Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


MƏNƏVİYYAT »

  • Vicdanınızı nə qədər dinləyirsiniz?


    Allah hər insanı imtahan etmək üçün nəfslə yaratmışdır. Quranda nəfsin iki istiqamətli olduğu bildirilir: birinci istiqaməti insanı Allahın yolundan döndərən eqoist həvəslər mənasını verən həva, ikinci istiqaməti isə vicdandır.

    And olsun nəfsə və onu yaradana; Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə ki, nəfsini təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır. (Şəms surəsi, 7-10)

    Vicdan hər insana gözəl rəftarı və düşüncəni söyləyən, insanın sağlam mühakimə yürütməsini, doğrunu yanlışdan ayırd etməsini təmin edən mənəvi xüsusiyyətdir.

    Vicdan bütün insanlarda eynidir.  Bir insanın vicdanına görə doğru olan şey eyni şərtlər daxilində digər insanların vicdanları üçün də etibarlıdır. Vicdanlar heç vaxt zidd olmaz. Bunun səbəbi isə vicdanın qaynağıdır:vicdan Allahın ilhamıdır. Allah hər insana vicdanı vasitəsilə Özünün razı olacağı ən doğru və ən gözəl davranışları bildirir.

    Vicdanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri də insana doğrunu tapmağa yardım etməsidir. Heç kim deməsə belə, vicdan insana həmişə doğrunu göstərir. Ancaq insanın vicdanına müraciət etməsi, onun nə dediyini dinləməsi və söylədiklərini tətbiq etməsi çox vacibdir.

    Hər şeydən əvvəl, unutmaq olmaz ki, hər insan şüura sahib olduğu andan etibarən Allahın ona ilham etdiyi vicdanın söylədiklərindən məsuldur. Ətrafındakı hadisələri dərk etməyə başlayan, mühakimə qabiliyyəti qazanan insan vicdanını eşidirsə, deməli, nəfsi ilə vicdanını ayırd edə bilən qabiliyyətə və vicdanına tabe olan iradəyə sahibdir. Artıq bundan sonra qarşılaşdığı hadisələr əsnasında seçdiyi yoldan hesab günü sorğulanacaq: vicdanına tabe olmuşsa, Allahın sonsuz Cənnətinə layiq görüləcək, nəfsinə uymuşsa ”qapıları kilidlənmiş” sonsuz odla qarşılaşacaq.

    Buna baxmayaraq, insanların əksəriyyəti dünyada olarkən vicdanları ilə dərk etdiyi, bəlkə də özlərinə dəfələrlə deyildiyi və heç bir çətinliyi olmadığı halda, nəfslərinə uyaraq bilə-bilə Allahın yolundan üz çevirirlər. Əlbəttə, vicdani olaraq doğru olanı etmədiklərini dərk edən bu insanlar özlərinə doğrunu pıçıldayan vicdanlarını susdurmaq, onu rahatlaşdırmaq, günahkarlıq duyğusunu ört-basdır etmək üçün müxtəlif bəhanələr irəli sürürlər.

    Vicdanı rahatlaşdırmaq üçün uydurulan bəhanələr

    Əksəriyyətə uyma məntiqi

    Əksəriyyətə uyma məntiqi insanların vicdanlarını rahatlaşdırmaq məqsədilə qarşıya qoyulan bəhanələrin başında gəlir. Bu anlayışa görə, müəyyən günlərdə ibadət etmək kifayətdir (Allahı tənzih edirik). Bu insanlarözlərinə doğru olan deyildikdə: ”İnsanların əksəriyyəti belə edir”, - deyərək vicdanlarını rahatlaşdırmağa çalışırlar. Ancaq Allah Quranda əksəriyyətə itaət etməyin səhv olduğunu belə bildirir:

    Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar. (Ənam surəsi, 116)

    Əksəriyyətə uyma məntiqi insan üçün çox ciddi təhlükədir və dünya həyatındakı ən böyük aldanışlardan biridir. Çünki insan öldüyü zaman ”Onun dediyi şeylər Bizə qalacaq və o, hüzurumuza tək-tənha gələcəkdir (Məryəm surəsi, 80)” ayəsində də bildirildiyi kimi, Allahın hüzuruna həyatı boyu itaət etdiyi əksəriyyətlə birlikdə deyil, tək-tənha gələcək və hesab verəcək.

    Ürəyinin təmiz olduğunu irəli sürmək

    İnsanların vicdanlarını rahatlaşdırmaq üçün istifadə etdikləri ən əhəmiyyətli bəhanələrdən biri də özlərini din əxlaqı mövzusunda kafi görmələridir. Halbuki, nə qədər özlərini kafi görsələr də, əslində, vicdani olaraq bu mövzuda nə qədər əskik olduqlarını, mənfəətlərinə uyğun gəlmədiyi üçün hansı hökmləri tətbiq etmədiklərini çox yaxşı bilirlər. Quranda bildirilən hökmləri yerinə yetirməyən və ya bunları yerinə yetirməyi çətin görəninsan: ”Mən bunları etmirəm, amma ürəyim təmizdir, Allah bilir, məni bağışlayar”, - deyə düşünərək vicdanını rahatlaşdırmağa çalışır. Bu mövzuda bir sual verdikdə bir çox insan dərhal özünün təmiz ürəkli olduğunu, heç kimə zərər vermədiyini, dini hisslərinin çox güclü olduğunu söyləyəcək. Halbuki, bunlar özünü aldatmaqdan başqa bir şey deyil. Əhəmiyyətli olan Allaha səmimi qəlblə qulluq etmək və Quran əxlaqına uyğun yaşamaqdır. İnsan bunu etmədikcə gördüyü bütün işlər mənasız, boş və zərərlidir. Ayələrdə bu insanların dünyəvi səylərinin dəyərsiz olduğu belə bildirilmişdir:

    “(O gün) bir çox üzlər zəlil görkəm alacaq; zəhmət çəkib yorulacaq” (Ğaşiyə surəsi, 2-3)

    Təxirə salma məntiqi

    Uşaqlıq dövrünün sona çatması ilə şüurlu və sağlam hər kəs Quranda bildirilən hökmlərdən məsuldur. Bu məsuliyyəti yaşlılıq dövrünə qədər təxirə salmağa çalışmaq və ya yerinə yetirməkdən qaçmaq keçici dünya həyatının bəzəyini seçmək mənasını verir. Ancaq insan unutmamalıdır ki, bu dünya əsl məkan deyil və heç kim buradakı həyatının nə vaxt sona çatacağını bilmir. Bu səbəbdən, məsuliyyətləri təxirə salmaq ağıllı insanın etməyəcəyi davranışdır. Çünki insan nəinki yaşlanacağından, hətta sabah, bir saat sonra belə yaşayacağından əmin ola bilməz və yaşı neçə olursa olsun, uca Allahın qoyduğu hökmləri təxirə salsa, cəzası axirətdə sonsuz Cəhənnəm əzabı ola bilər.

    Yanlış axirət inancı

    Yer üzündə yaşayan insanların əksəriyyətinin axirət mövzusundakı məlumatları böyüklərindən və ya Quranda xəbər verildiyi kimi, atalarından öyrəndikləri əskik məlumatlara əsaslanır. Halbuki, din əxlaqı ilə əlaqədar müraciət ediləcək yeganə qaynaq Qurani-kərimdir və ayələr hər yaşa və mədəniyyətə mənsub olan insanın anlaya biləcəyi qədər açıqdır.

    Öyrənilən yanlış məlumatlar istiqamətində bəzi insanlar Allahın bildirdiyi heç bir hökmü yerinə yetirməmək üçün: “Oğurluq etmədiklərini, heç kimi öldürmədiklərini”, - deyərək, ”yaxşı insan” olduqlarını və “əgər axirət varsa” cənnətlik olduqlarını iddia edirlər (Allahı tənzih edirik). Beləliklə, digər insanların hüzurunda özlərini təmizə çıxararaq vicdanlarını rahatlaşdırırlar. Belə insanlar haqqında bir ayədə belə buyurulmuşdur:

    Özlərini təmizə çıxaranları görmürsənmi? Xeyr (elə deyil). Allah istədiyini təmizə çıxardar və onlara xurma çərdəyindəki nazik tel qədər zülm olunmaz! (Nisa surəsi, 49)

    Axirətə qəti məlumatla inanmadıqları və bu mövzudakı məlumatları kifayət qədər olmadığı üçün bu şəxslərin Cəhənnəm haqqındakı düşüncələri də çox səthidir. Allahın qüdrətini tam olaraq təqdir edə bilmədiklərindən məhdud ağılları ilə Cəhənnəmi sanki işgəncələrlə dolu bir həbsxana kimi görürlər (Allahı tənzih edirik). Halbuki, Cəhənnəm insan ağlının qavraya bilməyəcəyi dərəcədə qorxunc, mərhəmətin olmadığı, ən şiddətli əzabın yaşandığı bir məkandır. Belə bir mühitə insanın nəinki girməsi, baxmağa belə dözə bilmədiyi Quran ayələrindən aydın olur.

    Eşitdiyi məlumatlarla Cəhənnəm əzabının qorxunc olduğunu az da olsa anlayan insanlar Cəhənnəmdən xilas olmaq üçün Allaha ibadət etmək yerinə, ağılsız məntiq yürüdərək vicdanlarını rahatlaşdırırlar. Onlara görə, günahkar olan insanlar bir müddət Cəhənnəmdə qalacaq, cəzalarını çəkəcək, sonra Cənnətə girəcəklər. Halbuki, bu mövzudakı Quran ayələri açıqdır. Cəhənnəmdə qalma müddəti sonsuzdur. Bu vəziyyət Quranda ”Onlar orada sonsuz müddət qalacaqlar (Nəbə surəsi, 23)” ayəsi ilə açıq şəkildə bildirilmişdir.

    “Dünyanı mən xilas edəcəm?” məntiqi

    Quran əxlaqından uzaq yaşayan insanlar yalnız öz mənfəətlərini düşündüklərindən ətraflarında olan hadisələrə qarşı çox laqeyddirlər. Dünyanın bir çox yerində baş verən müharibələri, işğalları, aclıqdan və yoxsulluqdan ölən insanları heç düşünmürlər. Bu insanların yaşadıqlarını televiziordakı xəbər proqramlarında sanki bir filmi seyr edən kimi seyr edirlər. Gördükləri qorxunc mənzərələrdən içlərində yaranan mərhəmət duyğusunu isə “mən nə edə bilərəm ki”, “bu dünyanı tək başıma mən xilas edə bilmərəm” kimi səhv məntiqlərlə ört-basdır edir, bu şəkildə vicdanlarını rahatlaşdırırlar. Halbuki, ağıllı insan dünyanı qana bulayan ideologiyalarla fikri mübarizə aparar. Quranda uca Allahın bu mövzuda bildirdiyi hökm olduqca açıqdır:

    Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Nisa surəsi, 75)

    Vicdan əzabından qurtulmağın yeganə yolu Allaha təslim olmaqdır

    Doğrusu, insan özü-özünə şahiddir! Öz bəhanələrini ortaya atsa belə”. (Qiyamət surəsi, 14-15)

    Yuxarıdakı ayələrdə bildirildiyi kimi, hər insan vicdani olaraq doğruları bilir, lakin bu doğruları tətbiq etmək nəfsinə çətin gəldiyi üçün bir çox insan müxtəlif bəhanələr irəli sürür. Ancaq bu insanlar irəli sürdükləribəhanələrlə də rahat olmurlar. Əksinə, vicdanlarını susdurduqları üçün çətin həyat sürürlər. Bu dünyada müxtəlif bəhanələrlə vicdanlarını müəyyən qədər rahatlaşdırsalar da, müvəqqəti təmin etdikləri bu vəziyyətin qarşılığı axirətdə sonsuza qədər sürən əzab olacaq. Bu insanların yeganə yolu Quran əxlaqına uyğun yaşamaq və Allahdan bağışlanma diləməkdir. Uca Allah səmimi qəlblə Özünə yönələn qullarının günahlarını bağışlayacağını Quranda belə müjdələmişdir:

    Ey iman gətirənlər! Allaha səmimi olaraq tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızdan keçsin və sizi… (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil etsin. (Təhrim surəsi, 8)

    İzlənmə sayı: 1048