Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


KÖŞƏ YAZILARI »

  • Faşizmin qanlı tarixi


    Tarixə Çarlz Darvinin və sosial darvinizmin Almaniyadakı bir nömrəli təmsilçisi olaraq keçən Ernst Hegel, Darvinin "Növlərin Mənşəyi" kitabını oxuduqdan sonra belə şərh etmişdir:

    Darvinin mükəmməl tərzdə birləşdirilmiş təbiət anlayışında və təkamül doktrinasının güclü təməlində, bioloji fəaliyyətlərimin başlanğıcından bəri məni narahat edən bütün şübhələrimin həllini tapdım.

    Darvinin kitabı ilə şübhələrindən qurtulduğunu zənn edən Hegel əlbəttə ki, səhv edirdi. Dövrünün ibtidai elmi şəraiti daxilində formalaşan təkamül nəzəriyyəsi, həyatın başlanğıcı başda olmaqla heç bir mövzu haqqında keçərli, tutarlı və daha da mühümü elmi bir məlumat ortaya qoymamışdır. Hegel, "The Wonders of Life" (Həyatın Möcüzələri) adlı kitabında darvinizmə arxalanaraq inkişaf etdirdiyi insan irqləri haqqındakı batil fikirlərini belə yekunlaşdırmışdır:

    Hər nə qədər üstün və aşağı irqlərdəki insanların zehni həyatı və mədəniyyətləri arasında böyük fərqlər bilinsə də bunlara bir qayda olaraq, əhəmiyyət verilmir və buna görə də müxtəlif səviyyələrdəki həyat dəyəri səhv hesablanır. Aşağı irqlər (Veddahlar və ya Avstraliya zənciləri) psixoloji baxımdan avropalılardan çox məməlilərə (meymun və it) daha yaxındırlar. Buna görə də onların həyatları üçün tamamilə fərqli dəyər təyin etməyimiz lazımdır... Mədəni insanın dərin düşünən zehni ilə vəhşinin düşüncəsiz heyvan ruhu arasındakı uçurum çox böyükdür, vəhşini köpəyin ruhundan ayıran uçurumdan da böyükdür.

    Hegelin bu iddiaları heç bir elmi sübuta söykənmirdi. Buna baxmayaraq yanlış və azğın inancları olan bir çox insan tərəfindən adətən elmi həqiqət kimi mənimsənildi. Digər tərəfdən Hegel təkamül nəzəriyyəsindən monizm adını verdiyi bir növ materialist inam meydana gətirdi. Monizm deyilən bu azğın düşüncə, ruhun varlığını tamamilə rədd edir və hər şeyi maddə ilə sadələşdirirdi. Hegel belə deyirdi:

    İlk dəfə təbiətin bütövlüyünü anlaya bildik, beləliklə artıq ən mürəkkəb üzvi proseslərlə belə mexaniki izahlar verə bilərik. Nəticə etibarilə "canlı və cansız bədənlər arasında hər hansı bir fərq yoxdur." Bütün təbii hadisələr, havaya atılan daş və ya qırmızı boya (rəng, kosmetika və əczaçılıq sənayesində istifadə edilən maddə) əmələ gətirmək üçün birləşən kükürd və ya civə, bitkilərin böyüməsi və çiçək açması, heyvanların çoxalmaları və ya hərəkətləri, insanın düşünməsi və hadisələri qəbul etməsi bir-birindən fərqi olmayan mexaniki hadisələrdir.

    Materialist dünyagörüşü ilə bir çox sualın cavabını tapdığını zənn edən Hegel əslində yalnız özünü aldadırdı. Canlı və cansız bədən arasında heçbir fərq olmadığını, hər şeyin mexaniki izahı olduğunu deyən materialist düşüncə 21-ci əsrdə inkişaf edən elm və aparılan araşdırmalarla çox böyük zərbə almış və materializmin "elmi" dayaqlarının hər biri yerlə yeksan olmuşdur. Kəşf edilən hər yeni ixtira, hər elmi irəliləyiş bir daha kainatın qüsursuz nizamın əsəri olduğu həqiqətini ortaya qoymuşdur. Kainat materialistlərin iddia etdiyi kimi, əzəli və əbədi deyildir, mexaniki inkişaflar və qarşılıqlı təsirlər nəticəsində ortaya çıxmamışdır. Kainatı və içindəkiləri qüsursuz tarazlıqla yoxdan yaradan Allahdır və Rəbbimizin təqdir etdiyi vaxt gəldikdə bütün insanlar və varlıqlar kimi kainatın da sonu olacaqdır.

    Lakin qatı materialist olan Hegel azğın düşüncə tərzinə görə, İlahi dinləri və din əxlaqının tələb etdiyi şəfqəti və mərhəməti rədd edirdi. Əvvəldə də bildirdiyimiz kimi, yevgenika vəhşiliyini müdafiə edərək spartalılar (m.ə. 9-cu əsrdə qurulmuş, sənətkarlığı, fəlsəfəni və ədəbiyyatı rədd edən, yalnız əskər gücünə arxalanan yunan şəhər dövləti idi) tərəfindən tətbiq olunan "insanın süni seleksiyası"nı tərifləyirdi. Spartalılar dövründə, yeni doğulan bütün uşaqlar xüsusi qanuna əsasən yoxlanılır və seçilirdilər. Zəif, xəstə və ya fiziki qüsuru olanları mərhəmətsizcə qətl edirdilər. Yalnız sağlamlıqları mükəmməl olan və güclü uşaqların həyatlarını davam etdirmələrinə izin verilirdi. Hegel də spartalıların günahsız uşaqları qətl etməyi vacib bilən bu vəhşi metodlarını dəstəkləyirdi.

    Hegel onu tənqid edənlərə belə cavab verirdi:

    Hər il müalicə edilməyən xəstəliklərin irsi yükü ilə doğulan minlərlə şikəst, kar-lal və ağıldan kəm uşağa, süni olaraq qulluq etməyin və böyütməyin insanlığa nə kimi faydası var?

    Şübhəsiz, Hegelin irəli sürdüyü çox yanlış bir məntiqdir. Sevgi, mərhəmət və şəfqət hisslərini yalnız özlərinə fayda verəcək insanlara yönəltmək insanlıqdan kənar yanaşmadır. Bu, materializmin və darvinizmin insanlara verdiyi təlkinlərin nəticəsində meydana gələn çox eqoist hərəkətdir. İnsanlar din əxlaqına tabe olduqda isə heç bir mənfəətləri olmasa belə ehtiyacı olana şəfqət bəsləyər, onu sevgi və mərhəmət hissləri ilə qoruyar. Həqiqi insaniyyət də budur. Məsələn, Quranda möminlərin özlərindən əvvəl yoxsulları, əsirləri, ehtiyacı olanları düşünüb yeməklərini onlara verdikləri və bunu yalnız Allahın rızasını qazanmaq üçün etdikləri bildirilir:

    Onlar öz iştahaları çəkdiyi halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. "Biz sizi ancaq Allah rızasından ötrü yedirdirik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik. (İnsan Surəsi, 8-9)

    Digər tərəfdən Hegelin liderliyini etdiyi Monistlər, yalnız fiziki olanların deyil, bəzi xarakteristik xüsusiyyətlərin də genetik qüsurlardan qaynaqlanacağını iddia edir və qüsurlu hesab etdikləri hər kəsin süni seleksiya ilə aradan qaldırılması lazım olduğunu müdafiə edirdilər.

    Hegelin kitabları Nasist Yevgenika proqramının qəbul edilməsində mühüm rol oynadı. Xüsusilə, Hegelin tələbəsi olan və həyat hekayəsini yazan Wilhelm Bölsche, Hitlerə Hegelin sosial darvinist fikirlərini olduğu kimi çatdırdı. Bundan başqa, 1904-cü ildən 1944-cü ilə qədər nəşr olunan və yevgenika yalanları ilə saxta nasist elmini yaymaq üçün istifadə olunan ən fundamental orqan olan Archiv für Rassen und Gesellschaftsbiologie (İrqi və Sosial Bioloji Arxiv) mütəmadi olaraq Hegelin əsərlərindəki təhlükəli fikirlərindən istifadə etdi.

    Tarixçi Daniel Gasmanın ifadəsi ilə "Hitlerin tarix, siyasət, din, xristianlıq. təbiət, yevgenika, elm, sənət və təkamül haqqındakı fikirlərinin çox hissəsi, eklektik (seçmə) və bir çox fərqli qaynaqdan olmalarına baxmayaraq, Hegelin fikirləri ilə uyğun gəlirdi və tez-tez eyni dildə ifadə edilirdilər."

    Hegelin azğınlıqlarından biri də intihar və evtanaziyanı müdafiə etməsi idi.Hegelin sayıqlamalarına görə insan yalnız ana və atasının arasındakı cinsi əlaqənin bir nəticəsi olaraq var olmuşdu və buna görə də həyat çox ağırlaşdıqda bu insan həyatına son verə bilərdi. Hegel bu yanlış fikirlərini belə ifadə edirdi:

    Əgər belə vəziyyətdə həyat şəraiti, döllənmiş yumurtadan öz səhvi olmadan inkişaf etmiş yazıq varlığın üzərinə daha çox təzyiq edərsə, əgər yaxşı olmaq ümidi əvəzinə yalnız qulluq və ehtiyac, xəstəlik və hər cür səfalət gəlirsə, bu insanın mübahisəsiz ölüm yolu ilə əzablarına son vermək haqqı vardır... Bir insanın dözülməz ağrılarına könüllü ölümlə son qoyması həqiqi qurtuluş hərəkətidir.

    Halbuki, insan kor təsadüflər nəticəsində meydana gələn varlıq deyil. İnsanı yaradan Allahdır və insanın yaradılışının bir məqsədi var. Bu məqsəd Quranda belə bildirilmişdir:

    Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! (Zəriyət surəsi, 56)

    İnsan ömrü boyu etdiyi hər hərəkətdən məsuliyyət daşıyır və yaşadığı hər anın axirətdə hesabını verəcəkdir. Hegel kimi, insanları intihara, ölümə, cinayətə sürükləyənlər isə şübhəsiz hesabını verə bilməyəcəkləri ağır bir məsuliyyətlə yüklənirlər.

    Hegel yenə "Wonders of Life" (Həyat Möcüzələri) adlı kitabında yeni doğulan uşaqların kar və şüursuz doğulduqlarını (əlbəttə bu doğru deyildir) və buna görə də insan ruhu daşımadıqlarını iddia etmişdir. Bu elmdən kənar iddiasına əsaslanaraq da "annormal doğulan uşaqların öldürülmələrini" müdafiə etmiş və guya bunun "məntiqi olaraq cinayət kimi qəbul edilməyəcəyini" irəli sürmüşdür. Göründüyü kimi, Hegel açıq aşkar cinayəti müdafiə edir, ətrafındakı insanları da qatil olmağa yönləndirirdi.

    Aysel Canan Vəlizadə

    İzlənmə sayı: 1068