Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


BİTKİLƏR DÜNYASI »

  • Yarpaqlar və “Qızıl nisbət”


    Bizi əhatə edən bitkilərə, ağaclara baxanda, budaqlar və yarpaqları təsadüfi, dağınıq bir şəkildə düzülmüş olduqlarını düşünə bilərik. Halbuki, hər ağacda hansı budağın haradan çıxacağı və yarpaqların budaq ətrafındakı düzülüşləri, hətta çiçəklərin simmetrik formaları belə müəyyən sabit qaydalar və möcüzəvi ölçülərlə təyin olunmuşdur.

    Bitkilər ilk yaradıldıqları gündən bəri bu riyazi qaydalara eynilə uyarlar. Yəni heç bir yarpaq və ya heç bir çiçək təsadüfən meydana çıxmaz. Bir ağacda neçə budaq olacağı, budaqların haradan çıxacağı, bir budaq üzərində neçə yarpaq olacağı və bu yarpaqların hansı nizamla yerləşəcəyi əvvəlcədən məlumdur. Həmçinin, hər bitkinin özünə xas budaqlanma və yarpaq düzülüş qaydaları vardır.

    Elm adamları bitkiləri yalnız bu düzülüşlərinə görə təyin edib sinifləndirə bilirlər. Fövqəladə olan isə, məsələn, Çindəki bir qovaq ağacı ilə İngiltərədəki bir qovaq ağacının eyni ölçü və qaydalardan xəbərdar olmaları, eyni nisbətləri tətbiq edə bilmələridir. Hər bitkinin özünə məxsus riyazi hesablarla ən estetik formada yaradan, bütün bu estetikanın və qüsursuz hesablamalarla aparılan dizaynın sahibi, sonsuz elm sahibi olan Allahdır. Quranda da bildirildiyi kimi;

    "Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir". (Furqan surəsi, 2)

    Bitki növünə görə dəyişən bu düzülüş formaları dairəvi və ya spiral quruluşludur. Bu xüsusi düzülüşün ən əhəmiyyətli nəticələrindən biri yarpaqların biri digərinə kölgə salmayacaq şəkildə yerləşmələridir. Botanikada "yarpaq divergensiyası" olaraq təyin olunan bu nisbətlərə görə bitkilərdə yarpaqların gövdə ətrafına düzülüşlərindəki nizam müəyyən ədədlərlə təyin olunmuşdur. Bu düzülüş son dərəcə kompleks bir hesaba dayanır. Bir yarpaqdan başlayıb, gövdə ətrafında dönərək eyni xətdəki digər yarpağa rast gələnə qədər etməli olduğumuz dövrə sayısını (N) ilə, bu dövrlər arasında qarşılaşdığımız yarpaq saylarını (P), müvafiq olaraq N və P ilə göstərsək, P/N nisbəti, bitkilərdə "yarpaq divergensiyası" olaraq adlandırılır. Bu nisbətlər çəmən bitkilərində (otlarda) 1/2, bataqlıq bitkilərində 1/3, meyvə ağaclarında (alma) 2/5, banan növlərində 3/8, soğankimilərdə 5/13 -dür.

    Eyni növə aid olan hər ağacın bu nisbətdən xəbərdar olması və öz cinsi üçün müəyyən olunmuş nisbətə tabe olması böyük bir möcüzədir. Misal üçün bir banan ağacı bu nisbəti haradan bilir və bu nisbətə necə tabe olur? Bu hesaba görə hər banan ağacının ətrafında bir yarpaqdan başlayaraq 8 dəfə dövrə atdığınız zaman eyni xətdəki digər yarpağa rast gələcəksiniz. Və bu dövrlər arasında 3 yarpaqla qarşılaşacaqsınız. Cənubi Afrikadan Latın Amerikasına qədər hara gedirsinizsə gedin, bu nisbət heç vaxt dəyişməz. Sadəcə belə bir yarpaq düzülüş nisbətinin olması belə canlıların təsadüfən meydana gəlmədiklərini, qüsursuz və son dərəcə kompleks bir nisbət, hesab, plan və dizaynla yaradıldıqlarını göstərən əhəmiyyətli bir dəlildir. Canlıların genetik strukturlarına belə bir nisbəti kodlaşdıran, onları bu məlumat və xüsusiyyətlə yaradan üstün bir elm və ağıl sahibi olan Allahdır.

    Ağac formaları içərisində ən çox rast gəlinən nümunələrdən biri də gövdənin bir-birinə tam əks tərəfindən çıxan yarpaq və budaq cütləridir. Toxum açılandan sonra iki dənə yarpaq açar, bu yarpaqlar 180 dərəcəlik bir bucaqla qarşılıqlı olaraq düzülmüşlər. İlk iki yarpaqdan sonra inkişaf edən digər iki yarpaq isə maksimum bölgünü təmin etmək üçün əks tərəfdə, birinci cütə sağdan müəyyən bucaqda inkişaf edər. Belə bir vəziyyətdə bir budağın ətrafında 90 dərəcəlik bucağa malik dörd ədəd yarpaq düzülmüş olar. Yəni bu budağa ucundan baxsaq, yarpaqlar tam bir kvadrat meydana gətirəcək şəkildə 90 dərəcəlik bucaqlarla düzüldüklərini və üstdəki yarpaqların bunun sayəsində altdakı yarpaqları örtmədiyini görərik. Bu görməyə vərdiş etdiyimiz bir formadır. Ancaq, insanların çoxu toxumların nə üçün xüsusilə bu şəkildə açdığını düşünməzlər. Halbuki bu, bir planın və dizaynın nəticəsidir. Və buradakı məqsəd yarpaqların üst-üstə duraraq bir-birlərinə kölgə salmalarının qarşısını almaq və hamısının günəş işığından faydalana bilmələrini təmin etməkdir.

    Daha mürəkkəb bir forma olan spiral formasına da çox sıx rast gəlinər. Bitkidəki bu spiralvarı düzülüşü müşahidə etmək üçün bir ip istifadə edilə bilər. Bir yarpağın saplağına ip bağlayıb sonra ipi şaxələrə və budaqlara qədər uzadın, gəldiyiniz hər bir yarpağın gövdəsində bir dəfə halqa vurun və qövslər mümkün olduqca düzgün olsun. Bu üsulla qarağac və ya cökə ağacında yarpaqlar orta hesabla qonşu yarpaqda budağın ətrafında yarı yol qədər (180 dərəcə) dolandığını görərsiniz; beləcə ip yarpaq başına 1/2 dönüşlə bağlanar. Ağcaqayın ağacının yarpaqları yalnız 120 dərəcə aralığa malikdir; yarpaq başına 1/3 dönər. Alma ağacı 144 dərəcə ilə 2/5 dövrə, quru şam 5/13. Əgər riyaziyyata marağınız varsa bu nisbətlərin necə təsadüfən olmayıb, hər bir nisbətin və vahidin bir-birinə dərhal bitişik olanların cəmi olduğunu taparsınız. (Aşağıda göründüyü kimi) hər iki ədəd düzülüşü də eyni bənzər və sadə əməliyyatı edir:

    1, 1, 2 (1+1), 3 (1+2), 5 (2+3), 8 (3+5), 13 (5+8), 21 (8+13), 34 (13+21), 55 (21+34), 89 (34+55), 144 (55+89), 233 (89+144), 377 (144+233), ...

    Bu xüsusi düzülüş bu qaydanı kəşf edən Fibonaççi adlı riyaziyyatçının adı ilə bağlıdır və "Fibonaççi ardıcıllığı" olaraq bilinir. Bu qayda estetik mükəmməllik mənasını verir və rəssamlıq, heykəltəraşlıq, memarlıq kimi sahələrdə əsas bir ölçü olaraq istifadə edilir. Təbiətdə çox sıx rast gəlinən bu nisbət bitkilərdəki incə hesab və dizaynı başa düşmək üçün əhəmiyyətli bir vasitədir.

    Fibonaççi ardıcıllığı təbiətdə tez-tez qarşımıza çıxar. Bu ədədlər istifadə edilərək alınan kəsrlər bizə "Qızıl nisbəti" verir. Yəni Fibonaççi ədədlərini aşağıda göründüyü kimi bir-birinə ardıcıl düzülmüş kəsrlər şəklində yazdıqda ortaya çıxan bölmələrin hamısı estetik mükəmməllik mənasını verən və çox vaxt "Qızıl nisbət" adı da verilən ədəddir:

    1/1, 1/2, 2/3, 3/5, 5/8, 8/13, 13/21, 21/34, 34/55, 55/89...

    Bitkilərin müəyyən riyazi düsturlara görə formalaşmış olması onların xüsusi olaraq hazırlanmış olduqlarının ən açıq dəlillərindən biridir. Bitkinin atomlarında, DNT-sində gördüyümüz həssas ölçü və tarazlıq bitkinin xarici görünüşündə də ortaya çıxır. Bitkinin günəşdən maksimum faydalanması kimi həyati məqsədlərlə yanaşı bitkiyə estetik bir gözəllik qazandıran bu düsturlar müəyyən sayda olan molekulların bir yerə gəlməsiylə ortaya çıxan rənglərlə birləşdiyində fövqəladə gözəllikdə mənzərələr ortaya çıxır.

    Məhz bu “Qızıl nisbət”, sənətçilərin çox yaxşı bildikləri və tətbiq etdikləri estetik qaydadır. Bu nisbətə əsasən yaradılan sənət əsərləri estetik mükəmməlliyi təmsil edirlər. Sənətçilərin təqlid etdikləri bu qayda ilə hazırlanan bitkilər, çiçəklər və yarpaqlar Allahın üstün sənətinin bir nümunəsidir.

    Allah Quranda hər şeyi bir ölçüylə yaratdığını bildirir. Bu ayələrdən bəziləri belədir:

    Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və orada hər şeydən lazım olduğu qədər yetişdirdik. (Hicr surəsi, 19)

    ... Allah hər şey üçün bir ölçü qoymuşdur. (Talaq surəsi, 3)

    ... Onun yanında hər şeyin müəyyən ölçüsü vardır. (Rad surəsi, 8)

    ... Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir. (Nisa surəsi, 86)

    İzlənmə sayı: 1169