Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


TƏKAMÜL NƏZƏRİYYƏSİ »

  • Nebraska adamı saxtakarlığı


    Təkamül nəzəriyyəsinə intensiv şəkildə dəlil tapmağa çalışıldığı 1922-ci ildə Amerika Təbiət Tarixi Muzeyinin müdiri Henri Ferfild Osborn Qərbi Nebraskadakı İlan dərəsi yaxınlığında Plieosen dövrünə aid azı dişi fosilinin tapıldığını açıqladı.

    Sadəcə bir diş əsas alınaraq bu tapıntının meymunabənzər insana aid olduğu qəbul edildi. Təxəyyüldən ibarət olan bu mövzu ilə bağlı “çox dərin” elmi müzakirələr başladıldı.

    Bu diş fosili “Nebraska adamı” adlandırılaraq dərhal “elmi” ad da verildi: “hesperopithecus haroldcooki”.

    Bir çox nüfuzlu dairələr də Osbornu dəstəklədi. Həmin dişə əsaslanaraq Nebraska adamının kəllə və bədəninin xəyali şəkilləri çəkildi. Hətta daha da irəli gedərək ailəsinin təbii mühitdə təsvir olunan rəsmləri belə nəşr edildi. Təkamülçülər yenə də uydurma bir ssenari üçün bütün imkanlarını sərf etdilər.

    Nebraska əyalətinə mənsub siyasətçi Uilyam Brayan haqlı olaraq Nebraska adamı ilə bağlı dəlillərin kifayət qədər olmadığını, bu dəlillərin heç bir şeyi sübut etmədiyini və bir müddət də gözləməyin əhəmiyyətli olacağını bildirdi. Yeganə “dəlillərindən” məhrum qalacaqlarını anlayan təkamülçü elm adamları dərhal hərəkətə keçdilər və Brayanın nə qədər müasirlikdən uzaq, elmdənkənar düşüncəyə sahib olduğu ilə bağlı açıqlamalar verməyə başladılar.

    Ancaq 1927-ci ildə skeletin digər hissələri də tapıldı. Tapılan yeni hissələrə görə, bu diş nə meymuna, nə də insana aid idi. Dişin Amerika qabanının nəsli kəsilmiş “prosthennops” adlanan növünə aid olduğu məlum oldu.

    Uilyam Qreqori “Science” (Elm) jurnalında bu saxtakarlıqla bağlı yazdığı məqaləsinə belə başlıq qoymuşdu: “Göründüyü kimi, “hesperopithecus” nə meymundur, nə də insan”.

    Nəticədə “hesperopithecus haroldcooki” və “ailəsi”nin bütün rəsimləri ədəbiyyatdan tələm-tələsik çıxarıldı. Təkamülçülər isə heç bir şey olmamış kimi davranmağa davam etdilər.

    İzlənmə sayı: 1009