Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


AXIRZAMAN »

  • Axırzaman şəxsləri kimlərdir?


    Yaşadığımız əsr Peyğəmbərimizin (s.ə.v) hədislərində və İslam alimlərinin əsərlərində xəbər verilən axırzaman əlamətlərinin reallaşdığı müjdəli bir dövrdür. Bu əlamətlərin bir-birinin ardınca reallaşması ilə bütün İslam aləmi çox müqəddəs bir hadisənin baş verməsini ümidlə gözləyir: hz. İsanın yer üzünə ikinci dəfə gəlişi, hz. Mehdinin zühuru və İslam əxlaqının bütün dünyaya hakim olması.

    Axırzaman qiyamətdən əvvəlki son dövr mənasına gələn bir anlayışdır. Axırzamanın xüsusiyyətləri və əlamətləri Peyğəmbərimizin (s.ə.v) hədislərində təfsilatlı olaraq təsvir edilmişdir. Axırzamanla bağlı məlumatlar, ən etibarlı və təməl İslami qaynaqların da əsas mövzularından biridir. Bu qaynaqlara əsaslanaraq axırzamanın əsas xüsusiyyətlərini bu şəkildə təsvir edə bilərik:

    Axırzaman iki ayrı dövrdən ibarətdir. Axırzamanın ilk dövrü əxlaqi degenerasiyanın artdığı, aclıq və yoxsulluğun yaşandığı, qarşıdurmaların, anarxiya və qarışıqlığın insanlara narahatlıq və qorxu verdiyi, insanların böyük əksəriyyətinin sevgisizliyin, mərhəmətsizliyin və eqoizmin acısını yaşadıqları bir dövrdür. Bu dövrün ardınca, Rəbbimizin hz. İsanı yenidən dünyaya göndərməsi və hz. Mehdinin insanların hidayətinə vəsilə olması ilə bu qaranlıq dövrün sona çatacağı “Qızıl əsr” başlayacaq. Qızıl əsrdə, Allah’ın izni ilə, bolluq, bərəkət, hüzur, təhlükəsizlik, ədalət və sevgi bütün dünyaya hakim olacaq.

    Axırzaman böyük hadisələrin və tarixi yeniliklərin yaşanacağı bir dövrdür. Bu dəyişikliklərə səbəb olacaq şəxslər də çox müqəddəs və mübarək insanlardır. Axırzamanın bu mübarək şəxslərindən biri olan hz. İsa bundan təxminən 2000 il əvvəl Rəbbimizin qatına yüksəldilmişdir və Allah’ın təqdir etdiyi vaxt gəldikdə də yenidən dünyaya qayıdacaq. Hədislərdə və Quran ayələrində xəbər verilən məlumatlar hz. İsanın dünyaya ikinci dəfə gəlişinin axırzamanda olacağına işarə edir.

    Peyğəmbərimiz (s.ə.v) hədislərində bu dövrdə hz. Mehdinin ortaya çıxacağını və dünyanı sülh və ədalətlə dolduracağını müjdələmişdir. Hz. Mehdinin üstün əxlaqı və şərəfli mübarizəsi hədislərdə geniş olaraq xəbər verilmişdir. Peyğəmbərimiz (s.ə.v) saleh müsəlmanlara hz. Mehdi ortaya çıxdıqda ona tabe olmalarını bildirmişdir. Hz. İsa və hz. Mehdi axırzamanda dinsizliyə qarşı fikri mübarizə aparacaq, Allah’ın iznilə, Quran əxlaqının bütün yer üzünə hakim olmasına səbəb olacaqlar.

    Hz. İsa və hz. Mehdinin bu böyük fikri mübarizələrində qarşılarındakı ən əhəmiyyətli mənfi gücün nə olacağı da hədislərdə xəbər verilmişdir. Bu mənfi güc dəccaldır. Səhih hədislərdə və təməl islami qaynaqlarda qiyamətin böyük əlamətlərindən biri sayılan dəccal adı “dcl” kökündən gələn “yalançı, hiyləgər, zehinləri qarışdıran, yaxşı ilə pisi, haqq ilə batili əksinə göstərən, bir şeyin əsl üzünü gizləyən, hər yeri qarış-qarış gəzən müfsid (fəsadlaşdıran) və pis adam” mənasındadır.

    Peyğəmbərimizin (s.ə.v) sözlərində hz. İsa və hz. Mehdinin gəlişi haqqında, fiziki xüsusiyyətləri, harada və hansı tarixlərdə ortaya çıxacaqları, nə kimi fəaliyyətlər görəcəyi və onları digər insanlardan fərqləndirən və tanınmalarını təmin edən xüsusiyyətləri kimi mövzularda çox geniş məlumatlar verilmişdir. Eyni şəkildə, hədislərdə dəccalın bu müqəddəs şəxslərə qarşı hansı üsullarla mübarizə aparacağı, insanları öz tərəfinə çəkə bilmək üçün hansı razı salma metodlarından istifadə edəcəyi və necə tanına biləcəyi ilə bağlı da bir çox məlumat vardır.

    Peyğəmbərimizin (s.ə.v) hədislərində hz. İsa, hz. Mehdi və dəccal haqqında bu qədər geniş məlumatlar verilməsinin bir hikməti ortaya çıxdıqları zaman bu şəxslərin asanlıqla tanına bilmələri ilə bağlıdır. Ancaq təxminən on dörd əsrdir yolu gözləndiyinə və barələrində bu qədər çox məlumat olduğuna baxmayaraq, hədislərin işarələrinə görə, bu mübarək şəxslər və dəccal ortaya çıxdıqlarının ilk dövrlərində insanların böyük əksəriyyəti tərəfindən tanınmayacaq və ya da səhv tanınacaqlar. Şübhəsiz, hz. İsa və hz. Mehdinin tanınmamağında onlara qarşı böyük mübarizə aparan dəccalın böyük təsiri olacaq. Dəccal axırzamanda hz. İsanın və hz. Mehdinin qarşısında olacaq, inkarın insanlar arasında yayılması üçün mübarizə aparacaq və insanları pisliyə apara bilmək üçün hər cür yola əl atacaq. Müxtəlif hiylə və taktikalarla özünü insanlara fərqli şəkildə tanıdacaq, bu səbəbdən, mənfi güc olduğu da dərhal aydın olmayacaq və hz. İsa və hz. Mehdi kimi o da dərhal tanınmayacaq. Bu şəkildə, insanların böyük qismini yalanları ilə təsiri altına alacaq və istədiyi şəkildə istiqamətləndirəcək. Hətta insanların böyük əksəriyyəti dəccaliyyətin təlqinləri ilə hz. İsa və hz. Mehdinin qarşısında olacaq və onlara qarşı mübarizə aparacaqlar. Bu səbəbdən də ortaya çıxmalarının ilk illərində hz. İsa və hz. Mehdini təqdir edib bu mübarək insanları dəstəkləyənlərin sayı da çox az olacaq, hətta onlara inanan şəxslərdən də zamanla yanlarından ayrılanlar olacaq.

    Şübhəsiz, bu vəziyyət çox təəccüblü və düşündürücüdür. Çünki hz. İsa və hz. Mehdi yalnız Allah’ın rizasına təslim olan, bütün insanların dünyada və axirətdəki qurtuluşu üçün səmimi səy göstərən, dünyaya dinclik, sülh, bolluq, bərəkət gətirəcək çox xeyirli və qiymətli insanlardır. Normal şəraitdə axırzaman əlamətlərinin bir-birinin ardınca reallaşdığı, bu müqəddəs şəxslərin ortaya çıxmalarının gözlənildiyi bir dövrdə yaşayan bütün müsəlmanlar hz. İsa və hz. Mehdinin gəlişini böyük sevinc və şövqlə gözləməlidirlər. Ortaya çıxdıqda yenə eyni şövqlə onların üstün əxlaqlarını görüb təqdir etməli və hədislərdə bildirilən xüsusiyyətlərindən onları tanımalıdırlar. Hz. İsa və hz. Mehdinin xeyirli fəaliyyətlərini görən hər müsəlman bu şəxslərin yanında olmalı və onlarla birlikdə hərəkət edən haqq birliyə dəstək olmalı, onlara kömək etmək üçün şövq və həyəcanla yarışmalıdırlar. Ancaq yuxarıda da ifadə olunduğu kimi, bu vəziyyətin tam əksinə, insanların böyük hissəsi bütün bu hadisələrə şahid olacaqları halda, hz. İsa və hz. Mehdini ya tanıya bilməyəcək, ya da müxtəlif səbəblərlə tanıdıqları halda onlara dəstək olmaqdan və onların yanlarında olmaqdan çəkinəcəklər.

    Hədislərdəki bu işarələr axırzaman şəxslərinin gəliş əlamətləri, onları digər insanlardan ayıran xüsusiyyətlər və dəccalın onlara qarşı batil mübarizəsi haqqında müsəlmanların doğru məlumatlandırılmasının nə qədər əhəmiyyətli olduğunu ortaya qoyur. Unutmaq olmaz ki, axırzaman insanların nəyin doğru, nəyin yanlış olduğunu anlamaqda çətinlik çəkdiyi və din əxlaqından uzaqlaşmanın böyük qarışıqlıq və xaosa səbəb olduğu bir dövrdür. Bu məlumatlar belə bir dövrdə, Allah’ın izni ilə, müsəlmanları yaxşını pislə qarışdırmaqdan və doğru olanı anlaya bilməməkdən qoruyacaq.

    İzlənmə sayı: 1111