Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


KAİNATIMIZ »

  • Qızıl Istehsal Edən Bakteriyalar


    Yeraltı mənbələr mövzusunda ustalaşmış bakteriyaların istehsalında rol oynadıqları ən vacib və bəlkə də ən dəyərli maddələrdən biri qızıldır. Torpağın səthinin 2mil (3,5km) dərinliyində olan bu bakteriyalar qızıl mədənlərində yaşayırlar və gizli şəkildə qızıl istehsal edən kimyaçılar kimi işləyirlər. Qayalardan qidalanmaqla, mikroskopik qızıl parçalarının çökməsini sürətləndirir və yer altında qızılın yaranmasına səbəb olurlar. Həyatımızı gözəlləşdirən qızılın yaranmasına Allah bakteriyaları vəsilə etmişdir. Bu proses, şübhəsiz ki, ağır davam edən bir prosesdir.

    Yeraltındakı bakteriyaların həyat mərhələləri yer üstündəki bakteriyalara nisbətən olduqca yavaşdır. Normal bir bakteriya bir saat ərzində 3-4 dəfə bölündüyü halda , yeraltındakı bu bakteriyalar 100 ildə bir bölünürlər. Bu orqanizmlər milyonlarla il yerin səthi ilə təmas etmədən yaşaya bilirlər. Bu da həmin bakteriyaların qızıl istehsalı üçün xüsusi olaraq yaradıldıqlarının bir dəlilidir.

    Bir mikroorqanizmin ehtiyac olan yerdə, ehtiyac olan formada və sayda bölünməsi bizim üçün Allahın qüsursuz yaratma sənətini göstərən ibrətamiz bir hadisədir. Bir qidanın üstündəki bakteriya da, insanların bağırsaqlarında yerləşən bakteriyalar da, yeraltında mədənləri ayıran bakteriya da fərqli xüsusiyyətlərə sahib olsa da, eyni bakteriyadır. Ancaq olduğu yerdən asılı olaraq bölünmə sürətini dəyişdirmək kimi bir xüsusiyyəti vardır. Üstəlik bu sabit nisbət heç dəyişmir, bakteriyalar harada, nə qədər lazımdırsa, o qədər çoxalırlar. Qızıl yataqlarında yaşayan bakteriyalar qayalarla qidalandıqca mikroskopik qızıl parçalarının çökməsini sürətləndirir və yer altında qızıl yaranmasına səbəb olur.

    "Delfita acidovorans" adlandırılan başqa bir bakteriya növü isə suda həll olan qızıl zərrəciklərini mikroskopik qızıl külçələrinə çevirir. Bu bakteriya zəhərli qızıl ionlarından özünü qorumaq üçün metabolit adlı maddə ifraz edir. Bu xüsusi maddə həm bakteriyanı zəhərli qızıl ionlarından qoruyur, həm də biominerallaşma nəticəsində ionların bərk qızıl külçələrinə çevrilməsinə yol açır.

    "İschiadicus metallidurans" adlı başqa bir bakteriya da özünü qızılın zəhərli təsirindən qorumaq üçün qızıl ionlarını hüceyrələrində depolayır. Məlum olduğu kimi suda həll olan qızıl ionları okeanlarda, yeraltı sularında və digər təbii su mənbələrində mövcuddur. Bakteriyaların bir qisminin qızıl yataqlarındakı qızılın çökməsini sürətləndirmək üçün bölünməsi, digərlərinin suda həll olan qızıl zərrəciklərindən özlərini qorumaq üçün maddə ifraz edərək qızıl külçələri əmələ gətirmələri, əlbəttə ki, bakteriyaların özbaşlarına əmələ gətirəcəkləri xüsusiyyətlər deyil. Bakteriyaların sahib olduqları xüsusiyyətlər Allahın bu canlılara ilhamıdır. Tək bir hüceyrədəki ağıl və sənət nümunəsi, şübhəsiz ki, kiçik bir varlığa bu möhtəşəm xüsusiyyətləri verən Allahın yaratdığı möcüzələri və Onun sonsuz elmini görmək üçün gözəl bir vəsilədir. Allah ayədə belə buyurur:

    "Göylərdə və yerdə zərrə qədər olan bir şey də Ondan gizli qalmaz. Bundan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-məhfuzda) olmasın". (Səba surəsi, 3)

    İzlənmə sayı: 1046