Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


KÖŞƏ YAZILARI »

  • Gözəlliyin və zərafətin simvolu


    Qadınlara qarşı edilən haqsızlıqlar dünya miqyasındadır. Tarix boyu dünyanın bütün ölkələrində qadınlar əzilib, təzyiq görüb, şiddətə və zorakılığa məruz qalıb. Dünyanın bu ən ağıllı, ən zəkalı, ən bacarıqlı varlıqları hər zaman ikinci planda tutulub. Bəlkədə tarix boyu ən çox istismara məruz qalanlarda elə qadınlar olub. Bizə elə gələ bilərki, bu vəziyyət indi dəyişib və artıq qadınlar azaddır. Düzdür vəziyyət nisbətən düzəlsədə ümumi olaraq cəmiyyətdə qadınlara olan münasibətdə  çatışmazlıqlar ciddi dərəcədədir. İstər Azərbaycanda, istərsədə dünyanın digər ölkələrində bu vəziyyət müəyyən dalğalanmalarla təxmini oxşardır. Vəziyyəti təhlil etsək, qarşımıza bu barədə ən bariz nümunə kimi azərbaycanlı ailələrdə gənc qızların qarşısında qoyulan məhdudiyyətlər, cəmiyyətimizdəki adət-ənənə basqısının altında qalaraq ağlasığmaz məhdudiyyətlər çərçivəsində yaşamalı olan xanımlarımızı göstərə bilərik. Yəni təsəvvür edin ki, XXI əsrdə yaşayırıq və xalqımızın bir sıra nümayəndələrinin hələdə min illər əvvəl “ağsaqqalların” qəbilə üçün qoyduğu qanunlara indidə riayət etmədə göstərdikləri ciddiyyət nəinki qadınların, ümumiyyətlə, ölkənin inkişafına ciddi maneədir. Bu vəziyyət təkcə ölkəmizdə bu cür deyil. Dünyanın əksər bölgələrində daha da acınacaqlı vəziyyətlər var. Xüsusilədə Orta Şərq və Asiyada qadınlar demək olarki, ikinci, üçüncü plandadır.Amma təbii ki, bu vəziyyət Qərbdə də fərqli bucaqlarla mövcuddur.

    Bəs qadınların hüquqlarını məhdudlaşdırmağın məntiqi və mənşəyi nədir?

    Bunu çox geniş çərçivədə dəyərləndirə bilərik. Lakin bütün tarixi yazaraq mövzunu ələ almaqdansa qısa olaraq belə ümumiləşdirə bilərik ki, hər zaman insanlar təbiətə bir yaradıcılıq gücü veriblər. Özlərinin isə təbiətdə olan təbii mübarizə nəticəsində ortaya çıxdıqlarına inanıblar. Və eyni zamanda  həyatda qalmağın yolununda daim mübarizə aparmaq olduğunu, bu mübarizədə zəifləri əzməyin labüdlüyünü mənimsəyiblər. Bu düşüncə tərzi vəyaxud inanc tarix boyu bütün xalqların batil inancını təşkil edib. Təbii ki, əslində bu fikir yanlış idi. İnsan təbiətdəki təbii proseslərin nəticəsində ortaya çıxmış heyvanlardan törəmiş bir heyvan növü deyil və həyatda qalmaq üçün zəifləri əzməyə də ehtiyac yoxdur. Bu sadəcə batil və köhnə bir inancdır. Lakin XIX əsrdə Darvin bu köhnə batil fikrə “elmi” don geyindirdi. Əsrlərləinsanların müharibələr çıxartmağına, bir-birlərini öldürməyinə səbəb olan bu əsassız inanc Darvinin yaratdığı fərziyyə ilə “elmi” ad aldı. Bunun sayəsində isə asanlıqla bütün dünyaya yayıldı. Ç.Darvin insanın inkişaf etmiş bir heyvan növü olduğunu və qadınların isə təkamülünü tam başa vurmamış ağlı zəif varlıqlar olaraq adlandırırdı. Bununla bağlı Darvinin öz sözlərinə diqqət edək:
    “Davamlı yoldaşlıq (yaşlılıqda belə davam edən yoldaşlıq), sizinlə maraqlanacaq biri ‘itdən daha yaxşı əyləndirə bilən- ev və evin məsuliyyətlərini üzərinə götürəcək biridir’”(Charles Darvin, The Autobiography of Charles Darvin 1809-1882 (Et. by Nora Barlow), New York: W. W. Norton & Company, Inc., 1958, s. 232-233)”
    Daha sonra  təkamül fərziyyəsindən ilhamlanan və öz aləmində “təbbi seçməni” həyata keçirərək ali irqi hakim etməyə çalışan Hitlerin yaratdığı faşizm,  Marks və Engles kimi hər əsərini Darvinə həsr edən bu Darvin heyranlarının yaratdığı kommunizm kimi diktatura sistemlərində də qadınlara çox təhqiredici dəyər verilirdi. Bununla bağlı bəzi qaynaqlarda bu şəkildə vurğulanır:
    “Bizim dövlətimizdə qadın nəzərə alınmır”. (Maria a. Macciocchi, Faşizmin Analizi)
    “Qadın boyun əyməlidir. Onun analiz gücü olsa da sintez gücü yoxdur.Qadın nə vaxtsa arxitektura əsəri yaradıbmı?Məbəddən danışmıram, qadından daxma qurmasını istəyin, öhdəsindən gələ bilməyəcək.Qadın bütün sənətlərin sintezi olan arxitekturaya yaddır və bəxti də elə burada bağlanır”. (Maria a. Macciocchi, Faşizmin Analizi , s. 126)
    Ən böyük ateist və darvinistlərdən olan Nitsşe isə qadınlar haqqında belə düşünür:
    “Qadınların yanına gedirsiniz? Qamçını götürməyi unutmayın.” (Fridrix Nitsşe)
    Müasir dövrdə isə təkamül fərziyyəsinin ən məşhur müdafiəçilərindən olan “elm adamı”  Stefen Cey Quldun qadınlar haqqında düşündükləri:
    “Qadınların beyinləri kişilərdən çox qorillaların beyinlərinə yaxındır.Qadınların aşağı irq olmaları o qədər nəzərə çarpır ki, heç kim doğruluğu haqqında bir an belə mübahisə etmir; yalnız dərəcəsi mübahisəyə dəyər… Qadınlar insan təkamülünün ən aşağı formasını təmsil edirlər ,yetkinlərdən və mədəni kişilərdən daha çox uşaqlara və vəhşilərə daha yaxındırlar. Vəfasızlıqda, qərarsızlıqda, düşüncə,səbəb, məntiq çatışmamazlığında üstündürlər. Heç şübhəsiz orta hesabla bir kişidən daha üstün olan qadınlar mövcuddur, amma bunlar doğuşdan çirkin olan istisna şeylərdirlər. Məsələn: iki başlı bir qorilla kimi; nəticə olaraq onları tamamilə göz ardı edə bilərik” (Stephen Jay Gould, The Mismeasure of Man, New York: W. W. Norton & Company, 1981,s.104,105)
    Ateizmin əsası olan təkamül fərziyyəsinin müdafiə edən “alimlərin” əsərlərindən bu cür saysız hesabsız fikirlərə rast gəlmək mümkündür.Bütün bu misalları çəkməyimin səbəbi qadın nifrətinin, qadınlara qarşı olan şiddətin, haqsızlığın mənşəyini göstmərmək idi. Bütün bu qaynaqlardan da gördüyümüz kimi, min illər boyu qadınların ikinci planda tutulmasının səbəbi hər zaman həyatda güclülərin zəifləri əzməsini haqlı görən və təşviq edən bir düşüncə tərzi olmuşdur ki, bu düşüncə tərzi son iki yüz ildə təkamül fərziyyəsi adı ilə tanınır.
    Lakin qadınlara qarşı olan haqsız mövqeyin başqa bir tərəfi də cahillikdən, xurafatdan, geriçilikdən gəlir.Bu geriçiliyin içinə isə həm adət-ənənə psixologiyası, həm də özlərini dindar kimi tanıdan və dinlə əlaqəsi olmayan saxtakarların mövqeyi aiddir. Bu qismin, yəni xurafatçıların, geriçilərin qadınların haqlarını məhdudlaşdırma cəhdləri də təəssüf ki, uğurlu olub və xüsusilədə xurfatın çox yayıldığı Orta Şərq və Asiya bölgəsində sırf adət -ənənəndən və gerçək dinlə əlaqəsi olmayan, lakin din adına təqdim olunan xurafatlara görə bu bölgələrdə qadınlar çox əziyyət çəkirlər.
    Dünyanın ən dəyərli varlıqları olan qadınlara qarşı bu münasibətin mənşəyi artıq bizə bəllidir. İndi isə hamımızın vicdani borcudur ki, dünyanın ən gözəl, ən ağıllı, ən bacarıqlı, ən zəkalı, ən təmiz, ən diqqətcil, ən vicdanlı, ən mərhəmətli, ən sülhsevər varlıqları olan qadınlara qarşı olan bu ideologiyalara qarşı elmi mübarizə aparaq. Çünki həqiqətəndə qadınlar dünyanın bəzəyidir, qadınlarsız dünya mümkün deyil və heç təsəvvür etməyə cəhd belə etməyə gərək yoxdur.Qadınları bütün gücümüzlə qorumalı və onlara özlərini ən azad hiss edə biləcəkləri şəraiti yaratmaq və onların rahatlığı, sağlamlığı üçün əlimizdən gələn hər şeyi etməliyik.
    Bunun üçün isə ən başlıca olaraq qadınlara düşmən olan təkamül xarakterli fəlsəfə və cərəyanlara, xurafata, geriçiliyə qarşı elmi mübarizə aparmalı və insanları həqiqəti çatdırmalıyıq.Həqiqət isə ondan ibarətdir ki, Qadınların ən rahat edəcəyi sistem İslamdır.Çünki qadınlara dünyada İslamdan başqa layiq olduqları yüksək dəyəri heç bir ideologiya, fəlsəfə və cərəyəan vermir.Və məncə İslamın dünyaya hakim olması, həm qadınların, həmdə bütün dünyanın rahatlığı, azadlığı, zənginliyi üçün ən ideal həll yoludur.

    Savalan Məmmədli

    İzlənmə sayı: 1108