Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


İZAHLI AYƏLƏR »

  • Bəqərə surəsi, 155


    Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Səbir edən şəxslərə müjdə ver! (Bəqərə surəsi, 155)

    Yalnız çətinliklər deyil, DÜNYA HƏYATIndakı nemətlər də Allah’ın imtahanıdır. Allah verdiyi hər nemətlə birlikdə insanın Ona şükür edib-etmədiyini də sınayır. Nemətlərlə bərabər, Allah insanın qarşısına həyatı boyunca qərar verməsi lazım olan bir çox hadisə çıxarır. Əlbəttə yaşadıqlarının imtahan olduğunun fərqində olan və Allah’ın razılığına görə qərar verən möminlər bu imtahandan keçməyi və Allah’ın Quranda bildirdiyi kimi Cənnət həyatı ilə mükafatlandırılmağı ümid edə bilirlər.

    Dünyadakı imtahan mühitində möminlər vicdanlarının səsini dinləyib, Allah’ın onları sınaqdan keçirdiyini heç bir şəkildə unutmamalıdırlar. Səmimi ürəklə Allah’a yönələn insan qarşısına hansı çətinlik çıxarsa çıxsın, mütləq asanlıqla qarşılaşacaq və Allah’ın izni ilə doğrunu tapacaq. Bu imtahan dünyasının ən böyük sirlərindən biri, iman edənlər üçün mütləq qazanc olacağıdır. Ən böyük qazanclardan biri isə iman edənlərin bu sınaqlar qarşısında göstərdikləri gözəl əxlaq, cəsarət və mətanətin, onların axirətdəki qarşılıqlarını və dərəcələrini artırmasıdır.

    İzlənmə sayı: 2421