Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


KAİNATIMIZ »

  • Kosmosa çıxsanız çalışın xəstələnməyin, çünki dərmanlar dünyadaki kimi təsir etmir...


    Bəlkə də həyatın yalnız Dünyada ola biləcəyinin sübutu...

    NASA tərəfindən aparılan bir araşdırmada, kosmosda astronavtların başları ağrıdığında parasetamol və ya infeksiyanı müalicə üçün antibiotik qəbul edə bilməyəcəkləri ortaya çıxdı.

    NASA-nın Johnson Kosmos Mərkəzi tərəfindən edilən araşdırmada, dərmanların öz təsirini kosmosda dərhal itirdikləri təyin olundu. Bunun dünyadan uzaq mühitdə yerin cazibə qüvvəsinin çox zəif və radiasiyanın yüksək olmasından qaynaqlandığı düşünülür.

    Araşdırmada Beynəlxalq Kosmos Stansiyasına (UUİ) 35 müxtəlif dərmanı apararaq fəaliyyətlərini test edən elm adamları, dərmanları 13 gün ilə 28 ay arasında müxtəlif proseslərdə kosmos stansiyasında saxladılar.

    Araşdırmaçılar, kosmos şəraitində qalan dərmanların öz təsirlərini itirdiklərinin təyin olunduğunu ifadə edərək, kosmosdakı saxlama şəraitinin dərmanların təsirinin qorunmasında da əhəmiyyətli ola biləcəyini qeyd etdilər.

    Dərmanların yalnız Dünyada təsirinin olması çox maraqlıdır, deyil mi? Görəsən dünya həqiqətən xüsusi bir yerdirmi? Böyük kainatda bir qum dənəsi qədər yerimiz yoxdur, hətta bir dərman belə bu dünya sərhədlərinin xaricinə çıxdığında ölür ...

    İzlənmə sayı: 1289