Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


HEYVANLAR ALƏMİ »

  • Qış Yuxusu Haqqında Bilmədiklərimiz


    Balıqlar da daxil olmaqla bir çox canlı qış yuxusuna gedir. Bəziləri isə qış yuxusundan oyanandan sonra 12-15 saat mürgüləyirlər. 

    Önümüzdəki günlərdə ayılar, dələlər, dağ siçanları və digər heyvanlar qış yuxusundan oyanacaqlar. Ola bilsin ki, uzun müddət hərəkətsiz yatmaq qulağa xoş gəlir, amma qış yuxusu ilə yatıb dincəlmək bir-birindən fərqlənir. Qış yuxusu haqqında maraqlı məlumatlar:

    •    Qış yuxusu iflic olmağa bənzəyir. Qış yuxusuna gedən heyvanların beyinlərindəki boz maddəyə oksigen axını normadan 2% aşağı olur.

    •    Maddələr mübadiləsi və ürək döyüntüsü zəifləyir. Sünbülqıranın ürəyi oyaq vaxtı dəqiqədə 300 dəfə, qış yuxusu zamanı isə dəqiqədə 3-4 dəfə döyünür.

    •    Canlılar təkcə qış fəslində yuxuya getmirlər. Madaqaskarın tropik iqlim şəraitində yaşayan quyruqlu cırtdan lemurlar qidanın və suyun az olduğu quraq mövsümlərdə ağac oyuqlarına girərək təxminən 7 aylıq yuxuya gedirlər.

    •    İsti mövsümlərdə əzginlik səbəbindən kərtənkələlər, ilbizlər və tısbağalar da yay yuxusuna gedirlər.

    •    Hətta balıqlar da qış yuxusuna gedirlər. “Notothenia coriiceps” balığı qaranlıq Antarktida qışlarında maddələr mübadiləsini 2/3 nisbətində azaldaraq dənizin dibindəki çuxurda günlərlə yatır.

    •    Tibbdə anabioz adlanan fiziki fəaliyyətsizlik, keyləşmə və ya cansızlıq siçan, yarasa və bir çox quş növündə də özünü göstərir. Qızıl boyunlu kalibri gecələr maddələr mübadiləsini on dəfə azaldır, səhər isə yerindən anidən uçur.

    •    Qış yuxusu belə keyləşmə halının uzunmüddətli formasıdır. Amma bu cür keyləşmənin qış yuxusu adlandırılması yanlış olar.

    •    Keyləşmə zamanı heyvanların bədən temperaturları heyrətamiz dərəcədə aşağı düşür. Şimal qütbündə yaşayan sünbülqıranın bədən temperaturu təxminən -3 dərəcəyə düşür.

    •    Qış yuxusuna gedən məməlilər bir neçə gün və ya bir neçə həftə ərzində bədənlərini isitmək üçün yol tapmalıdırlar.

    •    Şimal qütbündə yaşayan sünbülqıranlar insanlarda, xüsusən də körpələrdə daha çox rast gəlinən yağ və əzələdən ibarət piy toxuması anbarını fəaliyyətə keçirərək bədənlərini isidirlər. Bu toxumalarda baş verən metabolik reaksiyalar enerjinin yaranmasına və beləliklə də ürək, ağciyər və beyin kimi orqanların isinməsinə səbəb olur. Bundan sonra isə sincab titrəyərək bədən temperaturu normallaşdırır, yəni 36.7 dərəcə edir. Amma buna yarım günlük nail olur.

    •    Dağsiçanları qış yuxusundan oyanan kimi 12-15 saatlıq müddət ərzində mürgüləyirlər. Bu mürgüləmə müddətində siçanların bədən temperaturları nizamlanır. Bu dincəlmə ərəfəsində canlının beyni normal yuxuya getdiyi vaxtlarda olduğu kimi fəaliyyət göstərir. Dağsiçanları bu müddətdən sonra beyin fəaliyyətinin tamamilə dayandığı 3 həftəlik qış yuxusuna gedirlər.

    •    Bütün qışı öz yuvasında keçirən bir canlıdan nə gözləmək olar? Amerikanın qara ayısı hamilə olduğu dövrdə qış yuxusundan oyanmağına belə ehtiyac qalmadan balasını doğa bilir. Bu ayılar balalarını bəsləmək üçün yerlərindən tərpənmirlər. Balalarını aylarla bədənlərində ehtiyatda saxladıqları yağlarla bəsləyirlər. Bu onları çox gücsüz etsə də, ana ayı balalarını qorumaqdan əsla əl çəkmir. Ayıların boyunlarına dalğa yayan ötürücülər yerləşdirən mühəndis Timati Laske qeyd edir ki, qış yuxusunda olan ana ayı 15 metr uzaqlıqdan yanına gələn birini hiss edir və ürək döyüntüləri anidən sürətlənən ayı dərhal yuxusundan oyanır. Laske bildirir ki, "Qış yuxusunda olan ayının yanına gizlicə yaxınlaşmaq qeyri-mümkündür."

    •    Meşədə gəzərkən qış yuxusuna getmiş ayı görmək ehtimalı çoxdur. Bəzi ayılar qış fəslini yığdıqları budaqlardan düzəldiyi və hündürlüyü 1,5 mertə çatan alacıqlarda keçirirlər.

    •    Yay gəldikdə və ya quraqlıq bitdikdən sonra qış yuxusuna gedən bir çox canlılar yuvalarından və ya oyuqlardan əzələlərində və ya sümüklərində heç bir narahatlıq olmadan çıxırlar. Kolorado Universitetinin biotibb texnologiya mühəndisi Ses Donahyu bildirir ki, bu xüsusiyyət kalsium qəbulunu nizamlayan və sümük sıxlığının yaranmasının qarşısını alan paratiroid hormonundan qaynaqlanır.

    Sözsüz ki, insanlar qış yuxusuna getmirlər. Düşünülür ki, Donahyunun araşdırması onurğa beyin zədələnmələri və sümük ərimələrinə qarşı yeni üsulların təkmilləşdirilməsində mühüm rol oynayacaq.

    İzlənmə sayı: 633