Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


KÖŞƏ YAZILARI »

  • Azərbaycan və Türkiyə birlikdə güclüdür


    İki qardaş ölkə Azərbaycan və Türkiyə arasındakı münasibətlər, böyük qüvvələr də daxil olmaqla,artıq heç kimin poza bilməyəcəyi mərhələyə çatmışdır. Bölgədə Azərbaycanın ən çətin günlərində üz tutacağı yeganə ölkə Türkiyə olduğu kimi, ən çətin günlərində Türkiyənin yanında olub onu dəstəkləyən yeganə ölkə də məhz Azərbaycandır.
    Son bir neçə ayda baş verənlərə nəzər salsaq, hər iki ölkənin bu ittifaqın müəyyən mənada bədəlini ödədiyini görərik. Rus təyyarəsinin vurulmasından sonra gərginləşən türk-rus münasibətlərində ölkə prezidenti İlham Əliyevin qardaş Türkiyədən yana göstərdiyi qətiyyətli mövqeyi hər iki ölkə əhalisi tərəfindən böyük rəğbətlə qarşılandı. Bu dəstəyin ardından neft yatağında baş verən “təbii fəlakət” isə sanki bizə müəyyən qüvvələrin bu dostuq və qardaşlıq ittifaqını bəyənmədikləri mesajını verdi. Bu hadisədən qısa müddət sonra cənab Ərdoğanın Azərbaycana reallaşmaq üzrə olan səfəri Ankarada törədilən terror aktından sonra təxirə salındı. O zaman terror aktının məxsusi olaraq səfərin təxirə salınması üçün törədildiyi düşünülməsə də, qısa müddət sonra cənab Ərdoğanın Bakıya reallaşacaq yeni səfərinin də növbəti terror hadisəsi ilə təxirə salınması bu hadisələrin məhz Türkiyə prezidentinin Azərbaycana səfərlərinin təxirə salınması üçün xüsusi törədildiyi fikrini gündəmə gətirdi.Başa düşülən odur ki, bu qanlı terror aksiyalarını sifariş verən qüvvələr Azərbaycan və Türkiyənin yaxınlaşmasından ciddi narahat olmağa başlamışlar. Düşmənləri Azərbaycan və Türkiyənin daha da möhkəmlənən münasibətləri narahat edirsə, deməli biz bu münasibətləri ən üstün inkişaf mərhələsinə çatdırmalıyıq. İki qardaş ölkə arasındakı münasibətlərin möhkəmliyinə ən gözəl nümunə Bakıda keçirilməsi planlaşdırılan tədbirin Prezident İlham Əliyevin təklifi ilə Ankaraya keçirilməsi qərarı oldu. Bu qərar terror hadisələrinə görə Azərbaycanda keçirilməsi nəzərdə tutulan tədbirdə iştirakı təxirə salınan cənab Ərdoğanla Prezident İlham Əliyevin görüşünün baş tutmasını da təmin etdi.Prezident İlham Əliyevin bu qərarı Azərbaycanın Türkiyənin ən çətin günlərində yanında olmasına sübutudur. Türk dünyasının iki önəmli liderinin Azərbaycan-Türkiyə münasibətlərini daha da inkişaf etdirmək üçün aparacaqları müzakirələrin nəticələri həm Azərbaycana qarşı ikili standartdan əl çəkməyən Avropaya, həm də qardaş ölkə Türkiyəni bölmək istəyən eyni qüvvələrə qarşı ən gözəl cavab mahiyyətində olacaqdır.
    Yaxın Şərq ölkələrini parçalayaraq idarə edilməz vəziyyətə gətirən ingilis siyasəti Türkiyəni bölgəyə tam hakim olmağa əngəl yeganə qüvvə kimi görür. Avropa və Amerika Türkiyəni bölmək üçün silahlandırdıqları terror təşkilatları PKK və YPG-ni daha da gücləndirmək məqsədilə Rusiyanı da bu siyasətə cəlb etdilər. Əsas məqsədlərindən biri də Avropa və Amerikanın onsuz da yaxa qurtarmaq istədiyi Rusiyanın bölgədəki rolunu artırmaqla Türkiyə və Rusiya arasında müharibə başlamasına nail olmaqdır. Beləliklə hər iki hədəf ölkə bu müharibə nəticəsində zəifləyəcək və asanlıqla parçalanacaq vəziyyətə gətiriləcəkdir.
    Hadisələrin bu istiqamətdə inkişaf etdiyi bir dövrdə Rusiya Türkiyə ilə quru sərhədi olan Ermənistana əlavə qoşunlar və hərbi texnika yeridir. Rusiyanın müttəfiqi olan Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini hələ də işğal altında saxlaması və Rusiya ilə Türkiyə arasında ehtimal olunan müharibədə Rusiyanın Ermənistan üzərindən Türkiyəyə müdaxilə etmə faktoru da nəzərə alınsa, Azərbaycanın öz müttəfiqi olan Türkiyə ilə birgə hərəkət edəcəyi aşkardır. Türkiyə hər nə qədər NATO ölkəsi sayılsa da, Avropanın Yaxın Şərqə bütünlükdə hakim olmaq üçün parçalamaq istədiyi ölkələr sırasındadır.
    Avropanın illərdir yürütdüyü ikili siyasətlə zəiflədib parçalamaq istədiyi iki qardaş ölkənin bu gün bütün qüvvələrini birləşdirib tək yumruq olmasından təbii heç nə ola bilməz. Azərbaycan və Türkiyənin qüvvələrini bütün sahələrdə birləşdirməsi, Allahın izni ilə, çox güclü ittifaq yaradacaqdır.
    “...Neçə dəfə olub ki, az bir dəstə Allahın izni ilə çox bir dəstəyə qalib gəlib! Allah səbr edənlərlədir!” (Bəqərə Surəsi, 249)

    Ramiq Veliyev

    İzlənmə sayı: 876