Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


ELM DÜNYASI »

  • Zirehli müdafiə üçün təqlid edilən stridiya


    Elm adamları daha möhkəm gülləkeçirməz maddələr əldə etmək üçün araşdırmalar aparırlar. Bu baxımdan daha çox stridiyaların hazırladığı incilərin sədəfləri tədqiq edilir. Bir çox molyuskların qabığının iç qatında yerləşən sədəfin 95%-i tabaşirdir. Ancaq sədəf öz mürəkkəb quruluşu sayəsində tabaşirdən 3000 dəfə möhkəmdir. Bu quruluş tədqiq edildikdə eni 8 mikron, qalınlığı 0.5 mikron (1mk=10-6m) olan, mikroskopik lövhələrin təbəqələr şəklində düzüldüyü müşahidə edilir. Bu lövhələr kalsium-karbonatın qatı, kristal kimi parlaq şəklidir və ipəyə bənzəyən, yapışqan zülalların sayəsində birləşdirilir.

    Bu quruluş iki istiqamətdən möhkəmliyi təmin edir. İlk növbədə, sədəfin üzərinə ağır bir yük qoyulduqda əmələ gələn sınıqlar nazik təbəqələr boyu yayılır, ancaq zülal təbəqələrinə çatanda istiqamətlərini dəyişirlər. Bu isə ağırlığı paylayır və sınmanın qarşısı alınır. İkinci gücləndirici faktor isə sınıq yarandıqda zülal təbəqələrinin sınıqlar boyu dartılmasıdır. Dartılma sayəsində sınmanı davam etdirəcək enerji sorulur.

    Sədəf bu xüsusiyyətlərinə görə insanların istehsal etdikləri səthlərdən daha effektiv enerji sorucudur. Mürəkkəb kalsium-karbonat təbəqələrinin biopolimerlərlə bağlanması üzərində işləyən elm adamları gələcəkdə bu möhkəm maddədən əsgərlərin zirehli geyimlərində istifadə etməyi düşünürlər.

    Bu nümunədən də göründüyü kimi, Allah bizə varlığının, üstün yaratma gücünün və qüdrətinin dəlillərini göstərir. Belə ki, bütün təriflər də sonsuz ağıl sahibi Allahadır. Allah bir ayədə belə buyurur:

    Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Həqiqətən, Allah ehtiyacsızdır, (hər cür) şükrə, tərifə layiqdir! (Həcc surəsi, 64)

    Bu gün elm adamları biomimetik məmulatların istehsalı üçün mikroskopik ölçülərdə araşdırmalar aparırlar. Məsələn, sümük və diş tipli biokeramikalar zülal kimi təbii maddələrin bədən temperaturunda birləşməsi ilə əmələ gəlir və bunlar insanların istehsal etdiyi keramikalardan daha üstün xüsusiyyətlərə malikdirlər. Təbiətdəki mükəmməl xüsusiyyətlərin nanometrik (1 nanometr =0.000001 mm) ölçülərdəki birləşmələrdən qaynaqlandığının anlaşılması bu ölçülərdə cihazlar istehsal etməyi planlaşdıran bir çox elektronika şirkətlərini biomimetik məmulatların (bioloji maddələrdən ilham alınaraq hazırlanan məmulatlar) araşdırılmasına yönəltmişdir.

    İzlənmə sayı: 869