Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


KAİNATIMIZ »

  • Səbəb-nəticə əlaqəsi kainatı açıqlamağa kifayət deyil


    Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz var. Məgər düşünərək ibrət götürməyəcəksiniz? O, göydən yerə qədər olan bütün işləri idarə edir. (Səcdə surəsi, 4-5)
    Bir çox elm adamları təbiətdəki fizika qanunlarının və canlıların inkişafının səbəb-nəticə əlaqəsi çərçivəsində olduğunu düşünür. Hətta bunun təbii hadisənin açıqlamasının elmi tərəfdən dəyər qazana bilməsi üçün vacib olduğunu irəli sürürlər. Ancaq bunu iddia edənlər çıxılmaz vəziyyətlə qarşı-qarşıyadırlar. Bu ifadə ziddiyyəti bildirir: "Əlbəttə, bəzi şeylər (elmi faktlar) əslində bir səbəbə söykənir,amma hər şey (səbəbə söykənməyən amillər də daxil olmaqla) bir səbəb olmadan da var ola bilər." (T. D. Sullivan, “Comming to be Without a Cause”, Philosophy, s.176-177.)
    Buna belə nümunə verə bilərik: Yağışın səbəbi buludlar, buludların səbəbi atmosfer təbəqəsindəki hadisələr, atmosfer təbəqəsinin səbəbi isə dünyanın quruluşudur. Bəs dünyanın quruluşunun səbəbi nədir? Məhz bu hər şeyi səbəb-nəticə əlaqəsinə bağlayan təfəkkürün çarəsiz qaldığı yerdir.
    Bu gün elmi səbəb-nəticə əlaqəsi üzərinə qurmağa çalışanlar böyük təlaş və çətinlik yaşayır. Bu çətinliyin səbəbi kainatın başlanğıcı olan "Böyük Partlayış" ya da orijinal adı ilə "Big Bang"dir. Astrofizikanın gəldiyi dəqiq nəticə bütün kainatın sıfır anında böyük partlayış ilə var olduğudur. Böyük Partlayış bütün kainatın tək bir nöqtənin partlaması ilə yoxluqdan meydana gəldiyini sübut etmişdir. Quranda bu hadisə belə bildirilir:
    "O göyləri və yeri yoxdan var edəndir..." (Ənam surəsi, 101)
    Canlı aləmi və digər fiziki varlıqları səbəb-nəticə əlaqəsi ilə açıqlamaq "maddənin zaman daxilində bir-biri ilə qarşılıqlı təsiri" prinsipinə əsaslanır. Ancaq maddənin, enerjinin, hətta zamanın da olmadığı bir an var. Bu anı maddi səbəblə açıqlamaq qeyri-mümkündür.
    Yale Universiteti fizika və təbiət fəlsəfəsi professoru Henry Morgenau təbiət qanunlarının təsadüflərlə açıqlana bilməyəcəyini belə ifadə etmişdir:
    "Buna heç bir şübhə yoxdur ki, təbiət qanunları təsadüflər ya da qəzalar nəticəsində ortaya çıxa bilməz. Bu halda, təbiətin saysız-hesabsız qanunlarının ortaya çıxmasına dair veriləcək cavab nə olmalıdır? Təbiət qanunlarının universal etibarlılığına uyğun olan tək bir cavab bilirəm: Təbiət qanunlarını Allah yaratmışdır. Allah hər şeyi bilən, hər şeyə gücü çatandır." (Henry Margenau & Roy A. Varghese, Cosmos. Bios, Theos, Open Court Publishing Company, Illinois, Mayıs 1992)
    Oksford Universitetində Təbii Elmlər üzrə magistr olmuş və 1973-cü ildə Nobel Tibb Mükafatını qazanmış nevrofizioloq Sir John Eccles isə həyatın ancaq qüsursuz yaradılışın nəticəsi olduğunu söyləyir:
    Əgər hər şeydə bir məqsəd və dizaynın hakim olduğuna inanmasanız, o zaman hər şeyin yalnız təsadüf və ehtiyacdan ibarət olduğunu iddia edə bilərsiniz. Ancaq dünyaya gəlişinizi açıqlamaq üçün təsadüf və ehtiyaca əsaslanmaq məntiqsizdir. Bütün həyat və insanlar qüsursuz yaradılış planının hissələridir." (Henry Margenau & Roy A. Varghese, Cosmos. Bios, Theos, Open Court Publishing Company, Illinois, Mayıs 1992)
    Bəzi insanların (bunlara bəzi elm adamları da daxildir) səbəb-nəticə təsirində bu qədər təkid etmələrinin səbəbi hər şeyi maddi dünyanın öz daxilində açıqlamaq arzusudur. Materializmə görə kainat sonsuz ölçüdədir. Sonsuzdan bəri vardır və sonsuza qədər də var olacaq. Bu sonsuzluq içində ən mürəkkəb hadisələr belə təsadüfi inkişafların nəticəsi ola bilər. Nəticə etibarilə, bir materialist üçün hər şeyin yaradıldığına inanmaqdan söhbət gedə bilməz. Materialist fəlsəfənin də təməlini meydana gətirən bu fikir XX əsrdə inkişaf edən elm və texnologiya ilə kökündən məhv olmuşdur. Elm adına ortaya atılan materialist iddia, elm tərəfindən də ortadan qaldırılmışdır. Maddənin sonsuzdan bəri var olduğu və sonsuza qədər də var olacağı iddiası artıq aksiomdur. (Aksiom; doğruluğu sınanmadan mənimsənən təlimin və ya ideologiyanın təməlidir).
    1978-ci ilin Nobel Fizika Mükafatını alan Dr. Arno materializmin elmi gerçək deyil, ancaq inanc ola biləcəyini belə açıqlayır:
    "Bu günün aksiomu isə maddənin əzəli və əbədi olduğu istiqamətindədir. Bu aksiom kainatın yaradılmış olduğuna işarə edən müşahidəyə söykənən dəlillərin, astronomiyanın bu günə qədər yaydığı müşahidə edilə bilən məlumatların hamısının kainatın yaradıldığı iddiasını dəstəklədiyi gerçəyinə baxmayaraq, qəbul etmək istəməyən insanların (bunlara fiziklərin əksəriyyəti də daxildir) daxili inanclarına söykənir." (Henry Morgenau & Roy Abraham Varghese, Kosmos Bios Teos, Gelenek Nəşriyyat, Oktyabr 2002, İstanbul, s. 101.)
    Dr. Penzias kainat yaranandan bəri bir plana görə işlədiyini isə belə izah edir:
    "Astronomiya bizi bənzərsiz hadisələrə aparır; yox ikən yaradılmış olan, həyatın əmələ gələ bilməsi üçün ən uyğun şəraitə malik, həssas tarazlığa və özünə təməl qurmaq üçün plana sahib olan bir kainat." (Henry Morgenau & Roy Abraham Varghese, Kosmos Bios Teos, Gelenek Nəşriyyat, Oktyabr 2002, İstanbul, s. 105.)

    İzlənmə sayı: 1485