Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


AXIRZAMAN »

  • Xristianlar: “İsa Məsih Allah`ın təcəllisidir”, – desinlər


    Dövrümüzdə bəzi xristianların inandığı üçləmə və üçlü birlik inancı çox ciddi yanılma, Allah`a və hz. İsaya (ə.s) böyük iftira olmaqla yanaşı, eyni zamanda, ciddi təhlükədir.

    Bəzi xristian qardaşlarımız, əslində, tək Allah`a iman gətirdiklərini, hz. İsanı (ə.s) Allah`dan ayrı varlıq kimi qəbul etmədiklərini (Allah`ı tənzih edirik) deyərək bir varlığın bədən, ruh və şüur kimi üç müxtəlif şəkildə təcəlli etdiyini iddia edirlər. Lakin bu açıqlamanın özündə ciddi ziddiyyət və yanlışlar var.

    Tövhid inancı tədricən təhrif edilmişdir

    Müqəddəs torpaqlarda yaşayan yəhudilər arasında meydana gələn xristianlıq dini hz. Musanın (ə.s) şəriəti ilə yaşayan səmimi yəhudilərin hz. İsaya (ə.s) tabe olması ilə vüsət almışdır. Hz. İsaya (ə.s) tabe olan yəhudilərin xüsusiyyəti isə Allah`a bir və tək varlıq olaraq iman gətirmələridir. Ancaq tövhid inancı hz. İsanın (ə.s) göyə yüksəldilməsi və xristianlığın bütpərəst bölgələrdə yayılmasından sonra dəyişmiş, hz. Musanın (ə.s) şəriətinin əsası olan tövhid inancı böyük dəyişikliyə məruz qalmışdır. Xristianlıq dininə sonradan daxil edilən üçləmə inancına görə, hz. İsa (ə.s) (Allah`ı tənzih edirik) ilah hesab edilməyə başlamışdır. Həmin dövrdəki xristianlar Allah`ın zatının hz. İsada (ə.s) bir insan kimi vücud aldığını iddia etməyə başlamış və bu yanlış inancı yaymışdılar.

    İncildəki “Allah`ın oğlu” ifadələri sevgi ifadə edir

    Üçləmə inancı – Allah`ı tənzih edirik – “ata, oğul və müqəddəs ruh”dan ibarət olan üçlü Allah inancı mənasını verir. Xristianlığı təhrif etmək istəyən müxtəlif şəxslər həmin dövrün Roma imperatoru Konstantinin rəhbərliyi və dəstəyi ilə özlərinə dəlil kimi Tövrat və İncildəki “Allah`ın oğlu” sözlərini götürmüş və bundan istifadə etmişlər. Halbuki, Tövrat və İncildə işlədilən “Allah`ın oğlu” sözləri bütün iman gətirənlərin Allah`ın sevimli qulları olduğunu ifadə edir.

    Matta İncilində bu həqiqət “Nə bəxtiyardır sülhyaradanlar! Çünki onlar Allah`ın övladları adlanacaq” (Matta, 5:9) ifadəsi ilə açıq-aydın izah edilmişdir. Hz. İsaya (ə.s) aid edilən bu ifadə də eyni mənanı daşıyır, İncildəki “oğul” sözü Allah`ın sevimli qulu mənasındadır, Allah`ın həqiqi oğlu (Allah`ı tənzih edirik) mənasını qətiyyən vermir. Xristianlığa sonradan əlavə edilmiş və tövhid inancını təhrif etmək məqsədi daşıyan bu yanlış, təhlükəli inanc tədricən xristianlığın ən əsas şərtinə çevrilmiş və hətta bu batil inanca tabe olmayanlar dindən çıxmış hesab edilmişlər. Bu yanlış inanc üçləməni müdafiə edən bəzi rahiblərin rəhbərliyi altında bir növ təzyiq və zorakılıq yolu ilə cəmiyyətə qəbul etdirilmiş, xirstianlıq dininə zorla daxil edilmişdir. Üçləmə inancına qarşı çıxanlar ciddi cəzalandırılmış, ölkələrindən sürgün edilmiş, hətta öldürülmüşdür.

    Hz. İsa, əlbəttə, Allah`ın sevimli quludur, lakin o, acdıqda yemək yeyən, su içən, yorulduqda dincələn, yatan və yaradılmış hər varlıq kimi ehtiyacları olan bir insandır. Bu həqiqət İncildə bir çox hissədə bildirilmiş həqiqətdir. Eyni şəkildə, Allah Quranda da hz. İsanın (ə.s) bütün digər insanlar kimi ehtiyacları olan, imtahan edilən bəşər olduğunu xəbər vermişdir:

    Məryəm oğlu Məsih ancaq bir elçidir, ondan əvvəl də elçilər gəlib getmişlər. Onun anası isə sidq ürəkdən inanan bir qadın idi. Hər ikisi də yemək yeyirdi. Bax gör, ayələrimizi onlara necə bəyan edirik, sonra da gör onlar necə döndərilirlər. (Maidə surəsi, 75)

    Üçləmə inancının səbəb olduğu dinsizlik təhlükəsinin nə qədər böyük ideoloji və qanlı qarşıdurmalara yol açdığını xristianlığın tarixindən də görmək mümkündür. Məlum olduğu kimi, bu qarışıqlıqlar dövrümüzə qədər davam etmişdir. Haqq inancın bu qədər böyük qarışıqlıq və fitnə mənbəyi olması mümkün deyil. Bəzi xristianlar bu böyük təhlükənin ölçüsünü indiyə qədər dəyərləndirməyə bilərlər. İncilin hökmü adı altında fərqinə varmadan atalarından qalmış inancı davam etdirirlər. Ancaq bu inanc dərhal tərk edilməlidir, çünki Allah`ın əmrinə tamamilə ziddir. İncilə ağılla baxdıqda və batil bir inancın səbəb olduğu fitnə-fəsadı gördükdə bunu çox yaxşı anlayacaqlar. Ona görə, səmimi xristianları Allah`a sığınaraq, bütün təlqinlərdən zehinlərini təmizləyərək düşünməyə və bu mövzuda vicdanla qərar verməyə dəvət edirik.

    Səmimi xristian qardaşlarımızın Allah`ın qüdrətini və böyüklüyünü təqdir etməsi və təbliğ etməsi şərtdir

    Əməlisaleh xristianlar səmimi olmalı və bir insana ilahlıq vəsfi verməyin Allah`ın adətullahı, hz. İsanın (ə.s) gətirdiyi xristianlıq dininin, İncil və Tövratın hökmlərinə zidd olduğunu, eyni zamanda, ağıl və məntiqə zidd olduğunun anlamalıdırlar. Haqq İncilə əsrlər sonra əlavə edilmiş belə bir inancın ciddi təhlükə olduğuna ehtimal verməli və bunun üzərində dərin düşünməlidirlər. Allah`ın üstün vəsflərini bir insana aid etməyə çalışmağın və acizliklərlə yaradılmış bir insanı ilahlaşdırmağın nə mənası və faydası var? Şübhəsiz ki, uca Allah`ın buna ehtiyacı yoxdur (Allah`ı tənzih edirik). Bu, ALLAH`IN QÜDRƏTİNİ VƏ BÖYÜKLÜYÜNÜ LAYİQİNCƏ TƏQDİR ETMƏMƏK DEMƏKDİR.

    Bütün bunlardan başqa, uca Allah`ın yer üzündə insan kimi zatı ilə zühur etməsi fikrini xristianlar da qəbul etməməlidirlər. Bunu uca Allah`ın şanına yaraşdırmamalıdırlar. Allah`ın böyüklüyü, ucalığı, ululuğu, qüdrəti və sonsuz gücü xristianlar üçün bir nemətdir. Sonsuz güc sahibi olan Allah`a inanmaq daha gözəldir, yoxsa yatan, yemək yeyən, ehtiyacları olan bir insanı ilahlaşdırmaq? Əlbəttə, bunun cavabını bütün xristianlar dərhal görəcəklər. Allah`ın Öz üstün zatını insanlara tanıtmaq üçün yer üzündə ölümlü, ehtiyacları olan varlıqda zühur etməyə ehtiyacı yoxdur (Allah`ı tənzih edirik). Xristian qardaşlarımız İncilə ağılla yanaşmalı və bütün bunları Allah`ın şanına yaraşdırmamalıdırlar.

    Hz. İsanın (ə.s) insani keyfiyyətlərə malik olması, əlbəttə, onun peyğəmbər kimi dəyərini düşürmür. Hz. İsa (ə.s) uca Rəbbimizin dəyərli, mübarək peyğəmbəridir. Allah`ın qatında bütün digər peyğəmbərlər kimi ən yüksək, ən müqəddəs yeri tutur. Allah`ın sevimli dostu, uca peyğəmbəridir.

    Bir və tək olan Allah`a iman gətirmək hər qulun yeganə mühüm vəzifəsidir

    Allah insanlardan Ona şərik qoşmadan iman gətirməyi və qulluq etmələrini istəyir. İnsanların qulluq etməsi üçün Allah`ın yer üzündə insan şəklində zühur etməsinə ehtiyac yoxdur. Xristian qardaşlarımız, həqiqətən, bu mövzuya səmimi yanaşmaq istəyirlərsə, özlərinə bu sualı verməlidirlər: Allah`ın hz. İsada (ə.s) zatı olaraq təcəlli etməməsi uca Allah`ın vəsflərindən nəyi əskildər? (Allah`ı tənzih edirik). İnsanda Allah`ın zatı kimi təcəlli etməmək Allah`ın vəsflərini, üstünlüyünü, gözəlliyini əskiltməz. Əksinə, bu, Allah`ın gözəlliyinə gözəllik qatar, Onun üstün vəsflərinin daha yaxşı, layiqincə təqdir edilməsinə səbəb olar. Ölümlü, yatan, yemək yeyən, acizliklər və ehtiyaclar içində olan bir insana Allah`ın zatı kimi təcəlli yaraşdırdıqdan sonra Allah`ın üstün vəsflərini necə layiqincə təqdir etmək olar? Əlbəttə, belə bir şey mümkün deyil.

    Bəzi xristianlar Allah`ın bir insanda haşa ilah kimi təcəlli etməsinin Allah`a qovuşmaq, yaxınlaşmaq və dua etmək üçün bir vasitə olduğunu iddia edirlər. Lakin bu anlayış da Allah`ın böyüklüyünü və qüdrətini layiqincə təqdir etməməkdən qaynaqlanır. Uca Allah`ın yaratdığı insanlara yaxınlaşmaq üçün vasitələrə ehtiyacı yoxdur, ALLAH HƏR YERDƏDİR. Allah bizə ŞAHDAMARIMIZDAN DA YAXINDIR (Qaf surəsi, 16). Allah İncildə də bunu xəbər vermişdir:

    Siz onlara bənzəməyin! Çünki Allah`ınız nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir. (Matta, 6:8)

    Allah`dan gizli heç nə yoxdur. Lakin Onun gözləri qarşısında hər şey çılpaq və açıq-aşkardır. Biz Ona hesabat verəcəyik. (İbranilərə məktub, 4:13)

    Çünki elə gizli bir şey yoxdur ki, (Allah qatında) aşkara çıxmayacaq və elə örtülü bir şey yoxdur ki, bilinib aydın olmayacaq. (Luka, 8:17)

    Allah gizlinin gizlisini bilir, heç nəyə ehtiyacı yoxdur

    Uca Allah qəlbimizdəki hər şeyi, gizlətdiklərimizi də, üzə vurduqlarımızı da bilir. Allah gizlinin gizlisini biləndir. Ağlımızdan keçən fikirləri, niyyətimizi, istəklərimizi hər an görür və eşidir. Allah`dan gizli heç nə yoxdur. Allah Quranda xəbər vermişdir: “…aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm” (Bəqərə surəsi, 33)

    Uca Allah bu həqiqəti İncildə də xəbər vermişdir:

    Çünki göylərdə və yerdə olan, görünən və görünməyən hər şey – taxtlar, ağalar, başçılar, hakimlər Onda yarandı. Nə varsa, Onun vasitəsilə və Onun üçün yarandı. Hər şeydən əvvəl var olan Odur və hər şey Onda bərqərar olur. (Pavlusdan kolosselilərə məktub, 1:16-17)

    Amma sən dua etdiyin zaman öz otağına gir və qapını örtüb gizlində olan Allah`a dua et. Gizlində olanı görən Allah səni mükafatlandıracaq. (Matta, 6:6)

    Beş sərçə iki qara pula satılmırmı? Onlardan biri belə Allah`ın qatında yaddan çıxmır. Sizin başınızdakı saçlar belə sayılıb… (Luka, 12:6-7)

    Ona görə, Allah`a yaxınlaşmaq üçün insanın içindən səmimi dua etməsi kifayətdir. İnsan harda olsa da, Allah onu mütləq eşidir, görür və duasına qarşılıq verir. Allah hər yeri əhatə etmişdir. Hər an bizimlə birlikdədir. Ona görə, xristianların bu iddiası – haşa Allah`ın göydə olması, hz. İsada (ə.s) zatı ilə təcəlli edərək insanlara yaxın olması – Allah`ın qüdrətini layiqincə qavrayıb anlamamaqdan irəli gələn səhvdir.

    Hər şeyi yaradan, hər şeyə və hər yerə hakim olan Rəbbimiz var. Allah`ın izni ilə, hz. İsa (ə.s) yenidən qayıdıb və çox yaxında tanınacaq. Hz. İsanı (ə.s) bütün xristianlar sevəcək. Hər şey xristianların lehinə olarkən bu məcburi izahlara nə gərək var? Allah`ı insan kimi səciyyələndirməyin xristianlığa nə faydası var? Əksinə, Allah bu izahlar ilə Quranda: “Bundan az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun” (Məryəm surəsi, 90) – deyə xəbər verir. Xristianlar ağılla dəyərləndirməli, Allah`ın uca qüdrətinə yaraşan din anlayışını mənimsəməlidirlər. İncildə olmayan, məcburi yolla insanlara qəbul etdirilmiş, Allah`ın şanına yaraşmayan izahın gərəksiz olduğunu görməlidirlər. Allah`ın Özünə övlad götürməyə, insanlara yaxınlaşmaq üçün vasitələrə ehtiyacı yoxdur (Allah`ı tənzih edirik). Allah insanla qəlbi arasındadır, ona şahdamarından da yaxındır. Allah göydə, yerdə, insanın yaşadığı, gördüyü, görmədiyi hər yerdədir. Səmimi xristianlar Allah`ın şanını layiqincə təqdir etməli, bu cür məntiqsiz, gərəksiz izahlardan Allah`ın razı olmadığını bilməlidirlər.

    Üçləmə inancı xristian qardaşlarımızı şirk təhlükəsinə aparır

    Həm İncilə, həm də Tövrat və Qurana əsasən, Allah`a ortaqlar qoşmaq şirkdir. Ona görə, səmimi xristianlar üçləmə inancı ilə fərqində olmadan hz. İsanı (ə.s) Allah`a ortaq qoşaraq (Allah`ı tənzih edirik) bu böyük şirk təhlükəsinin içinə düşürlər. Bu şirk təhlükəsi barmaqarası baxılacaq məsələ deyil. Uca Allah Quranda bu böyük şirk təhlükəsinə görə: “Az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun”, -deyə buyurur (Məryəm surəsi, 90). Şirk Allah qatında böyük günahdır. Allah Quranda bu günahı edənlərə qarşı belə xəbərdarlıq edir:

    Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar. Allah`a şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur. (Nisa surəsi, 48)

    Allah İncildə də xristianlara şirki qadağan etmişdir:

    Fani olmayan Allah`ın izzətini fani olan insana, quşlara, dördayaqlılara və sürünənlərə bənzəyən bütlərlə əvəz etdilər. (Allah`ı tənzih edirik) Onlar Allah`ın həqiqətini yalanla əvəz etdilər, Yaradanın yerinə yaradılışa səcdə və ibadət etdilər; (Allah`ı tənzih edirik) o Yaradana əbədi alqış olsun! Amin. (Pavlusdan romalılara məktub, 1:23, 25)

    Hz. İsa (ə.s) gəldikdə xristianları yanlış üçləmə inancından xilas edəcək

    ADNAN OKTAR: Quranda bir ayə var. Şeytandan Allah`a sığınıram. “Həqiqətən, Allah dərgahında din İslamdır” (Ali-İmran surəsi, 19). Bir din İslam kimi dindirsə, doğrudur. Ancaq xristianlıqda təslis (üçləmə) inancı var. Təslis inancını Allah Quranda lənətləyir. Allah`ı üçləyirlər, belə inanc olmaz. Bu, tövhid inancına ziddir. “Allah birdir” deyilməlidir. “Allah birdir” deyilməsi çox vacibdir. Üçləmə inancı ilə xristianlar çox yanılırlar, böyük səhv edirlər. Hz. İsanın (ə.s) nüzul etdikdə bütü sındırıb, donuzu öldürməsi rəvayətinin mənası budur. Yəni təslis inancını ləvğ edəcək və batil inancları aradan qaldıracaq, halal-haramı Qurana əsasən tənzimləyəcək.

    (Cənab Adnan Oktarın 31 yanvar 2009-cu il tarixli Çay TV-də canlı yayımlanan müsahibəsindən)

    İzlənmə sayı: 1724