Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


TƏKAMÜL NƏZƏRİYYƏSİ »

  • “Allah canlıları təkamüllə yaratmışdır” fikri nə üçün səhvdir


    Kainatdakı canlı və cansız bütün varlıqlardakı üstün yaradılış açıq şəkildə ortaya qoyulmasına və bu cür mükəmməl sistemlərin məqsədsiz təbii amillərlə, təsadüflərlə meydana gəlməsinin mümkün olmadığı elmi cəhətdən sübut edilməsinə baxmayaraq, bəzi insanlar bir Yaradanın var olduğunu qəbul edir, ancaq canlıları təkamül prosesilə yaratdığını iddia edirlər.
    Bütün kainatı və canlıları sonsuz qüdrət sahibi Allahın yaratdığı son dərəcə aşkardır. Yaradılışın mərhələli və ya birdən-birə olması isə Allahın təqdiridir. Biz bunun nə şəkildə olduğunu, ancaq Allahın bizə bu mövzuda verdiyi məlumatdan (yəni Qurandakı müvafiq ayələrdən) və təbiətdə göstərdiyi elmi dəlillərdən anlaya bilərik.
    Bu iki mənbəyə baxdıqda “təkamüllə yaradılış” kimi bir faktın mövcud olmadığını görərik. Quranda insanın, canlıların və kainatın yaradılışı ilə bağlı bir çox ayə var və bu ayələrin heç birində təkamüllə yaradılışa dair heç bir məlumat yoxdur. Yəni canlıların bir-birlərindən törəyərək əmələ gəlməsinə işarə edən heç bir ayə yoxdur. Əksinə, ayələrdə canlıların və kainatın Allahın “Ol!” əmrilə yoxdan var edildiyi bildirilir.

    Elmi faktlar da yenə “təkamül yolu ilə yaradılışın” olmadığını göstərir. Fosillər (daşlaşmış canlı qalıqları) müxtəlif canlı qruplarının bir-birlərindən törəyərək deyil, bir-birlərindən asılı olmadan birdən-birə və özünəməxsus quruluşları ilə meydana gəldiyini göstərir. Yəni hər canlı qrupu bir-birindən fərqli yaradılmışdır.

    Əgər “təkamül yolu ilə yaradılış” olsaydı, onun sübutlarına dövrümüzdə rast gələrdik. Allah bütün yaratdıqlarını bir nizama görə səbəblər və qanunlar çərçivəsində yaratmışdır. Məsələn, gəmiləri dənizdə üzdürən, şübhəsiz, Allahdır. Ancaq səbəbini araşdırdıqda suyun səthi gərilmə qüvvəsinin buna səbəb kimi yaradıldığını görərik. Quşların uçması da Allahın qüdrət səbəbindəndir. Belə ki, onun səbəblərini araşdırdıqda aerodinamika qanunları ilə qarşılaşırıq. Beləliklə, əgər canlılar müəyyən bir proseslə mərhələli şəkildə təkamül yolu ilə yaradılsaydılar, mütləq bu keçidləri açıqlayan qanunlar və genetik məlumatın inkişafını təmin edən sistemlər olardı. Habelə bütün fiziki, kimyəvi, bioloji qanunlar kimi onlar da açıq şəkildə məlum olardı. Laboratoriya fəaliyyətlərində bir canlı növünün digər canlı növünə çevrilməsini göstərən sübutlar tapılardı. Yenə bu fəaliyyətlər vasitəsilə bir canlıda olmayan, ancaq bu canlıya tətbiq edildikdə ona fayda verən sekresiya, hormon və digər molekulların əmələ gəlməsini təmin edən genetik məlumatın o canlının genetik məlumatına tətbiq edilməsilə mümkün olardı. Bununla yanaşı, aparılan təcrübələrlə o canlıda bu günə qədər müəyyən edilməyən yeni bir orqanoid və buna bənzər formalar əmələ gətirilərdi.

    Laboratoriya fəaliyyətləri ilə mutasiya keçirən və bundan fayda götürən canlılara rast gəlmək olardı. Hətta bu mutasiyaların sonrakı nəsillərə ötürülərək o növün xüsusiyyətinə necə çevrildiyi öyrənilərdi. Daha da irəli getsək, tarixdə yaşamış bu cür ara keçid canlılarının milyardlarla fosil nümunələrinə rast gəlmək olar, dövrümüzdə də inkişafını tamamlamamış keçid canlılar olardı. Qısası, ətrafımızda bu cür prosesə aid saysız-hesabsız faktlar olardı.

    Ancaq bir növün digərinə çevrildiyini göstərən bir fakt belə yoxdur. Elmi sübutlar və arxeoloji məlumatlar canlı növlərinin birdən-birə, heç bir əcdadı olmadan meydana gəldiyini göstərir. Bu həqiqət canlıların təsadüflər nəticəsində meydana gəldiyini iddia edən təkamül nəzəriyyəsinin əsassız olduğunu göstərməklə yanaşı, Allahın canlıları təkamül yolu ilə yaratdığı iddiasının da elmi cəhətdən səhv olduğunu sübut edir.

    Allah canlıları tamamilə metafizik formada, sadəcə “Ol!” əmrilə yaratmışdır. Canlıların yer üzündə birdən-birə ortaya çıxdıqlarını sübut edən müasir elm isə bu həqiqəti təsdiqləyir.

    “Allah canlıları təkamül yolu ilə yarada bilər” fikrinin tərəfdarları əslində bununla darvinizm və yaradılış arasında bir “uyğunluq” olduğunu göstərmək istəyirlər. Ancaq bu halda, yenə böyük səhv edirlər. Darvinizmin təməl məntiqini və hansı fəlsəfəyə xidmət etdiyini nəzərdən qaçırırlar. Darvinizm “canlı növlərinin bir-birinə çevrilməsi” anlayışından ibarət deyil. Darvinizm əsl mənada “canlı növlərinin mənşəyinin sırf maddi səbəblərlə açıqlamaq” cəhdidir. Başqa sözlə desək, canlıların təbiətin məhsulu olduğu iddiasını elm adı altında qəbul etdirmək cəhdidir (Allahı tənzih edirik). Bu cəhdlə Allah inancı arasında hər hansı “ortaq cəhət” ola bilməz. Bu cür ortaq cəhət tapmağa səy göstərərək darvinizmə ciddi yanaşmaq, onun “elmi nəzəriyyə” olduğu iddiasını müdafiə etmək çox böyük səhvdir. Darvinizm 150 illik tarixinin də sübut etdiyi kimi, materialist fəlsəfəni və ateizmi dirçəldən vasitədir və heç bir “ortaq cəhət” tapma axtarışı bu həqiqəti dəyişdirməyəcək.

    İzlənmə sayı: 1063