Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


HEYVANLAR ALƏMİ »

  • Yarasalar su dalğaları əsasında qurbağaları tuturlar


    Tunqara qurbağası dişi qurbağa üçün su gölməçəsində serenada ifa edir, bu zaman qurbağanın meydana gətirdiyi su dalğaları onun yarasalar tərəfindən asanlıqla ovlanmasına səbəb olur.

    Cənubi Amerika bölgəsində dayaz sularda yaşayan Tunqara qurbağası yarasanı hiss edəndə dərhal səssiz olsa da, su dalğaları bir neçə saniyə də davam edir.

    Əks-səda yarasa üçün sanki təbii hidrolokasiya əmələ gətirir, beləliklə də, qurbağanın yerinin müəyyənləşməsinə kömək edir.

    Yarasa çıxan səsə doğru gəlir və qurbağa yaxınlaşan yarasanı hiss edib susur. Ancaq səs dalğalarının bir neçə saniyə davam etməsi nəticəsində yarasa qurbağanın yerini o bulanıq suda dəqiq müəyyənləşdirə bilir.

    Yarasalar qurbağanın tədbirlərinə baxmayaraq, Allahın onlara verdiyi hidrolokasiya sistemlərindən istifadə edərək su dalğalarını heyrətamiz dəqiqliklə qəbul edib qurbağanın yerini müəyyənləşdirə bilirlər. Allah bütün canlıları rahat yaşamaları üçün lazımi xüsusiyyətlərlə birlikdə yaratmışdır. Allah sonsuz mərhəmət sahibidir.

    Sizin İlahınız tək bir İlahdır; Ondan başqa İlah yoxdur; O, Rəhmandır, Rəhimdir (bağışlayan və rəhmlidir). (Bəqərə surəsi, 163)

    İzlənmə sayı: 528