Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


HEYVANLAR ALƏMİ »

  • Fəsillərə görə tüklərini dəyişdirən canlı: Qütb quşları


    Qütb quşlarını olduqları yerdə görə bilmək qeyri-mümkündür, çünki tüklərində təbii mühiti təqlid edə bilmələrini təmin edən mükəmməl kamuflyaj qabiliyyəti var.

    Qış mövsümü gəldikdə qütb quşlarının bədənlərində möcüzəvi dəyişiklik baş verir. Tünd rəngli tüklərin hamısı yox olur və yalnız ağ tüklər qalır. Qar arasında dümağ quşu görmək qeyri-mümkündür.

    Quşun bu işdən heç xəbəri yoxdur. Amma bədəni hər qış mövsümündə eyni mükəmməllikdə kamuflyaj edilir. Yaz mövsümü gəldikdə qütb quşunun tüklərinin arasında yaşıllaşan bitkilərin rəngində yeni tüklər çıxır. Eyni dəyişiklik yaza da aiddir.

    Bu fövqəladə dəyişikliklər sayəsində otların arasında qütb quşlarını görə bilmək qeyri-mümkündür. Bütün bu möcüzəvi kamuflyaj nümayişi, əlbəttə, bir izah tələb edir. Bu quş, əlbəttə, öz iradəsi ilə bədənindəki tüklərin rəngini dəyişdirə bilməz. Sahib olduğu kamuflyajın hansı məqsədə xidmət etdiyindən xəbəri belə yoxdur.

    Elə isə bu quşa kamuflyaj qabiliyyətini verən kimdir?

    Ətraf mühitin rəng və naxışını quşun tüklərinin üzərinə sanki bir rəssam kimi kim çəkmişdir?

    Suallar bizi sadəcə bir cavaba aparır;

    Qütb quşu Allah tərəfindən yaradılmışdır və sahib olduğu xüsusiyyətlər də özünə Rəbbimiz tərəfindən verilmişdir.

    İzlənmə sayı: 980