Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


AXIRZAMAN »

  • Dünyaya sevgini öyrədəcək rəhbər: Hz. Mehdi (ə.s)


    Sevgi müəllimi nə deməkdir?

    Dünyada nə üçün sevgi müəlliminə ehtiyac var?

    Son günlərdə başda müsəlman ölkələr olmaqla, bütün dünyada zorakılıq, narahatlıq, gərginlik və qarışıqlıq geniş yayılıb.

    Ancaq bütün insanlar gələcəkdə daha rahat, sülh və əmin-amanlıq dolu günlər üçün baş verənlərdən ibrət götürüb dərs çıxarmalıdır.

    Bir çox ölkədə baş verən gərginlik sanki bütün xalqları kütləvi şəkildə hipnoz edib. Hipnozda olan bu insanlar nəyə xidmət etdiyini, nəyə fayda vermək istədiyini belə bilmədən və ölkələrinə necə zərər verdiklərini düşünmədən darvinist kommunistlərin tələsinə düşərək qanuni hüquqlarını demokratik şəkildə tələb etmək əvəzinə küçələrə axışıb zorakılıqla, şiddətlə əldə etməyə çalışırlar. Ağılla hərəkət edib milləti qarışıqlığın içindən çəkib çıxarması gözlənilən rəhbərlər isə xalqın istəklərini sevgi ilə, mərhəmətlə qarşılayıb demokratik çərçivədə həll etmək əvəzinə, şiddətlə qarşılıq verərək onlar da hipnoza düşürlər.

    Qarşılıqlı edilən bu pis hərəkətlər isə qarışıqlığı, nifrəti, vəhşiliyi, təcavüzkarlığı, insanlıqdan kənar hərəkətləri şüuru örtülmüş şəkildə körükləyir. Bu kütləvi hipnozun təsiri altında olarkən həmin insanlarla danışmaq, təsir etmək də mümkün olmur. Halbuki, hamısı böyük ehtimalla zaman keçdikcə dönüb arxaya baxdıqda edilmiş səhvləri, verdikləri zərəri açıq-aydın görəcəklər.

    Bu gün bu hipnozun qarşısını almağın ən qəti həlli sağlamdüşüncəli dünya liderlərinin, siyasi partiya rəhbərlərinin birləşərək insanları sevgi, sülh və İslam qardaşlığına dəvət etmələri, mülayim lider seçərək onun sevgi rəhbərliyi altında toplanmalarıdır. Cəmiyyətdəki gərginliyin sona çatmasının yeganə yolu budur.

    Xüsusilə keçən əsr dünya çox qaranlıq, sevgidən məhrum illər keçirdi. İnsanların qəlbinə sevgi əvəzinə kin və nifrət yerləşdi. Ancaq bu vəziyyət artıq dəyişir. Dövrümüzdə başlayan mehdiyyət 10 il sonra tam mənada bərqərar olacaq, sevginin, sülhün, qardaşlığın, gözəl əxlaqın hakim olduğu dövr olacaq. Hz. Mehdinin (ə.s) rəhbərliyi ilə mehdiyyət dövründə Allahın Quranda bizdən istədiyi sevgi anlayışı tam mənada təcəlli edəcək. Allahın Quranda bildirdiyi kimi, necə ki, Peyğəmbərimiz (s.ə.v) təbliğ edərkən: “Mən sizdən bunun müqabilində sevgidən başqa bir şey istəmirəm…” (Şura surəsi, 23) – demişdi. Allahın izni ilə, onun nəslindən olan hz. Mehdi (ə.s) də Qurana əsaslanan sevgi və məhəbbətdən başqa heç nə istəməyəcək.

    Dünya liderləri birləşərək mülayim xasiyyətli mənəvi lider – sevgi müəllimi seçməlidirlər

    Artıq aydın olub ki, cahil, biliksiz insanlar bir-biri ilə münaqişə etdikdə bu münaqişənin qarşısını alacaq, onları məlumatlandırıb islah edəcək, sakitləşdirəcək və dünyanı cənnətə çevirəcək bir liderə ehtiyac var. Dünyanın qabaqcıl liderləri zorakılığı bəyənmədiklərini ifadə etsələr də, sevgiyə, sülhə dəvət etsələr də, gərginliyin artdığı mühitdə bir siyasətçinin sözü dinlənilmir və problemlər bir dəfəlik həll olunmur. Çünki bir siyasətçinin mütləq onu dəstəkləyən tərəfdarı və qarşı fikirdə olan müxalifi olur. Bu təqdirdə, bütün insanları ortaq düşüncə ətrafında toplayacaq, hər kəsə qucaq açacaq və fikirləri ilə təsir edəcək gücə malik siyasi liderin olması və hər kəs tərəfindən qəbul edilməsi mümkün deyil. İnsanlar üzərində din alimlərinin təsiri də gözlənildiyi kimi güclü deyil. Çünki bu insanların müxtəlif dinlərdən olduqları və ya müxtəlif məzhəblərə mənsub olduqları üçün tərəfdarları və əleyhdarları var. Ona görə, insanlara sevgini öyrədəcək insan dünyadakı siyasi liderlərin hamısından üstün təsir gücü ilə yanaşı, dinlər və məzhəblər arasında da ittifaqla qəbul ediləcək xüsusiyyətlərə malik olmalıdır. Bütün dünyaya sülhü, sevgini öyrədəcək şəxs, hədislərdə bildirildiyi kimi, siyasətdən uzaq duraraq evindən idarə etməli, vəzifə arzusunda olmamalı və siyasi xadim olmamalıdır.

    Bu şəxs Allah yolunda mübarizə apararkən Quranda tərif edildiyi kimi, sadəcə Allah tərəfdarı olmalı, səmimiliyi, düzgünlüyü ilə hər kəs tərəfindən qəbul edilən şəxsiyyət olmalıdır. Bundan əlavə, dünyəvi istəkləri də olmamalıdır. Bu şəxs darvinizm və xurafatın gətirdyi kobudluğu elmi mübarizə apararaq aradan qaldıran, insanları doğru yola çağıran, sevgisizlik və mərhəmətsizlik aşılayan xurafatçı təfəkkürü aradan qaldıran, sevgiyə, dostluğa, mərhəmətə dəvət edən, yaxşılıq və gözəlliklə məzhəbləri ləğv edən, sözü keçən və çox sevilən lider olmalıdır.

    Sadalanan xüsusiyyətlərə malik olan insanın axtarılıb tapılması və dünyanın mənəvi lideri olması üçün Amerika başda olmaqla, Türkiyə, İran, Rusiya, İsrail və Avropadan sağlam düşüncəli siyasi xadimlər və din alimləri toplanıb şəfqətli, mərhəmətli, hər kəsi yaxşılığa dəvət edən sevgi müəllimi seçməli, dünyanın bir mənəvi liderin zühuruna möhtac olduğunu anlamalı, yəni sevgi müəllimi axtarmalıdırlar.

    Sevgi müəllimliyi nədir?

    Sevgi müəllimliyi siyasətdən, məzhəb və ya dini liderlikdən fərqlidir. Ona görə, dünya səviyyəsində insanlara sevgini öyrədən müəllim hz. Mehdidir (ə.s). Allah qədərdə bu dəyərli şəxsin kim olacağını müəyyən etdiyi üçün insanların ondan başqasını seçməsi əsla mümkün deyil. Çünki Allah bütün liderlərin və insanların qəlbinə seçəcəkləri bu mübarək insanın adını ilham edəcək, ona tabe olmağı əmr edəcək və bu insana qarşı qəlblərində sevgi yaradacaq. Peyğəmbərimiz (s.ə.v) hədislərində insanların daima hz. Mehdidən (ə.s) bəhs edəcəklərini, ona böyük sevgi bəsləyəcəklərini belə xəbər vermişdir:

    … Hz. Mehdinin (ə.s) sevgisi insanların qəlbinə yerləşəcək və ONDAN BAŞQA HEÇ NƏDƏN BƏHS EDİLMƏYƏCƏK. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 20)

    ALLAH (C.C) BÜTÜN İNSANLARIN QƏLBLƏRİNİ ONUN (HZ. MENDİNİN (Ə.S)) MƏHƏBBƏTİ İLƏ DOLDURACAQ. (El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 42)

    Mehdi (ə.s) zühur edəcək, HƏR KƏS ANCAQ ONDAN DANIŞACAQ, ONUN SEVGİSİNDƏN İÇƏCƏK VƏ ONDAN BAŞQA HEÇ NƏDƏN BƏHS ETMƏYƏCƏKLƏR. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 33)

    Hz. Mehdi (ə.s) gələcək, ONU TƏZƏ GƏLİN KİMİ SEVGİ VƏ MƏHƏBBƏTLƏ QUCAQLAYACAQLAR. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti’nin Tasnifinden Hadisler – Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, səh. 35)

    O, (HZ. MEHDİ (Ə.S)) MƏXLUQAT ARASINDA SEVİLƏCƏK. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 58)

    Qurana əsasən, sevgi müəllimi olan hz. Mehdini (ə.s) gözləmək ibadətdir, fərzdir, xeyir və nemətdir

    … Onlar öz peyğəmbərinə: “Bizə bir hökmdar göndər…” (Bəqərə surəsi, 246)

    “… Bizə Öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” (Nisa surəsi, 75)

    Yuxarıdakı ayələr müsəlmanların Allahın onlara mənəvi lider göndərməsi, yəni himayəçi, dostluğu və anlayışlı olmağı öyrədən, davakarlığı aradan qaldıran, sevgini aşılayan, çox sevilən rəhbər- sevgi müəllimi göndərməsi üçün etdikləri dualardandır. Allah bizə hz. Mehdini (ə.s) gözləməyin nemət və ibadət olduğunu, bunun üçün necə dua etməyimizi Quranda ayələrlə açıq-aydın bildirmişdir.

    Allah tarixən hər qövmə mənəvi liderlər və sevgi müəllimləri göndərib. Hz. Nuh (ə.s), hz. İbrahim (ə.s), hz. Musa (ə.s), hz. Yusuf (ə.s), hz. İsa (ə.s) və hz. Muhəmməd (s.ə.v) yaşadıqları dövrlərdə iman gətirənlərin rəhbəri və Allahın mübarək elçiləri kimi qövmlərinin başında olmuş, onlara yaxşılığı, mərhəməti, dostluğu, sevgini, şəfqəti öyrətmişlər. Yəni hər peyğəmbər, hər elçi dövrünün mənəvi lideri olmuş, insanlara rəhbərlik etmişdir. Axırzamanda da bəşəriyyətin mənəvi lideri və sevgi müəllimi hz. Mehdi (ə.s) olacaq.

    Allah hər şeyi bir səbəblə yaradır. Bir gün ərzində baş verən hər hadisəni bir səbəbin nəticəsi olaraq müşahidə edirik. Rəbbimiz insanların imtahanlarını səbəb-nəticə əlaqəsi üzərində qurmuşdur. Ancaq hər şey qədərdə müəyyən edilib. Yən səbəb də, nəticə də qədərdə yazıldığı üçün var. Hər şey Allahın yazdığı kimi olur. Mehdiyyət də Allahın qədərdə yaratdığı, ancaq meydana gəlmə səbəblərini insanların yeni anlamağa başladığı həqiqətdir. Yəni Allahın izni ilə, mehdiyyətin meydana gəlməsini səbəb və nəticələri ilə müşahidə etməyə başlamışıq. Odur ki, mənəvi lider kimi seçiləcək və İslam əxlaqını yer üzünə son dəfə hakim edəcək sevgi müəllimi hz. Mehdi (ə.s) də Allahın qədərdə təyin etdiyi şəxs olacaq.

    Peyğəmbərimiz (s.ə.v) hz. Mehdinin (ə.s) sevgi müəllimi olacağını müjdələmişdir

    Hz. Mehdinin (ə.s) ən əsas xüsusiyyətlərindən biri Allaha və Onun təcəllilərinə bəslədiyi dərin sevgi və məhəbbətdir. Onun bu xüsusiyyəti dünya səviyyəsində insanların bir-birlərini çox sevməsinə səbəb olacaq. Onun vasitəsilə insanların düşüncə tərzi tamamilə dəyişəcək və əsl sevgini öyrənəcəklər.

    Bu həqiqəti xəbər verən hədislərdən bəziləri aşağıdakılardır:

    Hz. Mehdi (ə.s) dövründə Əsri-səadətdə olduğu kimi KÜL OLMUŞ HİSSLƏR BİR-BİR TUMURCUQLANACAQ, ÇİÇƏK AÇACAQLAR. (el-Havi l’il-Fetava, səh. 67, 68; Rahbavi, Kıyamet Alametleri, səh. 162, 163)

    (HZ. MEHDİ (Ə.S)), ALLAH`IN İZNİ İLƏ, DAŞ KİMİ QƏLBLƏRİ YUMŞALDACAQ, KÖMÜR KİMİ RUHLARI ALMAZA ÇEVİRƏCƏK, ölü ruhları imanın nuru ilə dirildəcək. (El-Kavlü’l-Muhtasır, səh. 24; Şaban Döğen Mehdi ve Deccal, səh. 194-195)

    Hz. Mehdi (ə.s) hər kəsə sevgi və mərhəmətlə yanaşacaq, Onun yanında bütün insanlar rahatlıq tapacaqlar. İnsanlar arasındakı kin, düşmənçilik hissləri yox olacaq, bütün yer üzündə sülh və əmin-amanlıq bərqərar olacaq.

    QAB SU İLƏ DOLDUĞU KİMİ YER ÜZÜ SÜLHLƏ DOLACAQ. HEÇ KƏS ARASINDA DÜŞMƏNÇİLİK QALMAYACAQ. Və bütün düşmənçiliklər, dava-dalaşlar, paxıllıqlar mütləq yox olacaq. (Sahih-i Müslim, 1/136)

    ONUN (HZ. MEHDİNİN (Ə.S)) DÖVRÜNDƏ QURDLA QOYUN BİRLİKDƏ OYNAYACAQ, İLANLAR UŞAQLARA ZƏRƏR VERMƏYƏCƏK… (El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 43)

    Peyğəmbərimizin (s.ə.v) hədislərində hz. Mehdinin (ə.s) ən əsas vəsflərindən biri olan sevgini aşılayacağı, təkcə insanların deyil, dənizlərdəki balıqların, göldəki quşların belə ondan razı olacağı vurğulanmışdır:

    Mahmud bin Vahib Kızoğlu Bağdadi-i Hənəfi: “Cevheret-ul Kelam” adlı kitabda belə yazır: O, (HZ. MEHDİ (Ə.S)) İSTİQANLI VƏ GÖZƏL GƏNCDİR… (Cevheret-ul Kelam, səh. 157)

    … O DÖVRDƏ (hz. Mehdi (ə.s) dövründə) YER VƏ GÖY ƏHLİ, BÜTÜN VƏHŞİ HEYVANLAR, QUŞLAR, HƏTTA DƏNİZDƏKİ BALIQLAR BELƏ ONUN XİLAFƏTİNƏ (mənəvi liderliyinə) SEVİNƏCƏKLƏR. (El Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 31)

    İzlənmə sayı: 1226