Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


MƏNƏVİYYAT »

  • Ramazan ayı, oruc, qardaşlıq və gözəl əxlaq haqqında Peyğəmbərdən (s.ə.v) müsəlmanlara öyüd-nəsihət


    Bütün müsəlmanlar Ramazan ayını qeyd edir, bu mübarək ayın bütün inananlara bərəkət, xeyir, rahatlıq və sülh gətirməsini arzu edirik.

    Bu Ramazana dünyanın hər tərəfində çox sayda insan qarşıdurmaların, yoxsulluğun, aclığın və müxtəlif xəstəliklərin pəncəsində girir. Bu insanların ən böyük arzusu isə sülhün və sabitliyin təmin edildiyi bir mühitdə rahat yaşamaqdır.

    Arzulanan sülh və rahatlığın yaradılması üçün isə bütün müsəlmanlar Quran əxlaqına riayət etməlidirlər. Çünki ancaq bu əxlaq yaşandıqda rahat mühit meydana gələcəkdir.

    Ramazan ayı  müsəlmanlar arasında yardımlaşmanın və həmrəyliyin ön plana çıxdığı bir dövrdür. Bu səbəbdən, bütün İslam aləmi Ramazan ayını səbəb kimi görüb fikir ayrılıqlarını, inciklikləri kənara qoymalı və bir bədən kimi ittifaq etməlidirlər. Müsəlmanların təsanüdü mövzusunda göstərilən həmrəylik zülmə səbəb olan bütün azğın ideologiyaların dağılmasına səbəb olacaq, eyni zamanda da çətin şəraitdə yaşayan və ehtiyac içində olan müsəlmanlara dəstək olacaq.

    Unutmamaq lazımdır ki, hal-hazırda yaşanan fitnə və qarışıqlıq mühiti, çətinliklər hz. Mehdinin zühurunun və onun vasitəsilə yaşanacaq Qızıl əsr müjdəsidir. Quran əxlaqının insanlara təqdim etdiyi gözəlliklər geniş şəkildə yaşandıqda bütün dünya xalqlarının həsrətlə axtardığı xoşbəxtlik, sülh və sevgi mühiti meydana gələcək. Bu, Allahın vədidir və reallaşması Allahın iznilə çox yaxındır.

    Yuxarıda da vurğuladığımız kimi, həsrətlə gözlənən sülh və qardaşlıq mühitinin təmin edilməsi hər müsəlmanın Quran əxlaqını öz həyatına tətbiq etməsi ilə mümkün olacaq. Peyğəmbərimizin (s.ə.v) hədislərində də bildirildiyi kimi, insanın getdiyi ən gözəl yol Qurani-kərimin və Peyğəmbərimizin (s.ə.v) sünnələrinin göstərdiyi yoldur. Məhz buna görə də Peyğəmbərimizin (s.ə.v) müxtəlif mövzularda müsəlmanlara bəzi xatırlatmalarını sizin üçün topladıq. Ümid edirik ki, bu Ramazan ayı müsəlmanların birliyinin, şövqlərinin və imanlarının daha da artmasına səbəb olacaq.  

    Din asanlıqdır

    1. (Allahın rəsulu) “Din nəsihətdir/səmimiyyətdir”,- buyurdu. ”Kimə, Ya Rəsulullah?” deyə soruşduq. O da: “Allaha, Kitabına, Peyğəmbərinə, müsəlmanların idarəçilərinə və bütün müsəlmanlara”,- deyə cavab verdi. (Müslim, İman, 95)

    2. Asanlaşdırın, çətinləşdirməyin, müjdələyin, nifrət etdirməyin. (Buxari, Elm, 12)

    3. İslam gözəl əxlaqdır. (Kenzü’l-Ummal, 3/17, Hadis No: 5225) 

    Gözəl əxlaq

    4. Müsəlman insanların əlindən və dilindən əmin olan insandır. (Tirmizi, İman, 12)

    5. İnsanlara mərhəmət etməyənə Allah mərhəmət etməz. (Müslim, Fedail, 66)

    6. Şübhə yoxdur ki, düzgünlük yaxşılığa aparar. Yaxşılıq da cənnətə aparar. Adam doğru söyləyə-söyləyə Allah Qatında siddiq (doğru sözlü) deyə yazılar. Yalançılıq pisə aparar. Pislik də cəhənnəmə aparar. İnsan yalan danışa-danışa Allah qatında kezzab (çox yalançı) deyə yazılar. (Buxari, Ədəb, 69)

    7. Harada olursan ol, Allaha qarşı çıxmaqdan çəkin. Etdiyin pisliyin arxasından bir yaxşılıq et ki, bu onu yox etsin. İnsanlara qarşı gözəl əxlaqın tələbinə görə davran. (Tirmizi, Birr, 55)

    8. Allah sizdən birinizin etdiyi işi, əməli və vəzifəni möhkəm və yaxşı etməyinizdən məmnun olar. (Taberani, əl-Mu’cemü’l-Evsat, 1/275)

    9. Xeyirə səbəb olan, xeyiri edən kimidir. (Tirmizi, Elm, 14)

    10. Heç bir ata uşağına gözəl tərbiyədən üstün hədiyyə verə bilməz. (Tirmizi Birr, 33)

    11. Allaha və axirət gününə iman gətirən şəxs qonşusuna əziyyət verməsin. Allaha və axirət gününə iman gətirən qonağına yemək hədiyyə versin. Allaha və axirət gününə iman gətirən şəxs ya xeyir söyləsin, ya sussun. (Buxari, Ədəb, 31, 85)  

    Ramazan ayı və Qədr gecəsi

    12. Mən və məndən əvvəlki peyğəmbərlərin söylədikləri ən fəzilətli söz “Allahdan başqa İlah yoxdur, O təkdir, Onun şəriki yoxdur, mülk Onundur, həmd Ona aiddir. O, hər şeyə qadirdir” sözüdür.” (Tirmizi, Da’avat 133)

    13. Hz. Aişə (ə.s) izah edir: ”Ey Allahın Rəsulu, dedim, Qədr gecəsində necə dua edim?” Bu duanı oxumamı söylədi: ”Allahım! Sən əfvedicisən, əfvi sevərsən, məni bağışla”. (Tirmizi, Da’avat 89)  

    Qardaşlıq

    14. Müsəlman özü üçün istədiyini qardaşı üçün də istəyəndir. (Buxari, İman, 7)

    15.Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, onu (düşməninə) təslim etməz. Kim (mömin) qardaşının bir ehtiyacını aradan qaldırsa, Allah da onun bir ehtiyacını aradan qaldırar. Kim müsəlmanı bir çətinlikdən qurtarsa, Allah da onu qiyamət günü çətinliklərinin birindən qurtarar. Kim bir müsəlmanı(n qüsurunu) örtsə, Allah da qiyamət günü onu(n qüsurunu) örtər. (Buxari, Mezalim, 3)

    16. (Mömin) qardaşınla münaqişə etmə, onun xoşuna gəlməyən zarafatlar etmə və ona yerinə yetirməyəcəyin bir söz vermə. (Tirmizi, Birr, 58)

    17. (Mömin) qardaşına təbəssüm etməyin sədəqədir. Yaxşılığı əmr edib pislikdən çəkindirməyin sədəqədir. Yolunu itirən kimsəyə yol göstərməyin sədəqədir. Yoldan daş, tikan, sümük kimi şeyləri qaldırıb atmağın da sənin üçün sədəqədir. (Tirmizi, Birr, 36)

    18. “Salamı yayın, yemək yedirin, Allah-Təalanın sizə əmr etdiyi şəkildə qardaşlar olun!”  

    İxlas

    19. Allah sizin nə xarici görünüşünüzə, nə də mallarınıza baxar. Amma o sizin ürəklərinizə və işlərinizə baxar. (İbn Macə, Zühd, 9 )

    20. İnsanda bir orqan var. Əgər o sağlamdırsa, bütün bədən sağlam olar, əgər o pozulsa bütün bədən pozular. Diqqət yetirin! O, ürəkdir. (Buxari, İman, 39)  

    Tövbə

    21. Hər insan səhv edər. Səhv edənlərin ən xeyirliləri tövbə edənlərdir. (Tirmizi, Qiyamə, 49)

    22. İnsanın hər biri xəta edər. Ancaq xəta edənlərin ən xeyirlisi tövbəkar olanlarıdır.” (Tirmizi, Qiyamət 50)  

    Şükür və səbir

    23. Möminin başqa heç kimdə olmayan maraqlı bir halı var. Onun hər işi xeyirdir. Əgər bir genişliyə (nemətə) qovuşsa, şükür edər və bu onun üçün xeyir olar. Əgər bir darlığa (müsibətə) uğrasa, səbir edər və bu da onun üçün bir xeyir olar. (Müslim, Zühd, 64)  

    Oruc və namaz  

    24. “Rəbbinizə qarşı çıxmaqdan çəkinin, beş vaxt namazınızı qılın, Ramazan orucunuzu tutun, mallarınızın zəkatını verin….” (Tirmizi, Cümə, 80)

    25. Oruc pərdədir. Biriniz bir gün oruc tutarsa, pis söz sərf etməsin, qışqırıb-bağırmasın. Biri ona yaraşmayan söz deyəcəksə və ya döyüşəcəksə “mən orucluyam!” desin”. (Müslim, Sıyam 164)

    26. Rəsulullah (s.ə.v) namaza başlayanda bunu oxuyardı: ”Allahım Səni hər cür nöqsan sifətlərdən təqdis edirəm, həmd Sənindir. Sənin adın mübarək, əzəmətin ucadır, Səndən başqa İlah yoxdur.” (Tirmizi, Salat 179)  

    Yemək yemə ədəbi

    27. Ömər bin Xattab (ə.s) izah edir:

    “Rəsulullah (s.ə.v) buyurdular ki: ”Şübhəsiz ki, bir nəfərlik yemək iki adama yetər, iki nəfərlik yemək də üç və dörd adama yetər. Dörd nəfərlik yemək də beş-altı adama yetər” (Buxari, Ətimə, 11 )

    28. Ənəs İbn Malik (ə.s) izah edir:

    “Rəsulullah (s.ə.v) buyurdular ki: ”Kim evinin xeyir və bərəkətini Allah-Təala həzrətlərinin artırmasını diləyirsə, yeməyə oturarkən və yeməkdən qalxarkən əllərini yusun”.  

    Dua

    29. Rəsulullah (s.ə.v) iftar etdiyi zaman bu duanı oxuyardı: “Ey Allahım sənin razılığın üçün oruc tutdum və sənin ruzinlə orucumu açıram”. (Ebu Davud, Savm 22)

    30. Rəsulullah (s.ə.v) yatağına girdiyi zaman bu duanı oxuyardı: “Bizə yedirib içirən, ehtiyaclarımızı görüb bizi saxlayan Allaha həmd olsun. Ehtiyaclı, sığınacaq verən kimsəsi olmayan o qədərdir ki!” (Müslim, Zikr 64)

    31. Rəsulullah (s.ə.v) buyurdular ki: ”Yatağına girdiyin zaman bu duanı oxu: “Allahım nəfsimi Sənə təslim etdim, üzümü Sənə çevirdim, işlərimi Sənə əmanət etdim, kürəyimi Sənə söykədim. Sənin rəhmətindən ümidvaram, qəzəbindən də qorxuram. Sənin əzabına qarşı Səndən başqa nə melca (sığınacaq yer) var, nə də qurtarıcı. Endirdiyin Kitaba, göndərdiyin Peyğəmbərə (s.ə.v) iman gətirdim”. (Buxara, Daavat 7, 9)  

    32. “Sizə iki şey qoyuram. Bunlara itaət etdiyiniz müddətcə əsla doğru yoldan ayrılmayacaqsınız: Allahın Kitabı və Rəsulunun sünnəsi”. (Muvatta, Qədər 3, (2, 899)  

    Orucun fəzilətləri  

    Oruc ibadətinin Allahın razı olacağı ümid edilən şəkildə yerinə yetirilməsi güclü imanın, ixlasın, səmimiyyətin və Allah qorxusunun göstəricisidir. Çünki oruc Allah ilə qul arasındakı bir ibadətdir. İnsanın bu fərzi yerinə yetirərkən niyyətini, səmimiyyətini, ixlasını, haram və halallara nəzarət etdiyiniancaq Allah bilir. Orucun başqa bir faydası da insanların pisliklərdən uzaqlaşıb, nəfslərini tərbiyə etmələridir. Bunun yeganə yolu da, Allaha səmimi qəlblə iman gətirib, Rəbbimizin əmr və tövsiyələrinə itaət etmək, vicdanının səsini dinləyib, nəfsinin təşviqindən uzaq dayanmaqdır. Belə bir insanınəxlaqı zamanla gözəlləşəcək, imanı yetkinləşəcək və Allah qorxusu daha da güclənəcək.

    İnsan Ramazan ayında aldığı xüsusi tərbiyənin nemətlərindən faydalanar. Çünki nəfsini tərbiyə etmiş, yəni əlindəki nemətlərin Allaha aid olduğunu və acizliyini dərk etmiş bir insanın həyatında bəzi dəyişikliklər meydana gəlir. Belə bir insanın dünyagörüşü, hadisələr qarşısındakı reaksiyası və şərhləri dəyişir. Allahın nemətləri olmadan yaşamağın qeyri-mümkün olduğunu başa düşən insanın dünyagörüşündə müsbət dəyişikliklər meydana gəlir.

    İzlənmə sayı: 1041