlimi uzatmalı oluram, baxın, toxunma hissi verildi. Fincanı qaldırdım, fincan getdikcə böyüyür. Bu da Allahın ayrı bir sənətidir. Əvvəl kiçildir Allah, uzaqlaşdıranda kiçildir. Yaxınlaşdırdıqca yavaş-yavaş böyüdür. Bu, ayrı bir sənətdir. Bir də yaxınlaşdırdı cənabi-Allah, əlhəmdülillah, bax, içirtdi Allah, qolumu vəsilə edərək geri qoydurdu cənabi-Allah. Cənnətdə qola ehtiyac yoxdur, eynilə qolun varmış kimi istəyərsən, o qalxar, qolun görünmədən, hətta danışar da səninlə istəsən, gələr, içirdər və yerinə qayıdar. İstəsən, mahnı da oxuyar. Sən düyməyə basanda necə mahnı çalmağa başlayır, televizoru açanda, elə deyilmi? Məsələn, bir düyməyə bir neçə dəfə basırsınız, halbuki düymələr səbəbdir. Oradakı musiqini yaradan Allahdır. Amma siz o düymələrin qarışıq quruluşundan qaynaqlanan bir sistemlə onun işlədiyini zənn edirsiniz. O zaman ağlınızın ixtiyarı qalxmır. Halbuki Allah sizin hansı musiqini dinləmək istədiyinizi bilir, sizin istədiyinizə görə o düymələri vəsilə edir, o musiqini orada yaradır. Amma siz səbəbə sarıldığınız üçün möcüzə olmur…”

    Kimin gördüyü materializmlə açıqlana bilməz

    Maddənin əzəli və əbədi olduğunu iddia edən materializm XX əsrdə astronomiya və fizika sahələrində ortaya qoyulan tapıntılar və əldə edilən elmi məlumatlar nəticəsində tamamilə süqut etmişdir. Elmi araşdırmalar, məsələn, Big Bang sabit kainat nəzəriyyəsinin əsassızlığını sübut etmiş, kvant fizikası maddənin quruluşu haqqındakı yanılmaları ortadan qaldırmış, biologiya və paleontologiya sahələrində əldə edilən məlumatlar darvinizminəsassızlığını ortaya qoymuşdur. Bunlar materializmin tarix səhnəsindən silinməsinə səbəb olmuşdur.

    Materializmin heç vaxt açıqlaya bilmədiyi mövzulardan biri də, görüntünün necə meydana gəlməsi, beyinin içindəki qaranlıqda rəngarəng dünyanı kimin görməsi və beyinin içindəki səssizlikdə bütün səsləri kimin eşitməsidir. Materialistlər bu mövzunu düşünmək belə istəmirlər. Çünki bu həqiqəti düşünən və qavrayan insan bütün mal-dövlətin, marka paltarların, prestijin… qısaca desək, bütləşdirdiyi hər şeyin yalnız surətləri ilə təmasda olduğunu, əslini heç vaxt görmədiyini qəbul etmiş olacaq. Bu səbəbdən, aciz varlıq olduğunu görəcək, yalnız dünyaya həsr etdiyi saxta həyatı dağılacaq.

    Halbuki materialistlər qəbul edib-etməsələr də, kainatda gördüyümüzü söylədiyimiz hər şeyin yalnız surətlərini tanıyırıq və ruhumuzla hiss edirik. Ruhumuzu və qavradığımız bütün görüntüləri yaradan isə Rəbbimiz Allahdır. Hər şey Onun iradəsindən asılıdır. O, hər şeyin sahibidir. İnsana ən yaxın olan varlıq da Allahdır. Bu həqiqət Quranda belə bildirilir:

    “And olsun, insanı Biz yaratdıq və… Biz ona şah damarından da yaxınıq”. (Qaf surəsi, 16)

    Adnan Oktar: “İnsanlara maddə həqiqətini başa salmaq lazımdır. Maddənin həqiqətini bilmirlər, onu 2012-ci ildən sonra açıq-aydın başa salacağam. Amma hal-hazırda nəzəri şəkildə izah edirəm. İnsanlar sirləri bilsinlər, dünyanın həqiqətini anlasınlar, axirəti qavrasınlar, cənnətə hazırlaşsınlar, Allahın rizası üçün yaşasınlar. Bu qəflət pərdəsi get-gedə aradan qalxacaq, dəccalın tilsimi pozulacaq. Dəccal dünyada insanları hal-hazırdahipnoz edir, televizor, radio, qəzetlər vasitəsilə təlqin edərək hipnoz edir. Bəzi şeyləri təkrar edərək hipnoz edir. Sehrdə də elə olur, bəzi sözlər təkrar edilir, insanlar fərqinə belə varmadan hipnoz altına düşürlər. Dəccal hal-hazırda dünyanı hipnoz etmişdir. Yəni sehr bütün insanları bürüyüb, onun təsiri altındadırlar. Hipnoz 2012-ci ildən etibarən açılmağa başlayacaq, insanlar beyinlərində aydınlıq hiss etməyə başlayacaqlar. Yəni sehrin olduğudövrlə olmadığı dövr arasındakı fərqi başa düşəcəklər. Beyinin üstündəki sehr ortadan qalxanda bədən rahatlaşacaq, hafizə rahatlaşacaq, mühakimə qabiliyyəti açılacaq. İnsanlar deyirlər ki, izah edirik, izah edirik, ammaanlamırlar, o zaman izah etsən, həmin anda anlayacaqlar. Hal-hazırda sehrin təsirindən anlamırlar. Allah dəccala xüsusi imkan vermiş, güc vermişdir, onun çox böyük hipnoz qabiliyyəti var.

    2012-ci ildən sonra hansı hadisələr olacaq?

    ADNAN OKTAR: 2012-ci ildən sonra İslama, müsəlmanlara qarşı çox böyük hücum olacaq, Mehdiyə (ə.s.) qarşı da təzyiq şiddətlənəcək, Mehdiyyətə və Mehdi (ə.s.) camaatına qarşı. ”Hamiyəti-İslamiyyə fəvəran edəcək”, - deyir. Ondan sonra təzyiq artacaq, müsəlmanlara qarşı da təzyiq artacaq. Amma müsəlmanlıqda da böyük irəliləyiş olacaq. Materializm dünya səviyyəsində iflas etməyə davam edəcək. Allah Hadi ismilə təcəlli edəcək. Artıq insanların beyni açılacaq, ruhları açılacaq. İnsanların üzərində qabıq var hal-hazırda. Şeytan qabıq kimi bağladı bir çox insanın üstünü. Şeytan məğlub olur artıq. Şeytan insanların üzərindən çəkilməyə başlayacaq. İnsanlara bəsirət, fərasət gələcək. Mehdi (ə.s.) gəldiyi üçün Allah insanlarda Hadi ismi ilə təcəlli edəcək. Hadi ismilə təcəlli etdimi, hidayət nurları yayılacaq. İnsanlar kütlələr halında iman gətirməyə başlayacaqlar. On min nəfər, yüz min nəfər, bir milyon insan bu şəkildə hidayətə gələcək Allah tərəfindən. Quranda da ayə var, şeytandan Allaha sığınıram: ”İnsanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə…” Bu hadisə axırzamanda təsdiqlənməyə doğru gedir, inşaAllah.

    İzlənmə sayı: 940