Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


KÖŞƏ YAZILARI »

  • Din həyatımıza gözəlliklər bəxş edir


    Cəmiyyətdən, oxuduğumuz kitablardan, ailəmizdən, qohum-əqrəbadan din haqqında çoxlu məlumatlar eşitmişik. Biz də İslamın geniş yayıldığı ölkədə yaşayırıq və bir çoxumuz müsəlmanıq. Ancaq İslam haqqında çox şeylər bilsək də, belə bir deyim var ki, “çox da dərinə getmə, Allahı sevdin, yaxşı insan oldun, insanlara pislik etmədin, bu sənə bəsdir”. Demək olar ki, uşaqlı-böyüklü hər kəsin din anlayışı var. Bəs əsl İslam nədir, heç bunu düşünmüsünüzmü? İslam həyatımızı çətinləşdirən dindirmi və yalnız bir neçə ibadətlərdən ibarətdirmi? İlk öncə, gəlin “din” nədir, onu düşünək. Dinin əsasını sevgi təşkil edir, Allaha və Allahın yaratdıqlarına olan dərin sevgi. İslam dini də sevgi, şəfqət, mərhəmət, asanlıq və gözəllik dinidir. İnsan dinin ibadətlərini həyata keçirmək üçün öncə Allahı sevməli, Onu tanımalı, dünyada yaradılış məqsədini bilməli, nə üçün gəldiyini və onu kimin yaratdığını düşünməlidir ...
    Allah bizi yoxdan var edib, dünyaya gətirib. Doğulandan ta ölənə qədər bizi qoruyur, yedirir, ruzi verir, xəstələndiyimiz zaman bizə şəfa verir, göydə və yerdə olan hər şeyi bizim xidmət etdirir. Allahın bizə sevgisi bütün dünyada öz əksini tapır. Allah bir ayədə belə buyurur:
    ... (Müəyyən edilmiş yolla) daim hərəkət edən günəşi və ayı sizə tabe etdi; gecəni və gündüzü sizə ram etdi. (İbrahim surəsi, 33)
    Allah yuxarıdakı ayədə bildirdiyi kimi, günəşi, ayı, gündüzü, gecəni – hər şeyi bizə ram edib. Bütün bunlar Allahın bizə sevgisinin nümunələridir, Allahın da bizdən istədiyi Onun sevgisini görmək, Onu tanımaq və Onu haqqı ilə sevməkdir. Əgər insan kimin üçün ibadət etdiyini bilməsə, o zaman ibadətləri də çox səthi və dayaz olar.
    Digər tərəfdən, cəmiyyətdə İslam dinini bir neçə ibadətdən ibarət göstərirlər, bunlar namaz qılmaq, zəkat vermək, həccə getmək, oruc tutmaq və ən çox halda, baş örtməkdir. Dildə gəzən bəzi ibadətlər də var ki, onları da dərinliyinə qədər tətbiq edilsə, gərək evdən çölə çıxılmasın: nə toya getmək, nə gülmək, nə oynamaq, nə təhsil almaq ... bir sözlə, bütün cəmiyyətdən təcrid olunub evdə oturmalısan və beləcə, “ibadət etməlisən”. Bunu da eşidən bir çox insan dindən uzaq durur, ya dinsiz olur, ya da bayaq saydığım ibadətləri edən “dindar”. Məsələn, gənc qız həm namaz qılıb, həm gözəl və modern geyinsə, o zaman o qıza rişxəndə ilə baxırlar, “belə dindarlıq olmaz, ya örtün, ya da namaz qılma, belə daha çox günah edirsən” – deyilir.
    İslam dininin əsası Quran və Qurana uyğun gələn peyğəmbərimizin hədisləridir, cəmiyyətdə Qurana əsaslanmayan məlumatlar deyil. Bizi Allah yaradıb, buyurduğu ibadətlərlə niyə həyatımızı çətinləşdirsin ki? İnsanın həyatını çətinləşdirən ibadətlər deyil, əksinə xurafatlar və dinsizlikdir. Allah bizim üçün çətinlik istəmir, gözəlliklər istəyir, din vasitəsilə həyatımızın daha rahat, şən, keyfiyyətli və firavan olmasını istəyir. Din insana vicdanlı, ağıllı, dürüst, mərhəmətli olmağı öyrədir. Din sevinc və hüzurun digər adıdır. Quranda bir ayədə belə buyurulur.
    ... Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. (Bəqərə surəsi, 185)
    Quranda Allah sadəcə bir neçə şeyi insanlara haram edib ki, hansı ki onlar həm fiziki olaraq, həm mənəvi olaraq insana çox zərərlidir. Allahın halal buyurduğu şeylər isə saysız-hesabsızdır. Dindar olmaq üçün bir kənara çəkilib dünyadan təcrid olmağa ehtiyac yoxdur. Müsəlman bütün sosial həyatda iştirak edə bilər, halal olan bütün nemətlərdən də yeyər-içər, gözəl geyinər, danışar, gülər, əylənər. Allahın verdiyi hər bir nemətdən istifadə edib o nemətlərə görə şükür edər.
    Nəticə etibarı ilə, eşitdiyiniz və gördüyünüz bəzi “dini” hadisələrə görə dindən küsməyin. İnsan musiqiyə də qulaq asar, bundan zövq alar, gözəl məkanlara baxar, bu mənzərəni Allahın yaratdığını bilib şükür edər, gülər-əylənər, sevinər, rəqs edər... Din bizə dünyanın gözəlliklərindən uzaq durmağı deyil, o gözəlliklərdən necə şükür edərək və zövq alaraq istifadə etməyi öyrədir. Dinimiz dünyanın ən gözəl, ən mərhəmətli və ən sevgi dolu dinidir.

    İzlənmə sayı: 1001