Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


MATERİALİZM »

  • Antik doqma: Materializm


    Avropa qitəsi, eramızın 2-ci əsrindən etibarən mərhələli şəkildə Xristianlığı qəbul etmiş və bu Xristian mədəniyyəti “Maarifçilik Dövrü” deyilən dövrə qədər bu qitəyə hakim olmuşdur. Maarifçilik hərəkatı, bir sıra avropalı  mütəfəkkir və elm xadimlərinin Qədim Yunan və Romanın bütpərəst mədəniyyətindən təsirlənərək dinə qarşı hücumları ilə başlamış və 18-ci əsrdə daha da genişlənmişdir. Maarifçilik hərəkatının ən böyük siyasi nəticəsi isə "din əleyhinə inqilab" da hesab olunan Fransız İnqilabıdır.

    Fransız İnqilabının fikri təməli Volter (Voltaire), Diderot, Monteskyü (Montesquieu) kimi din əleyhdarı mütəfəkkirlərin təlqinləri ilə meydana gəlmişdir. İnqilab zamanı isə Maarifçilik hərəkatının din əleyhdarı və pagan (bütpərəst) meylləri açıq-aydın büruzə vermişdir. İnqilaba liderlik edən yakobenlərin fəal təbliğatı nəticəsində geniş şəkildə "dinsizləşmə" hərəkatı inkişaf etmiş və əslində yeni pagan dini yaradılmağa cəhd edilmişdir. İlk əlamətləri 14 İyul 1790-cı ildə, Federasiya Bayramında görülən “inqilabçı ibadət” sürətlə yayılmışdır. İnqilabın əli qanlı liderlərindən olan Robespyer (Robespierre) “inqilabçı ibadət”ə yeni qaydalar gətirmiş, bu ibadətin qanunlarını raport halına gətirərək adını “Uca Varlıq İbadəti” qoymuşdur. Parisdəki məşhur Notr Dam Kilsəsi öz deyimləriylə “ağıl məbədi”nə çevrilmiş, Kilsə divarlarındakı xristian fiqurları sökülmüş və mərkəzdə “ağıl tanrısı” adlandırılan qadın heykəli yerləşdirilmişdi. Fransız İnqilabı ərzində bir çox din adamı öldürülmüş, dini təşkilatlar yağmalanmış, məhv edilmişdir.Fransız İnqilabıyla birlikdə Avropanın gündəminə girən və getdikcə yayılan fəlsəfə var idi: Materializm. Yalnız maddənin varlığını qəbul edən, canlıların və insan şüurunun yalnız “hərəkət edən maddə”dən ibarət olduğunu fərz edən bu baxış, əslində daha əvvəl Qədim Yunanıstanda yaşamış bəzi filosoflar tərəfindən ortaya atılmışdı. 18-ci əsrdə materializmi mənimsəyən və kütlələrə təlqin edən iki önəmli insan Fransız İnqilabının qurucularından olan Dennis Diderot və onun yaxın dostu Baron Holbaxdır (Baron d’Holbach). Baron Holbax 1770-ci ildə nəşr olunan Système de la Nature (Təbiətin Sistemi) adlı kitabında “elmi” olduğunu iddia etdiyi bir sıra fərziyyələrə söykənərək, var olan tək şeyin maddə və enerji olduğunu irəli sürmüşdür.Fanatik ateist olan Holbax, əxlaq anlayışına da qarşı çıxmış, insanın bacardığı qədər maksimum zövq alması üçün hər yolu sınamağı lazım bilmişdir.

    18-ci əsrdə bir neçə mütəffəkkir tərəfindən mənimsənilib müdafiə olunan materializm, 19-cu əsrdə daha da yayılmış və Fransa ilə məhdudlaşmayıb Avropanın digər ölkəllərində də kök salmağa başlamışdır. 19-cu əsrin əvvələrində Almaniyada iki mühüm materialist alim vardı. Lüdviq Byuxner (Ludwig Büchner) və Karl Foqt (Karl Vogt). Foqt insan zehininin mənbəyi izah edərkən "qaraciyər öd mayesi ifraz etdiyi kimi, insan beyni də düşüncə ifraz edir" demiş və bu cəfəng bənzətməsi dövrünün materialistləri tərəfindən də təsdiqlənməmişdir.

    Materializm, belə cəfəng iddialarla ortaya çıxmasına baxmayaraq, dövrün din əleyhdarı gücləri tərəfindən mənimsənmiş və Avropa cəmiyyətlərinə təlqin edilmişdir. Materializm ağılın və elmin təməli kimi təqdim edilmiş, bu hiyləgər təbliğat əvvəl Fransada, sonra Almaniyada və getdikcə bütün Avropada intellektuallar arasında sürətlə yayılmışdır. Bunda, şübhəsiz materializmi sanki din kimi mənimsəyən və 19-cu əsr Avropa intellektualları arasında çox məşhur olan masonluq təşkilatının rolu da böyükdür.

    Antik doqma olan materializm bu şəkildə yayılarkən, digər tərəfdən də materializmi müxtəlif elm sahələrinə uyğunlaşdırma cəhdləri olmuşdur. Materializm:

    1. Təbiət elmlərinə. İngilis təbiətşünas Çarlz Darvin tərəfindən uyğunlaşdırılmışdır.

    2. Sosial elmlərə alman filosoflar Karl Marks və Fridrix Engels tərəfindən uyğunlaşdırılmışdır.

    Darvinin bu tətbiqi "təkamül nəzəriyyəsi", Marks və Engelsin tətbiqi isə "kommunizm" olaraq bilinir.

    İzlənmə sayı: 1804