Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


KÖŞƏ YAZILARI »

  • Müsəlmanlar Avropa İttifaqından daha üstün birlik modeli qura bilərlər


    Avropa İttifaqında texnoloji üstünlük, rifah və düşüncə azadlığı mövcud olsa da, materialist inanc səbəbilə mənəvi dəyərlər, demək olar ki, yoxdur. Bu dəyərlərə sahib olmayan cəmiyyətdə isə əxlaqi degenerasiya qaçılmazdır. Cinsi sapqınlığın normal qarşılanması, hətta buna təşviq edilməsi, əxlaqi pozuntu nəticəsində artan ensest əlaqələr Avropanın mənəvi dəyərləri heçə saymasının pis nəticələridir. İnsanlarında materialist inancdan qaynaqlanan eqoist ruh hakimdir ki, bunu da miqrantlara münasibətdə aydın görürük. Avropa insanı mənəvi dəyərlərdən uzaq düşdüyü üçün fədəkarlıq, yardımlaşma kimi gözəl əxlaqi xüsusiyyətlərdən də yoxsuldur.
    Yuxarıda sadaladığımız əxlaqi pozuntular mənəvi dəyərlərə sahib heç bir cəmiyyətdə müşahidə edilməz. Mənəvi dəyərlərimizin əsasını təşkil edən Qurandakı gözəl əxlaqın tətbiq edildiyi İslam Birliyi modelində üstün texnalogiya, maddi rifah və söz azadlığı ən yüksək səviyyədə olacaq. Yuxarıda qeyd etdiyimiz əxlaqi pozuntuların heç biri olmayacaqdır. Əksinə, Allahın bizdən istədiyi fədakarlıq, yardımlaşma, sevgi kimi gözəl əxlaqi xüsusiyyətlər cəmiyyətin əsas mənəvi dəyərləri olacaqdır. İkili siyasət və baxışın hakim olduğu Avropa Birliyi modelindən daha üstün dəyərlərə malik İslam Birliyinin qurulması üçün, təbii ki, müsəlmanlar əmək sərf etməlidirlər. Bunun üçün atılmalı ilk addım müsəlmanları əsrlərdir geri salan xurafələrdən dərhal xilas olmaq, Qurandakı sevgi dolu İslamı rəhbər tutaraq ayriliq və təfriqələrdən uzaqlaşıb birləşməkdir.

    Ramiq Vəliyev

    İzlənmə sayı: 982