Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


ELM DÜNYASI »

  • Elm xəbərləri


    Tutduğu qurbanları əzərək öldürən boa ilanları qurbanlarını nə qədər sıxacağını hiss edə bilir. Qurbanının ürək döyüntülərinin zəiflədiyini hiss edən boa ilanları ancaq ürək döyüntüsü dayandıqdan sonra qurbanlarını yeyir. İlanlar üzərində aparılan müşahidələr “Biology Letter” adlı jurnalda dərc edilmişdir.

    İlanların davranışlarını analiz edən tədqiqatçılar boa ilanlarının zənn edildiyindən daha çox toxunma qavrayışına sahib olduqlarını müəyyən etdilər.

    Təxminən 30 il ömür sürən boa ilanları 4 metr uzunluğunda olur. Zəhərləri olmayan boa ilanları qurbanlarını kiçik, qarmağa bənzər dişləri ilə tutur və bədənlərini qurbanlarına dolayaraq əzirlər.

    Gəmiricilər, meymunlar və hətta çöl donuzları ilə qidalanan boa ilanlarının çənə sümükləri bir-birinə çox elastik bağlarla bağlandığı üçün qurbanını bütünlüklə udur.

    İnsulin iynəsinə son

    Tibb sahəsi nanotexnologiyanı sevdi. Nanotexnologiya indi də diabet sahəsini təsiri altına aldı. Hər il milyonlarla insanın əziyyət çəkdiyi şəkər xəstəliyinin müalicəsi üçün insulin həbləri istehsal edildi. Bu həblər insulin iynəsindən istifadə edilməsinə son verəcək və gündəlik iynədən daha təsirli olacaq, bədəndəki qlükoza nisbətini tarazlayacaq.

    Planet bolluğu

    Qalaktik araşdırmaların nəticəsində məlum oldu ki, günəş sisteminin xaricində planetlər ulduzlardan daha çoxdur. Artıq gecə səmaya baxıb ulduzların çoxluğuna heyrət etsəniz, yenidən düşünmənizi tövsiyə edərik. Çünki gördükləriniz göydəki cisimlərin yalnız bir qismidir.

    Qalaktik araşdırmalar Süd yolu xaricindəki qalaktikalarda ulduzdan çox planet olduğunu ortaya qoydu. Araşdırmalara görə, günəş sisteminin xaricində qarşımıza adam başına bir planet çıxır. Adi gözlə görməyin qeyri-mümkün olduğu bu planetləri teleskopla görmək belə olduqca çətindir.

    Yaşlanmağı gecikdirən elmi tədqiqat

    Amerikalı elm adamları laboratoriya mühitində yaşlanmağa səbəb olan hüceyrə fəaliyyətlərini qismən də olsa dayandırmağı bacardı.

    ABŞ-da elm adamları laboratoriya mühitində siçanlar üzərində apardıqları təcrübələrdə qırışlar, əzələ toxumasının zəifləməsi və katarakt kimi yaşlanma əlamətlərini ortadan qaldırmağı bacardılar.

    ”Nature” jurnalında nümayiş olunan araşdırmaya görə, elm adamları “yaşlı hüceyrələri”, yəni artıq bölünməyən və yeni hüceyrə meydana gətirməyən hüceyrələri yox etdilər.

    Yaşlı insanların hüceyrələrinin təxminən 10 %-i bu hüceyrələrdən ibarətdir.

    Mayo klinikasında aparılan araşdırmada elm adamları genetik dəyişikliyə məruz qalmış siçanlarda bütün yaşlı hüceyrələri yox etməyi bacardılar.

    Sonra siçanlarda yaşlanmanın üç əlamətinə baxıldı: gözlərdə katarakt meydana gəlməsi, əzələ toxumasının zəifləməsi və dəridə qırışların meydana gəlməsi.

    Yaşlanan hüceyrələrin yox edildiyi siçanlarda bu xüsusiyyətlər nəzərəçarpacaq dərəcədə yavaşladı. Yaşlanmış siçanlara eyni müalicə tətbiq olunduğunda isə əzələlərdə əhəmiyyətli dərəcədə yaxşılaşma hiss edildi.

    Araşdırmanın nəticələri insanlarda yaşlanmanın yavaşladılması və ya tamamilə ortadan qaldırılması ilə əlaqədar ümidləri yenidən alovlandırdı.

    Elm adamları istehsal etdikləri xüsusi zülal sayəsində yalnız yaşlı hüceyrələri hədəfləyən dərman düzəldə biləcəklərini söylədilər.

    İzlənmə sayı: 1027