Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


MƏNƏVİYYAT »

  • Müsəlmanların mübarizəsi Quran əxlaqına uyğun olmalıdır


    Bir müsəlman bütün həyatını Allahın Quranda əmr etdiyi əxlaq üzərində qurmalıdır. Gündəlik həyatında, ticarət zamanı, bir iş görərkən və ya insanlarla münasibətlərində necə haqq-ədalətlə hərəkət edirsə, müharibədə və müdafiə zamanı, torpaqlarından sürgün edildikdə də eyni əxlaqa uyğun davranmalıdır. Yenə təvəkküllü, ədalətli olmalı, Allahın əmr və tövsiyələrini ciddi şəkildə yerinə yetirməlidir.

    Məlum olduğu kimi, İslam sözü ərəb dilində  “sülh” mənasını verir. Quran ayələrində insanlar yer üzündə sevginin, şəfqətin və sülhün modeli kimi İslam əxlaqına dəvət edilirlər. Allah insanlar arasında heç bir ayrı-seçkilik etmədən ədalətlə hökm etməyi, insanların hüquqlarını qorumağı, zülmə əsla göz yummamağı, zalıma qarşı məzlumun tərəfində olmağı, ehtiyac içində olanlara yardım əli uzatmağı əmr edir. Bu ədalət hər hansı qərar verdikdə hər iki tərəfin də haqqını qorumağı, hadisələri hərtərəfli dəyərləndirməyi, ön mühakiməsiz düşünməyi, bitərəfliyi, haqqı, dürüstlüyü, sevgini, mərhəməti və şəfqəti tələb edir. Quranda ”Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır! (Maidə surəsi, 8)” ayəsində də bildirildiyi kimi, kin, nifrət və qəzəb kimi hisslər iman gətirən insanın verdiyi qərarlara, əxlaqına və hərəkətlərinə təsir etməməlidir. Müsəlman həmişə Quran ayələrinə uyğun hərəkət etməli, səbirli, təvəkküllü və etidallı davranmalı, qəfil reaksiya verməkdən hər vəchlə çəkinməlidir. Allahın ”Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Səbir edənlərə müjdə ver! (Bəqərə surəsi, 155)” ayəsində də bildirildiyi kimi, dünya həyatında sınaqdan keçirildiyini əsla unutmamalıdır. Allah Quran ayələrində heç bir təqsiri olmayan, müdafiəsiz qadınların, yaşlıların və uşaqların öldürülməsini qadağan etmişdir.

    Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v) həyatına baxdıqda müharibənin ancaq labüd hallarda və müdafiə məqsədilə əl atılan metod olduğunu görürük.

    Quranın Peyğəmbərimizə (s.ə.v) vəhyi 23 il davam edib. Bunun ilk 13 ilində müsəlmanlar Məkkədəki bütpərəstlərin içində azlıq təşkil edirdilər və böyük təzyiqlərə məruz qalırdılar. Bir çox müsəlmana fiziki işgəncə verilmiş, bəziləri öldürülmüş, çoxunun evi və mal-dövləti əlindən alınmış, daimi təhqir və hədə-qorxularla qarşılaşmışlar. Buna baxmayaraq, müsəlmanlar zorakılığa əl atmadan yaşamağa davam etmiş və bütpərəstləri daima sülhə çağırmışdılar.

    Nəhayət, bütpərəstlərin təzyiqləri dözülməz həddə çatdıqda müsəlmanlar daha azad mühitin olduğu Yəsrib (sonrakı adı ilə Mədinə) şəhərinə hicrət edərək burada öz sistemlərini qururlar. Öz siyasi quruluşlarını bu şəkildə qurduqdan sonra da Məkkənin təcavüzkar bütpərəstlərinə qarşı müharibə aparmayıblar.

    Habelə, Peyğəmbərimiz (s.ə.v) bütpərəstlərin bir çox tələbini qəbul edən sülh müqaviləsi (Hüdeybiyyə sülhü) bağlayaraq sülh və əmin-amanlıq mühitini təmin etmiş və bütpərəstlərlə sülh şəraitində yaşamaq üçün sosial quruluş təsis etmişdir. Müqaviləni pozan tərəf isə yenə bütpərəstlər olmuş və bu təqdirdə, yeni müharibə şəraiti əmələ gəlmişdir. Ancaq müsəlmanların sayının sürətlə artması ilə İslam ordusu bütpərəst ərəblərin müqavimət göstərə bilməyəcəyi gücü əldə etmiş və Peyğəmbərimiz (s.ə.v) bu güclü ordu ilə Məkkəni fəth etmişdir. Bu fəthdə heç qan tökülməmiş, heç kimin burnu belə qanamamışdır.

    Peyğəmbərimiz (s.ə.v) keçmişdə ona və müsəlmanlara ağır təzyiq göstərən və işgəncələr verən müşriklərin heç birinə toxunmamış və onları bağışlayaraq inanclarında sərbəstlik vermişdir. Bu yüksək xarakterə heyran olan müşriklər daha sonra öz istəkləri ilə İslamı qəbul etmişdilər. Təkcə Məkkənin fəthində deyil, Peyğəmbərimizin (s.ə.v) dövründə aparılan bütün döyüş və fəthlərdə məsum və müdafiəsiz insanların hüquqları ciddi qorunmuşdur. Mübarək Peyğəmbərimiz (s.ə.v) möminlərə bu məsələdə dəfələrlə xəbərdarlıq etmiş, öz davranışları ilə onlara nümunə olmuşdur. Belə ki, bir hədisində döyüşə gedən möminlərə ”Rəsulullahın dini üçün səfərə çıxın. Ancaq yaşlı, qadın və uşaqlara toxunmayın. İslah və ehsan əhlindən olun. Allah müxlisləri sevər”1 şəklində müraciət etmişdir. Peyğəmbərimiz (s.ə.v) müsəlmanların isti müharibədə ikən də necə davranmalı olduqlarını başqa bir hədisində bu sözləri ilə ifadə etmişdir:

    “Uşaqları öldürməyin. Kilsələrdə ibadət edən insanlara toxunmaqdan çəkinin! Qadınları, yaşlanmış piri-faniləri öldürməyin. Ağacları yandırmayın və kəsməyin. Evləri də dağıtmayın!”

    İzlənmə sayı: 900