Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


İZAHLI AYƏLƏR »

  • "Nisa" surəsi, 19


    “…ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun”. (Nisa surəsi, 19)

    Allah bu ayə ilə ilk anda pis görünən hadisələrdə belə xeyir olduğunu xəbər verir. Güclü imana sahib olan, Allahın gücünü gərəyi kimi təqdir edən və Ona yaxın olan möminlər Allahın onlar üçün yaratdığı hər hadisədə təvəkküllü davranır və hər işdə xeyir olduğuna inanırlar. Allaha tam təslim olan və Allahın onlar üçün yaratdığı qədərlə (tale) razılaşan möminlər bu sirri bildikləri üçün qarşılaşdıqları hadisələrdə xeyir və gözəllik axtarırlar. Çətinlik və ya çatışmamazlıq kimi görünən heç bir hadisə qarşısında kədərlənmirlər.

    Allah hər kəs üçün ayrı-ayrı yaratdığı qədərdə (taledə) insanlara xəbərdarlıq edir. Hadisələri ağıl və hikmətlə qiymətləndirən insanlar üçün bu hadisələrdə əskiklik, unutqanlıq, tərslik deyil, Allah Qatından dərs vəxəbərdarlıq var. Bu xəbərdarlıqların fərqinə varmaq və səhv etməkdən çəkinmək Allahın izni ilə insanı sonsuz əzabdan xilas edə bilər.

    Bundan başqa, baş verən pis hadisələr insana acizliyini xatırladır və Allaha olan yaxınlığını artırır. Buna görə də belə hadisələrə insana Allahı xatırladan xeyir kimi baxmaq lazımdır. Bu, əslində, insan üçün çox böyük nemət və şükür səbəbi, axirəti üçün də xeyir və gözəllik deməkdir.

    İnsan gündəlik həyatının hər anında hadisələrdə xeyir və gözəllik axtarmalıdır. İnsan hər hadisədə xeyir və hikməti görməyə bilər. Ancaq belə bir vəziyyətdə də mütləq xeyir olduğunu bilməli və Allahın onahadisələrdə gizli olan xeyir və hikmətləri göstərməsi üçün dua etməlidir.

    Hər hadisədə Allahın yaratdığı xeyir və hikmətləri görməyə çalışmaq və buna əsasən davranmaq möminlərə dünyada və axirətdə böyük qazanc verər. Bu sirri bilən möminlər üçün Allahın izni ilə dünyada və axirətdə qorxu və narahatlıq olmaz.

    İzlənmə sayı: 1037