Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


KÖŞƏ YAZILARI »

  • Tarixin ən böyük insanlıq və sülh əleyhinə cinayəti: "İraq işğalı"


    15 il bundan əvvəl 20 mart 2003-cü ildə ABŞ və İngiltərənin rəhbərliyi altında çoxmillətli hərbi koalisiya İraqın işğalına başladı. Səbəb isə (guya) ölkədəki kütləvi qırğın silahları ilə əlaqədar idi. Bundan başqa, Səddam Hüseynin diktatura rejiminə son qoyub İraqda demokratiya və insan hüquqlarının bərpa edilməsi də işğalın əsas səbəbləri arasında göstərilirdi. Bu səbəbdən işğal "İraqı azad etmə əməliyyatı" da adlanır.

    Hərbi əməliyyat ərəfəsində ABŞ prezidenti Corc Buş üçün 2001-2003-cü illər arasında Toni Blerin İraqa qarşı müharibə bəhanəsi olaraq istifadə etdiyi Gizli Kəşfiyyat Xidmətinin (“MI6”) saxta kəşfiyyat hesabatlarına əsaslanan sənəd hazırlandı. Bu sənədin hazırlanmasında məqsəd BMT və koalisiya ölkələrini İraqda kütləvi qırğın silahları olduğuna inandırmaq və işğala başlamaq idi.

    ABŞ-ın həmin dövrdəki xarici işlər naziri Kolin Pauell 05 fevral 2003-cü ildə BMT-nin Təhlükəsizlik Şurasındakı çıxışında Gizli Kəşfiyyat Xidmətinin (“MI6”) dezinformasiyası əsasında hazırlanan sənəddəki uydurmanı Şuraya bildirdi.

    Prezident Buş da əməliyyatdan 2 gün əvvəl televiziyadakı çıxışında yanlış məlumatlardan ibarət olan həmin hesabata əsaslanaraq ABŞ xalqına belə deyirdi:

    "Təhlükə aşkardır. Terrorçular İraqın köməyi ilə əldə etdikləri kimyəvi, bioloji və ya nüvə silahlarını bir gün istifadə edərək əməllərinə nail olacaqlar. Ölkəmizdə və digər ölkələrdəki minlərlə, yüz minlərlə günahsız insanı öldürəcəklər. Bunun qarşısını almaq üçün hər şeyi edəcəyik... Dəhşətli gün gəlmədən əvvəl hərəkətə keçərək bu təhlükə yox ediləcək...".

    "MI6"in təqdim etdiyi "dəlillərə" baxmayaraq, Təhlükəsizlik Şurası ortada kifayət qədər və etibarlı dəlil olmadığı üçün hərəkatı qəbul etmədi. İşğal Təhlükəsizlik Şurasının qərarı olmadan, beynəlxalq hüquqa zidd olaraq başladıldı.

    Doqquz illik işğal müddətində İraqda heç bir kütləvi qırğın silahının izinə rast gəlinmədi. Belə ki, İngiltərə hökumətinin təyin etdiyi İraq Araşdırma Komissiyasının 7 il ərzində hazırlayıb 06 iyul 2016-cı ildə nəşr etdirdiyi 12 cildlik İraq (Kilkot) hesabatı bu həqiqəti rəsmi şəkildə ortaya qoydu.

    Şübhəsiz ki, Səddam tarixin gördüyü ən qəddar diktatorlardan biri idi və xalqına amansız zülm edirdi. Ancaq işğaldan sonra İraq xalqı Səddam dövründə olduğundan qat-qat böyük fəlakətlər yaşadı. Çox böyük zülm, işgəncə və haqsızlıqlara məruz qaldı. Dünyanın ən zəngin neft ehtiyatlarına malik dördüncü ölkəsi İraq dünyanın ən yoxsul və səfil cəmiyyəti halına gəldi. Qeyri-sabitlik, güvənsizlik, qorxu və terror bütün ölkəni bürüdü. Hakimiyyətdə korrupsiya, rüşvət, mənimsə, dövləti talama kimi sui-istifadələr inanılmaz həddə çatdı. İraq xalqının yüz milyardlarla dollarlıq sərvəti işğalçı qüvvələr və onların bəzi yerli həmkarlarının cibinə getdi.

    ABŞ-da yaşayan iraqlı yazıçı Sinan Atoonun ötən ay "Nyu York Times" qəzetində nəşr olunan "15 il əvvəl Amerika ölkəmi məhv etdi" başlıqlı məqaləsində "İraqın Səddam idarəçiliyində olduğundan daha pis ola biləcəyini heç düşünməmişdim, amma ABŞ-ın əlindən gələn bu idi" deyilirdi.

    İşğal nəticəsində həyatını itirənlərin sayını heç kim dəqiq hesablaya bilmir. Ən real proqnozlara görə, bu rəqəm 1 milyondan çoxdur. İngiltərənin "The Lancet" adlı tibb jurnalı təkcə 2006-cı ilin iyun ayına qədər zorakılıq nəticəsində ölən mülki vətəndaşların sayının 600 minə çatdığını bildirir.

    İraqın işğalı ilə başlayan dağıntı və fəlakət prosesi zəncirvari olaraq bütün bölgəni əhatəyə aldı. Ərəbistan yarımadasından Afrikaya qədər müharibələr, üsyanlar, soyqırımlarla dolu alov və qan gölü meydana gəldi. Radikal terror görülməmiş həddə çatdı. İraqın işğalı üçün səbəb göstərilən əl-Qaidə işğaldan sonra bölgəyə tam olaraq hakim oldu. İşğal dövründə ortaya çıxan "qətliam maşını" İŞİD radikal terroru dünya miqyasında genişləndirdi. Şiə və sünnilər arasında məzhəb ayrı-seçkiliyi, süni münaqişə və düşmənçiliklər ortaya çıxdı, məzhəb və vətəndaş müharibələri qızışdırıldı."Böyük Yaxın Şərq" layihəsinin mühüm addımlarından biri olan İraqın işğalı ilə belə bir mühit arzu edilirdi.

    Nəticə etibarilə, müharibə və hərbi işğal metodları ilə Yaxın Şərqdə sülh, demokratiya, əmin-amanlıq və təhlükəsizlik mühitinin təmin edilməyəcəyi, terrorizmin məhv edilməyəcəyi bir daha məlum oldu. Bu cür müdaxilələrin edildiyi Əfqanıstan, Liviya, Suriya, Yəmən və s. kimi ölkələrdə vəziyyət əvvəlkindən daha da pis oldu.

    Zorakılıq siyasətinin zərəri işğalçı ölkələrə də əks olundu. Rəsmi məlumatlara görə, İraq işğalında ABŞ 4 mindən çox əsgərini itirdi, minlərlə əsgər yaralandı, minlərləsi isə ölkəsinə qayıtdıqda depressiyaya düşdü və intihara əl atdı. İraq və Əfqanıstanın işğalı ABŞ-a 6 trilyon dollara başa gəldi. Yaxın Şərqi nəhəng xarabalıq və kütləvi məzarlığa çevirməkdən başqa işə yaramadı.

    Mübarizənin terrorun ideologiyası ilə aparılmalı olduğunu bütün dünya gördü. 6 trilyon dollar insanların təhsili, maarifləndirilməsi, iqtisadi inkişafı üçün istifadə edilsə idi, bu gün tamam başqa bir dünyada yaşayardıq.

    Şübhəsiz, bu fəlakətlərin səbəbi haqqında müsəlmanların da düşünməli olduqları məqamlar var. Müsəlman dünyasının böyük hissəsinə hakim olan və Qurana tamamilə zidd xurafatçı din anlayışı fəlakətə səbəb olan ən böyük amildir.

    Müasirliyə qapalı, qadınları ikinci kateqoriya insan hesab edən, onların ən əsas hüquq və azadlıqlarını əlindən alan, keyfiyyət, incəsənət və estetikaya düşmən, elmi, texnologiyanı, inkişafı, tərəqqini rədd edən xurafatçı düşüncə radikalizmin də qidalandığı ən böyük mənbədir.

    Diqqət etsək, işğala məruz qalan ölkələr, adətən, xurafatın təsiri altında qalan, qadına dəyər verməyən, demokratiya və azadlıqların kök salmadığı ölkələr olur. Xurafatın təsiri altında olan ölkələr öz ayaqları üzərində dayana bilməyən görünüş sərgiləməklə yanaşı, gücsüz və istiqamətləndirilə bilən mənzərə ortaya qoyurlar. Dövlət sistemi heç bir şəkildə güclənmir. Halbuki terrorizm və işğalların hökm sürdüyü ölkələrdə dövlət sistemi və milli quruluş çox güclü olmalıdır. Bunu təmin etmək üçün İslam ölkələri bir-birinə dəstək olmalıdırlar. Xurafat sistemlərini ortadan qaldıran, əsl İslamı yaşayan və bu şəkildə həm dövlət, həm də milli baxımdan inkişaf edən quruluşu meydana gətirməlidirlər.

    Ancaq bu düşüncə ilə mübarizənin yolu heç vaxt havadan bombalama, tanklar, tüfənglər deyil. Tanklarla qan gölünə dönən mühit Quran müsəlmanlığının öyrədilməsi və izah edilməsi ilə çox qısa müddətdə sülhə və əmin-amanlığa qovuşa bilər. Ayrılmağı, münaqişəni, düşmənçiliyi təşviq edən xurafat yerinə sevgi, mərhəmət, qardaşlıq, demokratiya, söz azadlığı, birlik və bərabərliyi tövsiyə edən Qurana qayıtmaq İslam dünyasının ən təcili və ən əhəmiyyətli ehtiyacıdır. Quranın əmr etdiyi həmrəylik və yardımlaşma ilə hər düşüncədən və inancdan insana azadlıq verilməsi sayəsində ən çarəsiz görünən İslam ölkələri belə ən yüksək rifah, zənginlik, əmin-amanlıq, təhlükəsizlik və xoşbəxtlik səviyyəsinə çata bilər. Adnan Oktarın “New Straits Times”da (Malayziya) yayımlanan məqaləsi: https://www.nst.com.my/opinion/columnists/2018/04/355815/six-trillion-dollar-grave

    İzlənmə sayı: 1648