Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


BİTKİLƏR DÜNYASI »

  • Ağaclar nə qədər uzana bilir?


    Şimali Arizona Universitetindən tədqiqatçılar dünyanın ən uzun ağacları üzərində apardıqları tədqiqatda ağacların böyüməsini tənzimləyən faktorları üzə çıxardılar. (Ian Woodward, “Plant science: Tall storeys“ Nature 428, 22 April, 2004, sf. 807 – 808), (George W. Koch, Stephen C. Sillett, Gregory M. Jennings & Stephen D. Davis, “The limits to tree height”, Nature 428, 22 April 2004, sf. 851 – 854)

    Ağacda açıq-aydın dizayn var. Ağacı meydana gətirən hüceyrələr kök, gövdə, qabıq, su sütunları, budaqlar və yarpaqları əmələ gətirəcək formada təşkil olunmuşdur. Hüceyrələr ağacın yaşaması üçün lazımi funksiyaları yerinə yetirən hissələri əmələ gətirir, bu hissələr arasında da sistemli uzlaşma var.

    Bundan əlavə, bir ağac kimyəvi istehsalla məşğul olan nəhəng fabrik kimidir. Burada çox mürəkkəb kimyəvi proseslər qüsursuz plan içərisində həyata keçirilir. Bu prosesləri həyata keçirən orqanların kompüter kimi hesablamalar apardığına dair dəlillər mövcuddur.

    Bir ağacla bağlı ən təəccüblü həqiqətlərdən biri budur ki, ağac hələ kiçik və yumru toxumdan ibarət olduğu halda bu cür təşkil etmə və sistem məlumatları onun DNT-sinə yüklənmişdir. Toxum DNT-sində yüklənmiş təlimatlara əməl edərək özünə görünüş və ölçü baxımından heç bənzəməyən nəhəng formaya çevrilir. Bir toxumun torpağa düşdükdən və bir az nəmləndikdən sonra kök atıb cücərərək bir ağaca çevrilməsi Allahın qüsursuz yaratmasının açıq-aşkar göstəricisidir.

    Bu möcüzəvi canlıda böyümənin bir mərhələdən sonra dayanması da Allahın yer üzündə var etdiyi müvazinətin bir hissəsidir. Əgər ağacları meydana gətirən hüceyrələr nəzarətsiz şəkildə dayanmadan böyüsəydilər, yer üzündə həyatın məhv olmasına aparan nəticələr ortaya çıxardı.

    Ağacların nə qədər uzanmalarını müəyyən edən faktorları araşdıran elm adamları dünyanın ən uzun ağacları üzərində maraqlı tədqiqat aparmışlar. Dünyanın ən hündür ağacı hesab olunan 112.7 metrlik nəhəng sərv ağacı (Sequia semperviens) da daxil olmaqla, ən hündür beş ağac üzərində tədqiqatlar aparılmışdır. Belə hündürlükdəki bir ağacın boyu 30 mərtəbəli binanın hündürlüyünə bərabərdir.

    Elm adamları daha əvvəllər ağacın hündürlüyünü müəyyən edən əsas faktorun hündürlükdən qaynaqlanan mexaniki gərilmələr olduğunu düşünürdülər. Amma ağacların bu gərilmələrin təsirini aradan qaldıracaq formada və olduqca möhkəm quruluşa malik olduqları məlum oldu. Bu vəziyyət tədqiqatların hədəfinin suyu hündürlüyə daşıma qabiliyyətinə istiqamətlənməsinə yol açdı. Şimali Arizona Universitetində ekoloq vəzifəsində çalışan Corc Koç və qrupu tərəfindən aparılan sözügedən elmi fəaliyyətdə bu istiqamətdə bir sıra kəşflər edildi. Araşdırmaçıların təbii mühitdə və laboratoriyada apardıqları müvafiq fəaliyyətlər ağacların maksimum hündürlüyünü tənzimləyən əsas faktorun “ağacın yuxarı hissəsinə su tədarükü” olduğunu müəyyənləşdi.

    Su ağacların yuxarısına buxarlanma (transpirasiya) yolu ilə, yəni yarpaqların səthindəki məsamələrdən buxarlanmaqla çatır. Buxarlanma suyu köklərdən və ağacın içindən ən zirvəyə qədər, mexaniki toxumadakı hüceyrələr boyu daşıyır. Suyun bu hərəkəti yerin cazibə qüvvəsi və sürtünmə qüvvəsini keçir və yuxarıya doğru sütun şəkildə davam edir. Suyun  hərəkətinə mane olan yerin cazibə qüvvəsi və sürtünmə qüvvəsi zirvədə maksimum olduğu üçün suyu yuxarıya itələyən qüvvə də zirvədə maksimum dərəcəyə çatır.

    Su sütunları bu gərilməyə bir dağılma (parçalanma) həddinə qədər tab gətirə bilir. Bu hədd sütun şəklindəki suyun içində hava qabarcıqlarının üzə çıxıb onu kəsərək dağıtdığı (parçaladığı) nöqtəni ifadə edir və bu hal botanikada “embolizm” adlanır.

    Corc Koç və həmkarları ən hündür sərv ağaclarının yuxarı hissəsindəki su sütununun üzərindəki maksimum gərilməni ölçmüşdülər. Bu ölçmə maksimum gərilmənin embolizm nöqtəsinə yaxın olduğunu üzə çıxardı. Bu gərilmə dəyəri eyni zamanda ağacın nə qədər uzanacağına təsir edən tənzimləyici faktordur. Tədqiqatda ağacların hündürlüyünü müəyyən edən daha üç faktor aşkar edilmişdi.

    Ağacların zirvəsinə çatan su normal olaraq hüceyrənin inkişafına təkan verir. Ancaq ağacın təpəsinə doğru yerin cazibəsi və sürtünmə təsirinin artması suyun axma qabiliyyətini azaldaraq təpələrdəki hüceyrələrin kiçik və qalın divarlara malik olmasına gətirib çıxarır. Bunun nəticəsində təpələrdəki yarpaqlar da kiçik və qalın olurlar. Sərv ağaclarının təpəsindəki yarpaq qalınlığı ən böyük ölçüdədir. Bu da ağacın inkişafının böyük ölçüdə qarşısının alındığını göstərir. Beləliklə, təpələrdə artan yarpaq qalınlığı hündürlüyü tənzimləyən ikinci faktordur.

    Yuxarı hissələrdəki qalın və kiçik yarpaqlar bu hissədə həyata keçirilən fotosintezi də azaldır. Fotosintezin məhsuldarlığını azaldan bu amil ağacın hündürlüyünə təsir edən üçüncü faktor kimi müəyyən edilmişdi.

    Corc Koç və həmkarları 110 metr hündürlükdəki yarpaqlardakı CO2 nisbətinin sərbəst havada görünən ən aşağı nisbətdə olduğunu hesabladılar. Bu da dördüncü tənzimləyici faktoru təşkil edirdi: yarpaq dəlikləri kanalı ilə həyata keçən CO2 alınmasının məhdudlaşdırılması.

    Elm adamları ağacın hündürlüyünü tənzimləyən bu dörd fizioloji faktora əsaslanaraq ağacların çatacağı maksimum hündürlüyü hesablamağa çalışdılar. Nəticədə ağaclarlın 122-133 metr arasında maksimum hündürlüyə çatacaqları təxminini üzə çıxardılar. Buna görə 2000 ildən daha yaşlı ağaclar böyüməyə davam edə biləcəkdilər. Ağacların ildə təqribən 0.25sm böyüdüyünü aşkar edən müşahidələr bu fikri dəstəkləyir.

    Bu tədqiqat nəticəsində üzə çıxarılan məhdudlaşdırıcı faktorlar ekoloji tarazlıq üçün çox mühümdür. Qısaca desək,

    Yerin cazibə qüvvəsi və sürtünmə qüvvəsinə müqavimət göstərərək yüksələn suyun müəyyən səviyyədən sonra irəliləməsini dayandırması,

    Bununla əlaqədar olaraq yarpaqların kiçilib qalınlaşması,

    Fotosintez məhsuldarlığının azalması,

    Və nəhayət fotosintezdə lazımlı CO2 hazırlanmasının minimuma enməsi faktorları sayəsində ağacın müəyyən nöqtədən sonra böyüməsinin qarşısı alınır.

    Beləliklə, canlı-cansız bir çox faktorun bir-birinə təsir edərək meydana gətirdiyi təbii tarazlıq ağacların nəzarətsiz şəkildə böyüməsinin qarşısını alır olur. Bu cəhətdən baxdıqda, bu tədqiqat canlılardakı bioloji proseslərin təbiətin bütün tarazlığını dəstəkləyən şəkildə və nə qədər mükəmməl nizamlandığına dair son nümunəni təşkil edir. Heç şübhəsiz, bu faktorların hər biri Allahın istəyi ilə var olmuş səbəblərdir. Toxumun cücərməsindən fidana çevrilməsinə, fidanın ağaca çevrilməsindən ağacın uzanmasına qədər hər mərhələ Uca Allahın əmri və nəzarəti ilə gerçəkləşir. Ağacın həyatındakı hər mərhələ, bioloji inkişafı ilə bağlı hər fəaliyyət Allahın sonsuz qüdrətinin təzahürüdür.

    İzlənmə sayı: 1052