Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


KÖŞƏ YAZILARI »

  • Sevgi ayı Ramazan


    On bir ayın sultanı – Ramazan ayını yaşayırıq. Müsəlmanlar üçün xeyir, bərəkət, sevgi, sevinc,gözəllik ayı olan bu ayda da ibadət etmək, Allahın rizasını qazanmaq çox böyük nemətdir. Allah bir Quran ayəsində bildirir ki, “Kim istəsə, Rəbbinə tərəf yönələr”. Ramazan ayı da oruc tutmağa imkanı olan müsəlmanların Allaha yaxınlaşmaq vəsilələrindən biridir.Allaha yaxınlaşmaq, Onun sevgisini qazanmaq imkanı da müsəlman üçün dünyada ən böyük sevinc mənbəyidir.
    İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda (oruc tutmalıdır.) Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, (istəyir ki,) siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz. (Bəqərə surəsi, 185)
    Ramazan ayı deyəndə ilk ağlımızagələn oruc tutmaq ibadətiolur. Bu ibadətin də bir çox hikmətləri və bizim üçün xeyirləri var. Oruc tutmaq səhərdən axşama qədər ac qalmaq, sonra isə yeməkdən ibarət deyil. İnsan oruc tutarkən nə qədər aciz olduğunu, qüsurlu və Allaha möhtac olduğunu görür. Dünyada kim olsaq da, istər varlı, istər kasıb, istər gözəl, istər bilikli, istər gənc, istər qoca ... Allahdan asılı aciz varlıqlarıq: yemək yeməyə, su içməyə ehtiyacımız var. Ramazan ayında gün ərzində aclığını, susuzluğunu görən insan Allahın böyüklüyü anlayır. Bu da insanın acizliyi görüb eqositlikdən, təkəbbürdən uzaqlaşıb Allahın gücünü təqdir etməyə, Ona haqqı ilə qul olmağa vəsilə olur. Bir çox insanın Allaha ibadət etməsinə mane olan hiss də məhz təkəbbürüdür. Allahın bizi təkəbbürdən arındırıb Ona yönəlməyimiz üçün belə fürsət yaratması nə gözəldir.
    Bu ayın gözəlliklərindən biri də insanın adi vərdiş kimi yanaşdığı nemətlərə olan münasibətidir. Gün ərzində ac, susuz qalan müsəlman dərin düşünəndə Allahın verdiyi hər bir nemətin necə dəyərli olduğunu anlayır. Məsələn, su bir çox insanın adi qarşıladığı mayedir. Ancaq susuz olan insan üçün bir damla su çox dəyərlidir. Bir düşünün, Allah bizim üçün nə qədər içkilər yaradıb, cürbəcür meyvə şirələri. Allah diləsə idi, yalnız adı su içərdik, ancaq lütf edərək bizə çeşid-çeşid nemətlər nəsib edib. Yaxud da meyvələr, cürbəcür təamlar. İftar süfrəsinə oturan müsəlmanlar Allahın onlara verdiyi nemətləri gördükcə şükürləri artır, verilən nemətləri daha yaxşı görməyə başlayırlar. Digər tərəfdən, aclığın, susuzluğun nə olduğunu bilən insan digər çətin vəziyyətdəki insanı daha yaxşı anlamağa başlayır. Suriya, İraq, Yəmən, Şərqi Türküstan, Misir kimi bəzi müsəlman ölkələrindəki vəziyyətə nəzər salsaq, görərik ki, orada insanlar necə çətin vəziyyətdədir. Bir neçə gün bundan qabaq bir müsəlman ölkəsində iftar qonaqlığı verilmişdi, uşaqların ora necə qaçdığı, ərzaqları necə sevinclə aldıqları gözlərimin qarşısından getmir. Beləliklə, aclığın və susuzluğun nə olduğunu bilən müsəlman digər müsəlman bacı-qardaşlarının da vəziyyətini anlayar, israf etməkdən uzaq durar, onlara kömək etməyə və onların rahat, dinc həyat sürməsi üçün dua etməyi unutmaz.
    Ramazan nəfsimizi tərbiyə etmək ayıdır – yalan danışmaqdan, qeybət etməkdən, boş vaxt keçirməkdən, pis düşünməkdən uzaq durmaq imkanıdır. Oruc tutmağa gücünün çatdığını, Allah üçün yeməkdən-içməkdən uzaq durduğunu görən insanın özünə inamı artır, gücü artır, Allahın buyurduğu digər ibadətləri də həyata keçirmək iradəsinə sahib olur, inşaAllah. Əlbəttə, saydığım bu xüsusiyyətlər yalnız Ramazan ayına xas deyil, bu cür gözəl əxlaqa sahib olan müsəlmanlar bütün aylarda Allahın ondan istədiyi əxlaqı şövqlə, diqqətlə həyata keçirmək üçün cəhd edərlər. Allah ibadətlərimizi qəbul etsin!

    Gülnarə Yadigarova

    İzlənmə sayı: 1440